» » » Həbib Müslimin hərakatında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həbib Müslimin hərakatında
    +5
    Müəllif: Admin | 7-06-2014, 00:12 | Baxılıb: 1 453

    HƏBİB MÜSLİMİN HƏRƏKATINDA

    Kufəlilərin imama (ə) yazdığı çoxsaylı dəvət məktubları həzrəti (ə) vadar etdi ki, vəziyyəti və xalqın hazırlığını dəqiq qiymətləndirmək üçün oraya xüsusi bir nümayəndə göndərsin. İmam (ə) Kufəyə Müslim ibn Əqili göndərdi. Müslim Kufəyə gəlib İmamın (ə) naməsini xalqa oxudu və onlardan cavab gözləməyə başladı. İlk məclisdə Kufə şiələrindən olan Əbbas Şakəri alovlu bir nitq söylədi, sonra Müslim ibn Əqilə dedi: «Həmd olsun Allaha. Mən xalq haqqında bir söz deyə bilmərəm. Çünki onların qəlblərindəkiləri bilmirəm. And olsun Allaha, mən sənə öz nəzərimi və hazırlığımı bildirirəm. Əgər çağırsa-nız, səsinizə səs verəcəyəm və sizinlə birlikdə düşmənlərinizlə vuruşacağam. Allahın görüşünə nail olana qədər sizin qarşınızda düşmənə qılınc çalacağam və bu işdə Allahdan başqa kimsədən bir şey gözləmirəm...»

    Seçim məqamı çatmışdı. Hazırlığı bildirməklə yanaşı əməl də lazım idi. Əbbasın çıxışından sonra Həbib ibn Məzahir ona xitabla dedi: «Sanki bizim dilimizdən danışırsan. Allah sənə rəhmət etsin! Qəlbində olanları qısa şəkildə dedin. And olsun bir olan Allaha! Mən də onun bəyan etdiyi əqidədəyəm».

    Müslim həmin günlər Muxtar Səqəfi-nin evində olurdu. İnsanlar ardıcıl şəkildə Muxtarın evinə axışıb, Müslim ibn Əqillə Hüseynə (ə) yardım haqqında beyət edirdilər. Həbib ibn Məzahir və Müslim ibn Ovsəcə hökumət casuslarından gizli şəkildə Müslim ibn Əqil üçün xalqdan beyət alırdılar. Onlar bütün varlıqları ilə imam Hüseynin (ə) rəhbərliyi altında baş verəcək hərəkat üçün çalışırdılar.

    Kufənin yeni hakimi İbn Ziyad şəhərə gəldiyi vaxt və hökumət işlərini ələ aldıqdan sonra beyət məsələsi çətinləşdi. Həbib isə əvvəlki tək Müslimin hərəkatı yolunda səy göstərirdi. Amma vəziyyət çətinləşdik-dən sonra xalq Müslimin ətrafından dağılışmağa başladı. Bu vaxt Həbib ibn Məzahirin və Müslim ibn Ovsəcənin də tayfası bu iki şəxsi İbn-Ziyadın qəzəbindən qorumaq üçün gizlədilər.Çünki İbn-Ziyad bu hərəkatın fəal-larını axtarıb tapır, ya zindana salır, ya da edam etdirirdi.

    KƏRBƏLA KARVANINA DOĞRU

    Sevgi yağışı üçün qoca nədi, cavan nə?!

    Şərab təsir eyləməz eşq badəsin içənə.

    Aşiq gecələr oyaq, qorxutmaz onu zülmət,

    Ölümdə bir qorxu yox, yaşayırsa məhəbbət.

    Varsa mövla sevgisi, inan, vəfadan savay

    Hər şeyi pərdələyib, məşuqçün qurar saray.

     

    İmam Hüseyn (ə) Məkkədən Kufəyə yola düşdü. Bu şəhadət karvanındakılar yalnız Allah və Onun dininin qələbəsi haqqında düşünənlər olmalı idi. Belə bir karvan Məkkədən Kərbəlaya üz tutmuşdu. Həbib ibn Məzahirin belə bir karvanda olmaması təəssüf doğurardı. Hansı ki, Məkkədən imamla (ə) birlikdə Kərbəlaya yola düşənlərin heç də hamısı sonadək imamla (ə) yoldaşlıq etmədi. Çünki bu karvana qoşulanların bir hissəsi şəhadət yox, başqa şeylər haqqında düşünürdülər.

    Çox olar dilində «oldu» deyənin

    Qəlbində qopan səs «olmadı» deyər.

    Karvana çoxları qoşulsalar da,

    Mənzilə çatmamış yolundan dönər.

     

    İmam Hüseyn (ə) Kufəyə hərəkət zamanı bir namədə Həbib ibn Məzahirə yazır: «Əli ibn Əbi Talib oğlu Hüseyndən (ə) fəqih alim Həbib ibn Məzahirə. Ey Həbib! Sən bizim Peyğəmbərlə (s) qohumluğumuzu və yaxınlığımızı bilirsən və bizi hamıdan yaxşı tanıyırsan. Sən gözəl əxlaq və qeyrət sahibisən. Ona görə də canını bizim yolumuzda fəda etməkdən çəkinmə. Belə etsən cəddim Peyğəmbər (s) sənin işinin mükafatını qiyamətdə əta edər».

    Bu Həbibin üzünə gülmüş, onun qapısını döymüş bir səadət idi. Ey Həbib, müjdə olsun sənə Allahın behişti! Bu behişt Allahın yolunda cihad və şəhadətinin mükafatıdır!

    Həbib ibn Məzahir və Müslim ibn Ovsəcə, bu iki şücaətli şəxs imam Hüseynin (ə) karvanının Kufəyə yaxın-laşması xəbərini eşitdilər. Kufə əhlinin vəfasızlığı onları sarsılt-mışdı. Digər bir tərəfdən, Hüseyn ibn Əlini (ə) görmək arzusunda idilər. İmamla (ə) görüş onların qəlbini sarımışdı. Qərara gəldilər ki, özlə-rini İmama (ə) çatdırsınlar. İmam (ə) Kufəyə çatmamış Kərbəla adlanan yerdə mühasirəyə alındı. İbn Ziyadın məmur-ları vəfalı kufəlilərin İmama (ə) qoşulmaması üçün gecə-gündüz Kufə qapılarında keşik çəkirdilər. Amma bu iki qoca və vəfalı insan nə yolla olur olsun, özlərini Hüseynə (ə) çatdırmaq əzmindəydilər. Onlar gecələr yol gedir, gündüzlər dincəlirdilər. Nəhayət, məhərrəm ayının yeddinci günü Kərbəlada İmamın (ə) karvanına qoşula bildilər.Artıq onlar imamla (ə) göz-gözə dayan-mışdılar. Onların baxışları qəlb-lərindəki hisslərdən danışırdı. Ürəkləri Hüseynə (ə) məhəbbət, şəhadət eşqi ilə çırpınırdı.

    Həbib ibn Məzahir imam Hüseynlə (ə) görüşdüyü vaxt İmamın (ə) düşmənlə-rini çox, dostlarını isə az gördü. İmama (ə) ərz etdi: «Bu yaxınlıqda Bəni-Əsəd qəbiləsi yaşayır. Əgər icazə versəniz, onların yanına gedər və köməyə çağıraram. Olsun ki, Allah onları hidayət edə və sizin müdafiənizə qalxalar».

    Hüseyn ibn Əli (ə) ona icazə verdi. Həbib tələsik özünü Bəni Əsəd qəbiləsinə çatdırdı. Onları bir yerə toplayıb moizə etdi və belə dedi: «Sizin üçün gözəl bir hədiyyə gətirmişəm. Rəhbərin öz qövmünə gətirdiyi ən yaxşı bir hədiyyə! Bu hədiyyə sizin qonşuluğunuzda dayanmış Hüseyn ibn Əli (ə), Əmirəl-möminin (ə) və Fatimənin (ə) övladıdır. Onun yanında bir dəstə mömin də var. Düşmənlər onu mühasirəyə almışlar və qətlə yetirmək fikrindədirlər. Sizi onun müdafiəsinə, peyğəmbər (ə) ehtiramının hifzinə dəvət etməyə gəlmişəm. And olsun Allaha, əgər ona yardım etsəniz, Allah dünya və axirətin şərəfini sizə verər. Mən ona görə bu məsələdə sizə üz tutmuşam ki, siz mənim qövmümsünüz və mənə ən yaxın adamlar hesab olunursunuz». Həbibi dinləyənlər arasından Əbdüllah ibn Bəşir adlı biri qalxdı və dedi: «Ey Həbib! Allah sənin zəhmətlərinin əvəzini versin! Sən bizə insanın ən əziz adamına verdiyi iftixarı gətirmisən. Mən sənin dəvətinə «ləbbeyk» deyən ilk adam oluram...»

    Başqaları da ayağa qalxdılar və Əbdüllah ibn Bəşirlə eyni fikirdə olduqlarını bildirdilər. Bəyan etdilər ki, onlar Hüseynə (ə) qoşulmağa və yardım göstərməyə hazırdırlar. Bu adamların sayı yetmişlə doxsan nəfər arasında idi. Onlar Kərbəlaya doğru hərəkət etmək qərarına gəldilər. Amma bu adamların arasında Ömər Sədin xəyanətkar bir casusu vardı. O şahid olduğu söhbətləri Ömər Sədə çatdırdı. Ömər Səd Əzrəq adlı amansız bir şəxsi beş yüz süvari ilə göndərib, onların hərəkətinin qarşı-sını aldı. Əzrəq öz ətrafındakı adam-larla birlikdə Bəni Əsəd qəbiləsinin üzərinə hücuma keçdi. Həbib ibn Məzahirin fəryadları heç bir nəticə vermədi. Bəni Əsəd qəbiləsindən olan müsəlmanlar çoxsaylı düşmən qarşısında tab gətirmədikdən çarəsiz qalıb evlərinə dağılışdılar.

    Həbib ibn Məzahir isə yenidən imam Hüseynin (ə) yanına qayıtdı. Əhvalatı olduğu kimi ona danışdı. Həzrət (ə) buyurdu: «Allah nə istəyirsə, o da olsun. Allahdan başqa bir qüvvə yoxdur».

    Bəni Əsəd qəbiləsi İmama (ə) yardım əli uzada bilməsə də, aşura hadisəsindən sonra qanlı Kərbəla meydanına gəlib cənazələri torpağa tapşırdı. İmam Səccad (ə) üzündə niqab Kərbəla şəhidlə-rini tanıtdırır və onların dəfnində iştirak edirdi.

    CƏBHƏDƏ TƏBLİĞ

    Həbib ibn Məzahirin başqalarının axirət xoşbəxtliyi üçün necə çalışdı-ğını gördük. O öz söhbətləri ilə Bəni-Əsəd qəbiləsini İmam (ə) yolunda fədakarlığa hazırlayırdı. Əfsus ki, düşmən qüvvələri onların aşura karvanına qoşulmasına mane oldu.

    Həbib hətta döyüş meydanında da insanlara təbliği, onların haqqa gəlib batildən uzaqlaşmasını bir an olsun belə unutmurdu. Ömər Səd Kərbəlaya çatdığı vaxt imamla (ə) danışıqlar üçün bir neçə dəfə onun yanına adam göndərdi. İmamın (ə) görüşünə göndərilən ilk adam Kəsir ibn Səd adlı alçaq bir şəxs idi. Bu şəxs imamın (ə) yoldaşları tərəfindən rədd edildi. O, İmamla (ə) görüşməzdən qabaq hətta silahını da təhvil vermək istəmirdi. Kəsir ibn Sədin rədd edildi-yini görən Ömər Səd Qurrə ibn Qeys adlı başqa birisini göndərdi. İmam Hüseyn (ə) bu şəxslə görüşməzdən qabaq Həbib ibn Məzahirdən onun haqqında soruşdu. Həbib dedi: «Bəli, onun adı Qurrədir. Anası bizim qəbilədəndir və bizə bacı oğlu hesab olunur. Mən onu əvvəllər yaxşı adam kimi tanıyırdım. İnanmırdım ki, Yezid tərəfdarlarına qoşula. O bir vaxtlar iman və təqva əhli idi. Ağlıma da gəlməzdi ki, nə vaxtsa Kufə qoşunu ilə həmkarlıq edə!» Nəhayət, Qurrə imam Hüseynin (ə) hüzuruna gəldi. O Ömər Sədin sözlərini İmama (ə) çatdırdı. Geriyə qayıtmaq istəyərkən Həbib onu saxlayıb dedi: «Ey Qurrə! Allah sənə rəhm etsin! Yoxsa zalımların yanına qayıdırsan? Qayıt, Hüseynə (ə) yardımçı ol. Bizim izzətimiz onun ata-babalarının bərəkətindəndir». Qurrə dedi: «Hüseynin (ə) cavabını çatdırdıqdan sonra bu barədə düşünəcəyəm».Amma Qurrə geri qayıt-madı.

    Həbibin düşmən qoşununa ikinci moizəsi məhərrəm ayının doqquzuncu günü günortadan sonra oldu. Həmin gün Ömər Səd qoşunundan böyük bir dəstə imamın (ə) ordugahına hücum etdi. İmam qardaşı Əbbasa göstəriş verdi ki, hücum edənlərin niyyətindən xəbər tutsun. Əbbas iyirmi nəfər süvari, eləcə də Həbib və Züheyrlə birlikdə onların qabağına çıxdı. Əbbas soruş-du: «Nə olub və nə istəyirsiniz?» Dedilər: «Übeydullah Ziyad əmr etmişdir ki, ya müharibə olmalıdır, ya da qeyd-şərtsiz təslimçilik». Əbbas dedi: «Tələsməyin, mən Əba-Əbdillah Hüseyndən (ə) fikrini öyrənim». Əbbas tələsik Hüseynin (ə) yanına qayıtdı. Bu arada düşmən döyüşçüləri ilə üzbəüz dayanmış Hüseyn (ə) tərəfdarları onlarla söhbətə başladı. Həbib ibn Məzahir Züheyrə dedi: «Əgər istəyirsənsə, onlarla söhbət et». Züheyr dedi: «Təklifi sən etdin, özün də söhbətə başla». Həbib üzünü onlara tutub dedi: «And olsun Allaha! Peyğəmbər övladlarını, abid bəndələri, Allahı zikr edənləri qətlə yetirənlər qiyamət günü Allahla üzbəüz dayanarkən necə də pis olacaqlar».

    Həbibin bu sözlərini yatmış vicdan-ları oyadacağından qorxan biri onun sözünü kəsib dedi: «Həbib, yetər! Sən özünü bacardıqca tərif etdin».

    Züheyr həmin şəxsin cavabını dərhal verdi. Nəhayət, belə qərara gəldilər ki, sabah sübhədək döyüşü təxirə salsınlar.Həbib və imamın (ə) digər yaxınları bu son nurani gecədə dua və ibadətə məşğul oldular.

     

    Kitabın adı: HƏBİB İBN MƏZAHİR (İdeallarla tanışlıq)
    Müəllif: Cəvad Mühəddisi

     
     
    Bölmə: Səhabələr / Həbib ibn Məzahir
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 9 Haziran 2014 16:47 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.