Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bəzən yarım günlük müqavimət və fədakarlıq əsrlər boyu şölələnib iftixar yaradır. Aşura qəhrəmanlıq dastanı da bu qəbildəndir.
Hüseyn (ə) yardımçılarının tarixi hərəkətə gətirmiş fədakarlığı, isarı və cihadı zərbül-məsələ çevrildi. Bu insanlar həyata və ölümə əzəmət vermək iftixarı qazandılar. Onların xatirəsi ilham mənbəyi, adları əzəmət simvolu oldu. Bu mücahidlər İslam nihalını öz qanları ilə suvardılar, din və azadlığa ikinci həyat verdilər.
Bəli, beləcə, ölümdən həyat zühur edir. Bu yolla fəna bəqa yaradır, şəhidin al qanı əbədi bir xatirə rəsmi çəkir, şəhidlər tarixin ideallarına çevrilir. Bəli, məhz bu insanlar dindarlıq, təqva, ilahi hökmlərə keşikçilik, Quran və imamın haqq və ədalətin müdafiəsi, azadlıq və haqtələblik, bir sözlə bütün fəzilətlərdə nümunəyə çevrilirlər. Sözümüzün canı aşura, əməl meydanı isə Kərbəladır!
İslam Peyğəmbərinin (s) vəfatından yarım əsr keçmiş hicri 61-ci ildə İslam cəmiyyətinə dini təhrif edən, azadələri dara çəkən, ilahi hədləri pozan, cahiliyyət ənənələrini dirildən, dünyapərəst, zalım, qarınqulu insanlar hakim oldular. Amma bu sadalananlar onların kiçik günahları idi.
Bütün bu fəsadlara qarşı Hüseyn ibn Əli (ə) qiyam etdi. Onun məqsədi İslam ümmətini Yezid kimi günahkarın hakimiyyətindən qurtarmaq idi. Olduqca ağır bir zəmanə idi. Zaman insanları elə bir sınağa çəkirdi ki, bu sınaq qarşısında həqiqi dindarlar, mücahid kişilər az tapılırdı. İnsanların əksəri dünya həyatına üz tutmuşdu! İmam (ə) haqqı və İslamı dirçəltmək üçün öz möhkəm vəfalı haqtələb tərəfdarları ilə meydana qədəm qoyub, Yezidə qarşı qiyam qaldırdı. Onun səhabələri az idi. Amma aşura üçün mühüm olan kəmiyyət yox, keyfiyyət idi. Bu meydanda meyar imam və şəhadət eşqi sayılırdı. Belə bir meydanda cəmiyyətin çoxluğundan, saydan danışmağa dəyməzdi. Hüseyn ibn Əlinin (ə) yoldaşlarının əksəriyyəti gecə ibadətinə məşğul olan abidlər, Quran qariləri, bəsirətli qəhrəmanlar, əli silahlı müəllimlər, təqvalı mücahidlər idi. Onların ibadət və təqvası simalarından görünürdü. İslam Peyğəmbərinin (s) səhabələrindən, həzrət Əlinin (ə) həvarilərindən bir qisminin imam Hüseyn (ə) qoşununda olması bu cəbhəyə xüsusi bir mənəvi görkəm verirdi.
Əlinizdəki kitabçada parlaq simalardan, tanınmış şəxsiyyətlərdən, qəhrəmanlıq dastanları yaradan şücaətli şirlərdən biri ilə tanış olacaqsınız. Olsun ki, bu tanışlıq böyük insanların yolunu izləməkdə bizə yardımçı olsun. Bu abid və arif qəhrəman Həbib ibn Məzahirdir. Bu ad sizlərə yaxşı tanışdır. O, Hüseyn (ə) Kərbəlası, şəhadət aşurası ilə qırılmaz əlaqələrə malikdir. Aşura hadisəsinin iştirakçılarından bəziləri hətta Həzrət Peyğəmbərin (s) hüzurunda olmaq iftixarına malik idilər. Bu qiyamın bəzi iştirakçıları isə həzrət Əli (ə) ilə çiyin-çiyinə həqiqət uğrunda vuruşanlar idi. Bəziləri isə həm də imam Həsənin (ə) səhabəsi hesab olunurdu. Bu insanlar nəhayətdə Hüseyn ibn Əliyə (ə) Kərbəlada yardımçı olmuş və bu yolda şəhadətə yetişmişdilər.
Həbib ibn Məzahir və Hüseynin (ə) digər yoldaşlarının aşuradakı məqamı insanda qibtə doğurur. Bu barədə imam Sadiqin (ə) çox dəyərli buyuruqları var. İmam Sadiq (ə) həmin bu insanları «Allahın övliyaları və dostları», «Allahın seçilmişləri», «Allah dininin yardımçıları», «Peyğəmbər (s), Əli (ə), Fatimə, Həsən (ə), Hüseynin (ə) ənsarı», «Həqiqi paklar» və bu kimi digər ləqəblərlə yad etmişdir.
Özünüz deyin, İslam qədər insan sərmayəsinə malik olan məktəb, ayin, millət, irq varmı?! Hansı məsləkdə və dində bir bu qədər görkəmli şəxslər tapa bilərsiniz?!
Salam olsun belə bir mənəvi xəzinə sahibi olan İslama! Salam olsun İslam və Quranın keşiyində dayanmış bu pak insanlara, əbədi şəhidlərə! Bu insanlar əsl nümunə, əsl ideallardır.
Ümid etmək olar ki, bu ilahi nümunələr hamımız üçün İslam cəbhəsinin bütün döyüşçüləri üçün, dünyanın bütün azadələri üçün kamillik və fəzilət çeşməsi olsun. Ey kaş, Kərbəla yolları hamının üzünə açılsın və hər birimiz Hüseynin (ə) barigahı kənarında onun vəfalı yardımçılarını da ziyarət edə bilək!
Dini ömür tarixçəsi, İslama xidmət və İslam Peyğəmbərinin (s) hüzurunda olmaq iftixarı Həbib ibn Məzahirə məxsusdur. Həbib iftixar sahibi olan «Bəni Əsəd» tayfasının görkəmli şəxsiyyətlərindən-dir. O, İslam Peyğəmbərinin (s) besətindən bir il əvvəl dünyaya gəldi. İslam Peyğəmbəri (s) Məkkədə insanları tövhid dininə dəvət edərkən Həbib öz uşaqlıq dövrünü yaşayırdı. Amma o öz gəncliyini Mədinədə İslam Peyğəmbə-rinin (s) hakimiyyəti zamanında din yolunda cihad və fədakarlığa sərf etdi.
Şübhəsiz ki, həzrət Peyğəmbərlə (s) görüşmək Allahın böyük bir lütfüdür. Həbib ibn Məzahir həzrətlə (s) görüş sayəsində elə əvvəlcədən dini maariflə, ilahi hikmətlərlə, İslamın əbədi təlimləri ilə tanış ola bildi. Həbib Peyğəmbərin (s) səhabələrindən sayılırdı. Onun dilindən bir sıra hədislər nəql olunmuşdur. Həbibin Peyğəmbər (s) səhabəsi olması onun məqamını bir xeyli ucaltmışdır. Bu insanın yetmiş beş yaşında ikən Kərbəla qiyamında iştirak etməsi, əlinə silah alaraq Hüseyn ibn Əlini (ə) müdafiə etməsi mənəviyyat dolu səhnələrindəndir. Belə bir mənəviyyatla yalnız haqpərəst möminlərin nurani cəbhələrində rastlaşmaq olar.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Həbib ibn Məzahir Əli ibn Əbi-Talibin vilayət xəttini tutdu. O, həzrətin (ə) hüzurunu qənimət sayaraq, onu Peyğəmbər (s) elmlərinin varisi kimi tanıyırdı. Bu səbəbdən də həzrətə (ə) üz tutub, onun xüsusi həvarilərindən və şagirdlərindən olmuşdur. Həbib ibn Məzahir həzrət Əlinin (ə) dəyərli biliklərindən faydalanmış və onun elminin daşıyıcılarından olmuşdur.Həbib ibn Məzahir həzrətin (s) Meysəm Təmmar, Ruşid Hicri kimi fədakar yardımçılarının sırasındaydı. Həbib bir sıra ilahi bilgilərə yiyələnmişdi ki, bunlardan biri də gələcəkdə baş verəsi hadisələrin öncədən xəbər verilməsi idi. Həbib özünün və başqa-larının şəhadətindən xəbərdar bir insan idi.
Bu barədə nəql olunmuş məşhur nümunələrdən birinə nəzərə salaq: Bir gün Meysəm Təmmar süvari halda Bəni-Əsəd tayfasının toplaşdığı yerdən keçirdi. Bu vaxt o, Həbib ibn Məzahiri görür. Bu iki süvari bir-birinə o qədər yaxınlaşır ki, atların başları bir-birinə toxunur. Onlar uzun müddət söhbətləşirlər, axırda Həbib ibn Məzahir Meysəmə deyir: «Sanki Peyğəmbərə (s) məhəbbət yolunda dara çəkilmiş, qarnı yırtılmış yemiş satan bir kişi görürəm!» (Meysəmin peşələrindən biri də yemiş satmaq idi). Onun cavabında Meysəm belə deyir: «Mən də Peyğəmbər (s) övladı Hüseyn (ə) ibn Əli yolunda öldürüləcək və başı kəsilib Kufəyə göndəriləcək kişini yaxşı tanıyıram!» Onlar beləcə söhbətləşib ayrılırlar. Onların söhbətlərini dinləyənlər hələ də öz aralarında mübahisə edir, Həbiblə Meysəmin söhbətlərinə şübhə ilə yanaşırlar. Bu vaxt Ruşeyd Hicri gəlib, Meysəmlə Həbibin harada olduğunu soruşur. Ona deyirlər: «Burada idilər, filan sözləri danışdılar, sonra ayrılıb getdilər». Ruşeyd deyir: «Allah Meysəmə rəhmət etsin. O bir şeyi deməyi unudub ki, Həbibin kəsilmiş başını Kufəyə gətirənə yüz dirhəm hədiyyə verərlər, sonra isə kəsilmiş başı şəhərdə gəzdirərlər!» Oradakılar bir-birinə deyirlər: «Deyəsən, bu bir nəfər o biri iki nəfərdən də yalançıdır». Amma çox keçmir ki, Meysəmi dara çəkirlər və Həbib ibn Məzahirin də kəsilmiş başını Kufəyə gətirirlər. Bir zaman bu sözlərə şübhə edənlər deyilənlərə şahid olurlar.Zaman ötdü və xilafət Əmirəl-mömininə (ə) çatdı. Həzrət (ə) xilafət mərkəzini Mədinədən Kufəyə köçürdü. Həbib ibn Məzahir də Kufəyə köçdü ki, həmişə mövlası Əlinin (ə) yanında olsun.
Həbib həzrət Əlinin (ə) bütün döyüşlə-rində iştirak etdi. Həmin vaxt o, Kufənin ən şücaətli insanlarından sayılırdı. Bu şücaətli kişi eyni zamanda gözəl əxlaq, dini biliklər, paklıq və təqva, səxavət və vəfa sahibi idi. Onu imam və Əhli-beytə (ə) ixlasda nümunə saymaq olardı. Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, cədəl, münazirə və digər sahədəki bilikləri bütün vaxtlarda ətrafdakıları heyran qoyardı. Həbib İmama (ə) vəfadarlıqda ən öncül insanlardan sayılardı.
Həbibin gözəl siması vardı. Onun mənəvi gözəlliyi də kamillik həddində idi. Quranı bütünlüklə əzbər bilirdi və gecələr işa namazından fəcrədək Quranı xətm edər, ibadətə məşğul olardı. Əli ibn Əbi Talib şəhadətə çatanda Həbibin təqribən 54 yaşı vardı. O təqva, isar, təcrübə və agahlıq dolu bir ömür yaşamışdı. O qalan ömrünü də haqq yolunda imamın (ə) müdafiəsinə və dinə yardıma sərf etdi.
Həzrət Əlinin (ə) şəhadətindən sonra İslam cəmiyyətinin ictimai-siyasi vəziyyəti böhrana düçar oldu. İmam Həsən (ə) ölkənin siyasi səhnəsindən uzaqlaş-dırıldı. Hakimiyyət Müaviyənin əlinə keçdi. Müaviyənin iyirmi il davam etmiş diktator rejimi Əli (ə) və onun ailəsinə qarşı zəhərli təbliğatla məşğul oldu. Əhli-beyt (ə) şiələri olduqca sıxıntılı vəziyyətə düşdülər. Müaviyənin onlara qarşı siyasəti qətl, edam, həbs, sürgün, maaşın kəsilməsi, işdən çıxarılma kimi haqsızlıqlarla müşayiət olunurdu.
Həmin bu acı dövrdə imam Həsən Müctəba (ə) Müaviyənin qurğusu ilə şəhadətə çatdı. İmam Həsəndən (ə) sonra imamət Hüseyn ibn Əliyə (ə) ötürüldü. Müaviyə isə öz çirkin siyasətini davam etdirirdi. Şiələr imam Hüseynə (ə) məktub yazır, onu Müaviyəyə qarşı qiyama çağırırdılar. Həzrət (ə) isə bu namələrin cavabında susurdu. Nəhayət, hicri 60-cı ildə Müaviyə öldü, hakimiyyət onun ləyaqətsiz və şərabxor oğlu Yezidə keçdi.
Aydın məsələdir ki, həmin bu ağrılı illərdə Həbib ibn Məzahir də digər aşiq şiələr kimi, dərd-qəm içində idi. Həbib İmama (ə) itaət edir, öz ictimai-siyasi mövqeyində imamın (ə) göstərişlərinə əsaslanırdı.
Hüseyn ibn Əli (ə) Yezidə beyətdən imtina edib, Mədinədən Məkkəyə hicrət edir. İmamın Məkkədə bir neçə ay qalmasından çoxları xəbər tutur. Eləcə də, bu məsələdən xəbərdar olan Kufə şiələri Süleyman ibn Sərd Xüzainin evində məclis qururlar. Kufənin tanınmış şəxslərindən və vəfalı şiələrindən olan Süleyman məclisdəkiləri Müaviyənin ölümündən və Yezidin canişinliyindən xəbərdar edir. O, iştirakçılara bildirir ki, imam Hüseyn (ə) Yezidə beyətdən imtina edib və Məkkəyə üz tutmuşdur. Süleyman məclisdəkilərdən imama (ə) yardım etmək istəkləri barədə soruşur və bildirir ki, əgər belə bir hazırlıq varsa, imama (ə) məktub yazıb, öz mövqeyimizi bildirək. Süleyman xəbərdarlıq edir ki, əgər belə bir hazırlıq yoxdursa, bu yola qədəm qoyulmasın.
Məclisdəkilər imamın (ə) rəhbərliyi altında döyüşməyə və haqqı müdafiə etməyə hazır idilər. Beləcə, imama (ə) məktub yazılır və İmam (ə) Yezidə qarşı mübarizəyə rəhbərlik üçün Kufəyə dəvət olunur.
İlk dəvətnaməni Kufə böyüklərindən dördü imzalayır və Məkkəyə yola salır. Bu dörd nəfər Süleyman ibn Sərd, Müsəyyib ibn Nəcbə, Rəfaə ibn Şəddad və Həbib ibn Məzahir idi. Məktubda imam (ə) Kufəyə dəvət olunur və ondan Yezidə qarşı mübarizəyə rəhbərlik etməsi istənilir.
Yezid ilkin xəlifəlik dövründə vəziyyətə nəzarət etmək üçün sərt tədbirlər görürdü. Həmin şəraitdə Həbib və onun həmfikirləri tərəfin-dən belə bir məktubun yazılması çox mühüm və təhlükəli bir iş idi. Bu namənin ardınca Hüseyn ibn Əliyə (ə) bir xeyli məktublar yazıldı. Bütün bu məktublarda İmamdan (ə) yubanmadan, ilkin fürsət düşən kimi özünü Kufəyə çatdırması istənilirdi.
Kitabın adı: | HƏBİB İBN MƏZAHİR (İdeallarla tanışlıq) |
Müəllif: | Cəvad Mühəddisi |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |