» » » Şəhadət sövqü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şəhadət sövqü
    0
    Müəllif: Admin | 7-06-2014, 00:25 | Baxılıb: 1 404

    AŞURA GECƏSİ

    Həmin gecə həyatdan hərə öz mənəvi azuqəsini götürürdü. Hüseyn ibn Əli (ə) tək-tənha xeymədən çıxdı ki, xeymələrin arxasındakı vəziyyəti öyrənsin. Bu vaxt yaxınlarından biri olan Nafenin də onun ardınca gəldiyini gördü. İmam soruşdu: «Kimdir? Nafe sənsən?» Nafe ibn Hilal cavab verdi: «Bəli, mənəm, fədan olum, ey peyğəmbər övladı». İmam soruşdu: «Bu gecə vaxtı çölə çıxmağının səbəbi nədir?» Nafe cavab verdi: «Ey mənim ağam! Gecə vaxtı sizin İbn-Ziyada doğru hərəkət etməyiniz məni narahat etdi». İmam (ə) buyurdu: «Mən bayıra çıxdım ki, bunların eniş-yoxuşunu öyrənim. Bilmək istədim ki, arxadan düşmənin həmləsi üçün pusqu varmı?»

    İmam (ə) Nafenin sol əlini əlinə alıb buyurdu: «Özüdür! And olsun Allaha ki, bu həmin dəyişməz vəddir!» (İmam (ə) öz şəhadətinə işarə edirdi). Sonra Nafeyə dedi: «Ey Nafe! Bu dağların arasından bir yol tap, özünü xilas et». Nafe dedi: «Ey mənim ağam! Əgər belə etsəm, anam əzamda ağalasın! And olsun Allaha, boyun damarlarım kəsilənədək sizdən ayrılmaram...»

    İmam (ə) Nafedən ayrılıb, bacısı Zeynəbin xeyməsinə getdi. Nafe isə dayanıb imamı (ə) gözləyirdi. Zeynəb qardaşına dedi: «Öz yaxınlarının batinindən əminsənmi ki, çətinlik vaxtı nizələr səni tapmayacaq?» İmam (ə) buyurdu: «Bəli, bacım! Onların hər biri şəhadət eşqində olan cəsur insandır. Uşaq anasının südünə müştaq olduğu tək onlar da şəhadət eşqindədirlər».

    Hüseynlə (ə) Zeynəbin söhbətini eşidən Nafe tələsik Həbib ibn Məzahirin yanına gəldi və eşitdiklərini ona danışdı. Həbib ibn Məzahir dedi: «And olsun Allaha! Əgər İmamın (ə) istəyinə zidd olmasaydı, elə bu an qılınc çəkib düşmənin üstünə gedərdim». Nafe dedi: «Qardaşım! Peyğəmbər qızlarını iztirab halında qoymuşuq. Dur, o biri səhabələri də götürüb, onların hüzuruna gedək və onları arxayın edib, qorxularını aradan qaldıraq». Həbib ibn Məzahir öz döyüş yoldaşlarını həmin müqəddəs gecədə belə səslədi: «Allahın və Peyğəmbərin (s) ənsarı haradadır? Fatimənin ənsarı, İslamın dostları, Hüseynin (ə) səhabələri haradadır?»

    Bu vaxt Hüseyn ibn Əli (ə) bayıra çıxdı. Onların isar və fədakarlığı müqabilində təşəkkür edərək buyurdu: «Ey mənim səhabələrim! Allah-təala Peyğəmbərinizin (s) Əhli-beyti tərəfdən sizə ən yaxşı mükafatı versin!»

    İmamın (ə) ətrafındakılar yaxşı bilirdilər ki, bu son gecənin dəyərli anları onları əbədiyyətə qovuşduracaq ən qiymətli sərmayələridir. Misilsiz dəyərlərə malik olan bir gecə! Vay olsun o insana ki, öz həyatının qədr gecəsini tanımaz! Hüseynin yardımçıları bu aşura gecəsinin dəyərini necə də gözəl bilirdilər!

     

    Beyətlər öhdədən düşdü bu gecə,

    Məşuq aşiqlərə «gedin» söylədi.

    Həbib fəryad edib dediey ağa,

    Sənsiz mən kiməm kivarlığım nədi?

    Saçlar ağarsa dakönül cavandı,

    Həbib əvvəlki tək qana qan dedi.

     

    Başqa cür ola da bilməzdi! Həbib Seyyidüş-şühədanı tək qoymuş olsaydı, könüllərdə yer tapmaz, adı əbədiləşməzdi.

    ŞƏHADƏT ŞÖVQÜ

    Pir olub, taqətdən düşsə də canım

    Cavan aşiqlərlə birdir ünvanım.

    Bu səhra şahiddir mənim eşqimə,

    Soruşma ürəyim çırpınır niyə!

     

    Bu bir şüar yox, həqiqətdir. Ölüm üçün şadlıq, şəhadət şövqü! İnsan özü ilə Allah, behişt, Peyğəmbər (s) və imamlar (ə), siddiqlər və şəhidlər arasında bir gecəlik fasilə görən vaxt bu səfərin necəliyindən xəbərdar ola-ola necə sevinməyə bilər?! Şəhadət sevinci o insanlara xasdır ki, ilahi agahlığa, «elmül-yəqinə» çatmış olsunlar. Həbib ibn Məzahir belə insanlardan idi. İmam Hüseyn (ə) səhabələri peyğəmbər yadigarlarının qarşısında, Allah yolunda şəhadətə yetişəcəklərini bildikləri vaxt şadlanır, zarafatlaşırdılar. Həbib ibn Məzahir üzündə təbəssüm, sevincək halda səhabələrin yanına getdi. Yezid ibn Həsin Təmimi adlı səhabə bu şadlığa etiraz  edərək dedi: «Məgər indi zarafat, gülmək vaxtıdırmı?!» Həbib ibn Məzahir dərin bir imandan danışan cavab verdi: «Sevinib-şadlanmaq üçün bundan da yaxşı vaxt olacaqmı?! And olsun Allaha, bir şey qalmayıb ki, o azğınların qılıncları bizi doğrasın və behişt hurul-eyninə qovuşaq».

    Şadlığından özünə sığmayan, deyib-gülən digər bir səhabəyə təəccüblə dedilər: «Axı indi boş işə vaxt sərf etməzlər». O belə cavab verdi: «Yaxınlarım yaxşı bilirlər ki, mən nə gəncliyimdə və nə də qocalığımda boş şeylərə vaxt sərf etməmişəm. Amma qarşıdakı görüş məni sevindirir. Behiştlə bizim aramızda düşmən qılınclarının sıyrılması qədər vaxt qalır».

    Belə bir şəhadət eşqi harada görünüb?! Yalnız və yalnız ilahi məktəblərdə, din alimlərinin təlimləri sayəsində aşiqlərin baxış üfüq-ləri bir bu qədər genişlənir, dərinləşir və işıqlanır! Müqəddəs müdafiənin nurani cəbhələ-rində İslam mücahidlərinin ruhiyyəsi yada düşür. Bu insanları ruhlandıran, şübhəsiz ki, Kərbəla dastanı idi və bu mücahidlər Hüseyn (ə) aşura məktəbinin şagirdləri idilər.

    AŞURA QƏHRƏMANLIQ GÜNÜ

    Aşura günü sübh namazından sonra İmamın (ə) düşərgəsində ciddi hazırlıq nəzərə çarpırdı. Hüseyn ibn Əli (ə) öz qüvvələrinin hərbi hazırlığı ilə məşğul idi. Həzrət (ə) Həbib ibn Məzahiri sol cinahdakı qüvvələrin, Züheyri sağ cinahdakı qüvvələrin koman-danı təyin etdi. İmamın (ə) qüvvələri az saylı olsa da, bir dünya əzəmət, şücaət və imana malik idilər. Həbib ibn Məzahir imamın (ə) ən dəyərli səhabələrindən idi. Hərbi həmlələr vaxtı meydanda olan hər bir kəs onu səsləyir və onun çağırışına dərhal cavab verirdi. Bir dəfə də Ziyadın qulamı Salim və Übeydullahın qulamı Yəssar meydana çıxıb, mübariz tələb etdilər. Yəssar meydanda təkəbbürlə dayanıb ya Həbib, ya Züheyr, ya da Bureyr ilə döyüşəcəyini elan etdi. Həbib və Bureyr dərhal yerlərindən qalxdılar. Amma imam (ə) onlara icazə vermədi və Əbdullah ibn Əmiri meydandakı düşmənlə döyüşə göndərdi. Əbdüllah meydandakı düşmən-lərin hər ikisini həlak etdi.

    Həbib bütün səhnələrdə iştirak edir, imamın müdafiəsində, cəbhənin güc-ləndirilməsində qılıncı, dili, nitqi ilə öz vəzifəsini yerinə yetirirdi. Həmin aşura səhəri imam Hüseyn (ə) düşməni düzgün yola dəvət etmək və höccəti tamamlaq, bəhanələri aradan qaldırmaq üçün öz əzəmətli nitqini söylədi. Həzrət buyurdu: «Mənim əslimi nəzərdə saxlayın və baxın ki, məni öldürmək sizin xeyirinizədirmi? Məgər mən Peyğəmbərin qızının oğlu deyiləmmi?...»

    Şimr Həzrətin (ə) sözünü kəsdi və dedi: «O (yəni imam (ə)) Allaha sözdə pərəstiş edir».

    Həbibin dini qeyrəti ona bu səhnələri sakitcə seyr etməyə imkan vermədi və o Şimrə cavab verdi: «And olsun Allaha! Görürəm ki, sən Allaha yetmiş dillə pərəstiş edirsən. (Həbib Şimrin saxta etiqadına işarə edirdi). Mən də şahidəm ki, dediyin kimi, imamın (ə) sözlərini anlamırsan. Allah sənin qəlbini möhürləyib və həqiqəti dərk etməkdən məhrumsan.» Beləcə, Şimr susdu və İmam (ə) öz sözünə davam etdi.

    Üzbəüz döyüş başladı. İmamın fədakar köməkçiləri həmin tarixi məqamda birbəbir cihada gedir və qanlı savaşlardan sonra şəhadətə çatırdılar. Həbibin yaxın dostu olan Müslim ibn Ovsəcə meydana çıxdı, qəhrəmanlıqla döyüşüb, nəhayət, yerə yıxıldı. O, qanına qəltan olduğu vaxt Hüseyn ibn Əli (ə) və Həbib ibn Məzahir ona yetişdi. Müslim son nəfəslərini dərərkən Həbib ona dedi: «Müslim, mənim üçün sənin ölümün çox ağırdır! Səni behiştlə müjdələyirəm». Müslim zəif bir səslə dedi: «Allah sənə behişti müjdə etsin!» Sonra Həbib əlavə etdi: «Müslim, əgər səndən sonra qətlə yetirilməmiş olsaydım, vəsiyyətlərini eşitmək istəyərdim. Çünki mənim boynumda yaxınlıq və din haqqın var». Müslim ibn Ovsəcə çətinliklə danışa bilirdi. O dedi: «Sənə vəsiyyət edirəm ki, ölüm anınadək bu insanla (imam Hüseynlə (ə)) ol və onunla çiyin-çiyinə döyüş!» Həbib dedi: «And olsun Kəbənin Allahına! Elə də edəcəyəm». Həbibin bu sözlərindən sonra Müslim gözlərini əbədi olaraq dünyaya qapadı.

    Bu iki dostun vəfadarlığı onları Kərbəla şəhidləri zümrəsinə daxil etdi. Xatirələri əziz olsun!

    Aşura günü günorta imam Hüseyn (ə) son namazını qılmaq üçün möhlət istədi. Düşmənin xəbis döyüşçülərindən olan Həsin ibn Təmim fəryad edərək dedi: «Hüseyn, sənin ki namazın qəbul deyil!» Bu sözlər Həbib ibn Məzahiri qəzəbləndirdi və o dedi: «Yoxsa güman edirsən ki, Peyğəmbərin qıldığı namaz qəbul deyil, sənin qıldığın namaz qəbuldur, ey ulağ?!» Sonra onlar bir-birlərinə hücum etdilər. Həbib ibn Məzahir qılıncla vurub, Həsinin atını yıxdı və Həsin yerə sərildi. Düşmənlər Həsini Həbibin əlindən aldılar. Həbib onlara xitabən dedi: «Ey ad və güc cəhətdən ən alçaq qövm, and içirəm ki, biz sizin qədər və ya bir az ondan az olsaydıq, qılınclarımızın xofundan qaçıb, meydanı boş qoyardınız».

    Həbib ibn Məzahirin son fədakarlıq anı çatdı. Damarlarından gənc qanı axan bu qoca mücahid qılıncını çəkib, düşmənlərə hücum etdi. Döyüş meydanı onun əzəmətindən təlatümə gəldi. Həbib düşmən qoşununu yara-yara belə bir rəcəz oxuyurdu:

     

    Mən Məzahir oğlu Həbibəmbilin,

    Hünəriniz varsameydana gəlin.

    Sayınız olsa da bizlərdən artıq,

    Qəlbimizdə vəfabaşımız ayıq.

    Dəlilimiz möhkəmsözümüz aşkar,

    Candan keçiləsi məqsədimiz var.

     

    Həbib ibn Məzahir yaşının ötməsinə baxmayaraq, şücaətlə vuruşur, düşmənə aman vermirdi. O, 62 düşmən döyüşçüsünü qılıncdan keçirdi. Nəhayət, başının ortasından dəyən qılınc və düşmən nizəsi onu yerə yıxdı. Bir qədər əvvəl Həbibin əlindən zorla qurtulmuş Həsin ayağa qalxmaq istəyən Həbibə hücum edib, qılınc zərbəsi ilə onu yenidən yerə yıxdı. Həbibin ağ saçları al qana boyanmışdı. O, döyüş səhnəsini görmək üçün gözlərini tutmuş qanı silmək istədi. Bu vaxt düşmən nizəsi onu hədəfə aldı. Axır anlarını yaşayan Həbib haqq yolda can vermək, həqiqət və din ağacını öz qanı ilə suvarmaq həsrətində idi.

    Həbibə son zərbəni vurmuş Bədil ibn Sərim atdan düşüb, özünü Həbibə çatdırdı və tələsik onun başını bədənindən ayırdı.

    Həbibin şəhadət dağı Hüseynin (ə) dostlarına çox ağır gəldi. Hüseyn (ə) özünü Həbibə çatdırdı ki, onu şəhadəti, məşuq hüzuruna meracı münasibəti ilə təbrik etsin. Həbibin şəhadətinin təsirindən imam (ə) buyurdu: «Özümün və məni himayə edən dostların Allahdan mükafatı intizarındayam».

    Allahın və Onun rəsulunun salamı olsun Həbib ibn Məzahir Əsədiyə!

     

    Kitabın adı: HƏBİB İBN MƏZAHİR (İdeallarla tanışlıq)
    Müəllif: Cəvad Mühəddisi

     
     
    Bölmə: Səhabələr / Həbib ibn Məzahir
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 9 Haziran 2014 16:50 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.