Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam Sadiq (ə) buyurur: "Kufə əhli Həzrət Əli (ə)-ın yanına gəlib quraqlıqdan şikayətləndilər və Həzrətdən yağış üçün dua istədilər. Həzrət (ə) İmam Hüseynə (ə) buyurdu: "Allahdan yağış istə.” İmam Hüseyn (ə) Allaha həmd-səna oxuyub Peyğəmbərə (s) salavat göndərdi və belə dua etdi: "Ey xeyir-bərəkət göndərən, bizə əzəmətinlə ölü torpaqları dirildən, firavan, bəndələrini zəiflikdən qurtaran yağış göndər. Amin ya Rəbbəl-Aləmin.” Dua bitən kimi yağış başladı.”
Dağ ətəyindən keçən bir cavanın quşa atdığı ox yaxınlıqdakı bağ sahibinin oğlunun sinəsinə sancılıb onu öldürdü. Bu hadisəyə görə bir çox günahsız adamlar həbs edildi. Bu işdən narahat olan cavan, oğlunu itirmiş atanın yanına gəlib qatil olduğunu e`tiraf etdi. Ata soruşdu ki, səni bu e`tirafa nə vadar etdi? Oğlan dedi: - "Sənin bağışlayacağına ümid etdim.” Kişi oğlunun qatilini əfv etdi.
Ondan başqasına bəndəlik acı,
Bir Odur həyatın sultanlıq tacı.
Hicranında qalmaq ağır bir əzab,
Hələ bir aşiq də gətirməmiş tab.
Amma hicran olsa baldan da şirin,
Əlbət, çətin verə vüsalın yerin
Nə yaxşı ölüm var, öndə görüş var.
Axır ki, zülmətdən nura giriş var.
Ömürdən nə qalıb zənn etməz ağıl,
Bu günün şərrindən tələs tövbə qıl.
Qiymətlidir nəfəs səcdə anında,
Yaşama bağa tək bir öz qınında.
Əlbət, kömək gərək qından çıxmağa,
Bir getsən on gələr, inan, qabağa.
("Ey bəndəsindən tez razı olan! İxtiyarında duadan başqa bir şey olmayan kəsi bağışla. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvə’ rəhm et o kəsə ki, sərmayəsi ümid, silahı göz yaşıdır! Ey ne`mətləri kamil və firavan olan, ey bəla və çətinlikləri aradan qaldıran, ey qaranlıqda qorxuya düşənlərin nuru, ey oxumamış alim, Məhəmməd və ali-Məhəmmədə salam göndər, mənimlə Özünə layiq rəftar et. Allahın firavan salamı olsun peyğəmbərinə və onun ailəsindən olan pak imamlara.”)
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |