Yağışın yağması
Ərəb qəbilələri Peyğəmbəri (s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət (s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif (ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin (s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin (s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:
Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.
Həzrət (s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət( s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.
Peyğəmbər (s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma!
Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.
Peyğəmbər (s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı.
Mənbə: "On dörd məsumdan möcüzələr" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.