» » Həcc səfərinin qaydaları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həcc səfərinin qaydaları
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 29-05-2014, 12:00 | Baxılıb: 5 234
     

    Allah-Taala Öz Müqəddəs Evi Kəbə və onun fəziləti haqqında Qurani-şərifdə belə buyurur: "Həqiqətən, insanlar üçün ibadətdən ötrü qurulan ilk ev Məkkədədir, aləmlərə mübarək və doğru yol göstərən Kəbədir.” ("Ali-İmran” surəsi, ayə 96.)
    1. səfər haqqında
    Səyahətə çıxan, yaxud səfər niyyətində olan hər hansı bir şəxs üçün Qurani-kərimdə dəfələrlə tövsiyə olunur:
    "Aya, məgər gəzib dolaşmazlar yer üzünü ki, görsünlər onlardan əvvəlkilərin aqibəti necə olmuşdu?” ("Ğafir” surəsi, ayə 21)
    Səfər haqqında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak və məsum Əhli-beytindən 500-dən artıq hədis varid olmuşdur.
    Səfər bir neçə məqsədlə ola bilər: 
    1. İqtisadiyyat baxımından, ticarət nöqteyi-nəzərincə;
    2. Mədəniyyət baxımından-başqa millətlərin adət-ənənələrini və ədəniyyətlərini öyrənmək məqsədi ilə;
    3. Ziyarət baxımından-ruhən kamilləşmək, mənəviyyatını təmizləmək və zənginləşdirmək üçün;
    4. Xəstəliyi və yorğunluğu dəf etmək üçün istirahət və müalicə baxımından ola bilər.
    Çalışmaqdan və zəhmətdən yorğun düşən insanlar öz yorğunluqlarını dəf edib, yeni bir əhval-ruhiyyə ilə təzədən faydalı əməyə başlamaq üçün təbiətin qoynunda, gözəl bir guşəsində istirahət etməyə həmişə ehtiyac duyur.
    Peyğəmbəri Əkrəm, Nəbiyyi-Möhtərəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Səfərə çıxın, ta ki, sağlam olasınız.”
    2. tövbə haqqında
    Həcc ilahi və mənəvi bir səfərdir. Həcc ziyarəti niyyətində olan kəs, gərəkdir ki, səfərə çıxmazdan əvvəl etdiyi günahlardan təmizlənsin, Allahın vadiyi-ibadətinə qədəm qoymağa tam hazır olsun deyə, qəlbindəki qara günah ləkəsini tövbə suyu ilə yuyub təmizləsin.
    İmam Cəfər Sadiq (əleyhissalam) buyurub: "O zaman ki, Həcc ziyarəti qəsdində oldun, tövbə suyu ilə günahlarını yu.”
    Həqiqi tövbəkar bir neçə mərhələdən keçir: əvvəl öz əməllərindən peşman olur, sonra günah işləri tərk edir, bir daha günaha mürtəkib olmaqdan çəkinir və əvvəllər etdiyi günahlardan özünü islah edir.
    Əgər başqalarından mal alıbsa, sahibinə qaytarır. Sahibini tapmaq mümkün olmadıqda, onu tanıdığı bir müctəhidə həvalə edir.
    Əgər kiminsə haqqında məsuliyyətsizlik, səhlənkarlıq edib, onun həya-abrını töküb, qeybətini edib, qəlbinə dəyib və yaxud kiməsə bu və ya digər şəkildə bir zərər vurubsa, lazımdır ki, səfərə çıxmazdan əvvəl həmin kəsdən halallıq alsın. Əgər o şəxsi tapıb həmin ərəfədə onunla halallaşa bilmirsə, onda gərək o şəxs Allaha pənah aparsın, Ondan məğfirət diləsin və haqqını zay etdiyi kimsənin haqqında dua etsin.
    Nəhayət, ziyarət qəsdində olan hər hansı bir şəxs namaz qılmırsa, həqiqi tövbəkarlardan sayılsın deyə, gərəkdir ki, namaz qılsın, oruc tutsun və sair ibadətləri əmələ gətirsin.
    3. vəsiyyət etmək haqqında
    Vəsiyyət bir növ uzağı görmək və gələcəyi düşünməkdir.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur: "Hər kəs vəsiyyət etmədən ölüb dünyadan getsə, cahiliyyət dövründə ölən insanlar kimi olar.”
    Vəsiyyət etmək insanın ürəyini rahat edər, ömrünü uzadar.
    Əgər bir şəxsin öhdəsində əmanət olsa və o, əmanəti sahibinə çatdırmadan ziyarətə gedərsə, əlbəttə, onun ziyarəti təkmil olmaz. Həcc əmalında Allah yanında ən mühüm əmrlərdən biri də əmanət barəsindədir.
    4. niyyət etmək haqqında
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər bir əməl niyyət əsasında olmalıdır.”
    İmam Cəfər Sadiq (əleyhissalam) buyurub: "Həcc iki cürdür: biri Allah rizasına-axirətdən ötrü, digəri isə, xalq üçün, dünya işlərindən ötrü.”
    Hər kəs Allaha xatir həcc ziyarətinə getsə, son məqamda mükafatı behişt olacaqdır və hər kəs xalq üçün riyakarcasıına "həcc"ə getsə, Qiyamətdə onun aqibəti xalqın öhdəsində olacaqdır.
    5. yol tədarükü haqqında
    Həcc ziyarəti qəsdində olan hər bir kəsin yol tədarükü halal maldan olmalıdır. Yəni, özü ilə götürdüyü pul halal qazancından, səfər müddətində lazım ola biləcək əşyalar isə öz halal malından olmalıdır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Haram mal ilə həccə gedən şəxs, "ləbbeyk”-deyə səsləndiyi zaman Allahdan ona cavab bu olacaq ki: "Məni çağırma!”
    Yeddinci imamımız həzrət Museyi-Kazim (əleyhissalam) buyurub: "Biz ömür boyu 3 şey üçün–əyalın mehriyyəsi, dəfn-kəfənin xərci və həcc səfəri üçün lazımi məbləği, malımızın ən pak və halal hissəsindən ayırırıq.”
    6. münasib vaxt seçmək
    Cümə axşamı və ya şənbə günü münasib vaxtdır.
    7. qüsl etmək
    Müstəhəbdir ki, müsafir qabaqcadan qüsl edib, sonra səfərə çıxsın və qüslün niyyətini də müəyyənləşdirsin (tövbə, hacət, ziyarət, namaz, dua və s. üçün)
    8. sədəqə vermək
    Səfərə çıxmazdan əvvəl, səfərə gedib-qayıtdığı müddətdə özü və ailəsi salamat olsun deyə, fəqir-füqəraya sədəqə versin.
    9. dua etmək
    "Ayətəl-kürsü” ayəsini, "Tovhid”, "Nas”, "Fələq” surələrini oxumaq və iki rükət namaz qılıb namazdan sonra bu duanı zikr etmək: "Allahummə inni uiyzu bikə nəfsi və mali və əhli.” Mənası: "İlahi, əhli-əyalımı, malımı və özümü Sənə tapşırıram.”
    10. xəbərsiz səfərə getməmək
    Yəni heç bir şəxs qohum-qardaşı, əhli-əyalı, qonşu və s. ətrafdakılarına xəbərdarlıq etmədən səfərə çıxmasın.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər bir müsəlmanın boynuna haqq gəlir ki, səfərə çıxmazdan əvvəl öz din qardaşlarını xəbərdar etsin və onlara da lazımdır ki, səfərdən qayıdan vaxt onu qarşılasınlar.”
    11. müsafiri yola salmaq
    Yaxın adamların, din qardaşlarının da vəzifələri odur ki, bir müsəlman səfərə çıxarkən onu yola salsınlar.
    Əbazəri sürgünə aparan zaman Həzrət Əli, İmam Həsən, İmam Hüseyn (əleyhimussalam), Əqil, Abdullah ibni Cəfər və Əmmar Yasir onu yola salırdılar.
    12. pulu və malı qorumaq
    Hər bir müsafirə lazımdır ki, qərib bir diyarda çətinliyə düşməsin deyə, səfər əsnasında pullarından və mallarından muğayat olsun, onları itirməsin və yaxud əldən verməsin.
    İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: "Müsafirlərin öz pul və mallarını qoruyub saxlamaqları, özlərinin səy və bacarıqlarından asılıdır.”
    13. səfər ləvazimatlarını özü ilə götürmək
    Səfər müddətində lazım olan vəsaitləri özü ilə götürməyi heç bir müsafir unutmamalıdır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hər dəfə səfərə çıxarkən lazımi şeyləri özü ilə götürərdi.
    Müsafirə lazım olan əşyalar, əsasən, bunlardır: münasib paltar, daraq, cib dəsmalı, diş fırçası, dərmanlar və s.
    14. təmiz və səliqəli geyinmək
    Həzrət Əli (əleyhissalam) buyurub: "Açıq rəngdə və səliqəli geyim insanı qəm-qüssədən uzaq edir.”
    15. yeməkdən əvvəl əlləri yumaq
    Zəvvarlar səfərdə olduqları vaxtda bir çox xəstəliklərə tutulmasınlar deyə, yeməkdən qabaq əllərini su və sabunla yumağı unutmamalıdırlar.
    16. hacılara xidmət
    Həcc ziyarətində olan hər bir kəsin müsəlmançılıq borcudur ki hacılara, yol yoldaşlarına gömək etsin.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Əgər bir kimsə mömin müsafirə kömək etsə, Allah-Taala onun 73 çətinliyini həll edər.”
    Digər bir şərif hədisdə həzrət buyurur: "Millətin ağsaqqalı (böyüyü), səfər zamanı onlara xidmət göstərən kəsdir.”
    17. həmsəfərlərin xeyirxahlığı və qayğıkeşliyi
    Əban ibni Təğlib rəvayət edir: "İmam Sadiq (əleyhissalam)-la birlikdə Kəbəni təvaf edirdik, bu vaxt bizim əshablarımızdan bir nəfər mənə yaxınlaşıb xahiş etdi ki, bir işi yerinə yetirmək üçün ona kömək edim. Mən istəmədim ki, İmam Sadiq (əleyhissalam)-dan ayrılım təvafı yarımçıq qoyub ona kömək edəm. İmam (əleyhissalam) da o şəxsə işarə edərək mənə buyurdu: "Əban, bu kişi səni köməyə çağırır?” Mən cavab verdim: "Bəli!” İmam buyurdu: "Get gör nə istəyir?” "Təvafı qət edim?” deyə soruşduqda, İmam buyurdu: "Bəli.”
    18. Allaha ibadət
    Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərə yer üzündə Allaha ibadət etmək üçün ən gözəl və şərafətli yerdir. Belə ki, hətta orada yol getmək belə ibadət sayılır, təam yemək oruc tutmaq savabını verir. Belə olan surətdə gərəkdir ki, hacılar öz mənəviyyatlarından qafil olub dünya nemətlərinə uymasınlar
    19. namazı vaxtında və camaatla birlikdə məsciddə qılmaq
    Ey Həqq aşiqləri! Məscidün-Nəbidə bir rükət namaz qılmaq, on min rükət namazın, Məscidül-Həramda isə, bir rükət yüz min rükət namazın savabını verir.
    İmam Sadiq (əleyhissalam) buyurur: "Məsciddə namaz qılmağı özünüzə borc bilin.”
    O Həzrət yenə buyurur: "Təkcə özünüz yox, yaxşı olar ki, din qardaşlarınızla birlikdə məsciddə hazır olasınız.”
    20. üzü qibləyə oturmaq
    Oturmaq lazım gəldikdə, mümkün qədər çalışmaq lazımdır ki, üzü qibləyə oturasınız. Elə hallar olur ki Məscidül-Həramda hacılar arxaları Kəbəyə tərəf oturub öz yoldaşları ilə söhbət edirlər. Bu əməl nəinki, təqdirə layiq deyil, həm də onlar bu hərəkətləri ilə özlərini Kəbə savabından məhrum edirlər.
    İmam Sadiq (əleyhissalam)-dan rəvayətdir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) çox zaman üzü qibləyə oturardı.
    21. islam əxlaqına riayət etmək
    Zəvvarlara lazımdır ki, digər müsəlman qardaşları ilə ünsiyyətdə olduqları vaxt İslam əxlaqına riayət etməklə onlara qarşı nəzakətli və bir-birləri ilə mehriban olsunlar.
    22. həmsəfərlərinə ehtiram göstərmək
    İmam Sadiq (əleyhissalam) buyurub: "Bir müsəlman ağsaqqala ehtiram göstərmək, Allaha ehtiram göstərmək kimidir.”
    23. şiələrin cəzbedici xüsusiyyətləri
    Hişam nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan eşitmişəm, buyurardı: "Məbada elə bir iş görəsiniz ki, bizi qeyrilərinin yanında başıaşağı edəsiniz, necə ki, pis övlad atasını bədnam edər. Əlaqəniz olduğu kəslərə hüsn-rəğbətlə yanaşın və lazım gəldikdə onlarla bərabər namaz qılın.”
    Müsəlman qardaşlarla xoşrəftar olmaq onlarda şiələrə qarşı hüsn-rəğbəti artırar.
    İmam Sadiq (əleyhissalam) buyurur: "Sizlərdən hər biriniz öz dinində təqvaya riayət edib, vicdanı təmiz və insanlarla münasibətində xoşxasiyyət olsa, deyərlər ki, "bu Cəfəri”dir (yəni deyərlər ki, bu Cəfəri məktəbinin tərbiyəsidir). Eyni zamanda, biz də bu işdən xoşhal olarıq.”
    24. hədiyyə almaq
    Səfərdə olan şəxsin evə qayıdarkən öz əhli-əyalı üçün hədiyyə alıb gətirməsi yaxşı haldır.
    İmam Sadiq (əleyhissalam) buyurur: "Çalışın, imkanınız daxilində öz yoldaşlarınız və oğul-uşağınız üçün hədiyyə alıb gətirəsiniz, çünki hədiyyə kin-küdurəti aradan aparır və bu məqsədlə bir dirhəm xərcləmək, min dirhəmin savabını verir.”
    25. təşəkkür və üzürxahlıq
    Səfərin axırında, səfərdə olduğunuz müddətdə rahatlığınız üçün hər cür şərait və imkan yaradanlara təşəkkür edin və sizdən incimiş şəxslərdən də üzrxahlıq edin.
    26. həccin şərafətini qorumaq
    Həcc ziyarəti, hacılar üçün şərafət, ərməğan yeridir. Nə qədər ki, o şəxs günah iş görməyib, o nur həmin şəxsin çöhrəsində cilvələnir.
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Həccin qəbul olunması nişanələri, günahları tərk etməkdir.”
    Yenə Həzrət buyurur: "Əgər bəndə Allah-Taalaya itaət edib, sonra yenə itaət etməyə davam edirsə, deməli, itaəti qəbuldur və itaətdən sonra günah iş görmüş olsa, o deməkdir ki, itaəti qəbul olmayıb. Lakin məsiyətdən (günahdan) sonra itaət etməyin dəlili Allahın yanında elədiyi günahların bağışlanmasıdır. Günahdan sonra yenə günah iş görməyi bəndənin zəlil olmağının nişanəsidir.”
    27. hacılar ziyarətdən qayıdarkən onları qarşılamaq
    İmam Sadiq (əleyhissalam) buyurur: "Bir şəxs əgər ziyarətdən təzə gəlmiş hacının pişvazına çıxıb onunla görüşsə və onu təbrik etsə sanki, o şəxs, "Həcərül-Əsvəd” daşına əlini sürtmüşdür.”
    Həzrət Əli (əleyhissalam) buyurur: "Din qardaşınız Məkkə ziyarətindən qayıdırkən onun iki gözünün arasından və ağzından öpün, hesab edin ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öpən Həcərül-əsvəd daşını, Allah evinə nəzər yetirən gözləri və Rəsuli Xudanın səcdəgahına sürtünən üzləri öpürsünüz.”
    Necə ki, Cəfər ibni Əbi Talib Həbəşəyə hicrət etdi, geri qayıtdığı vaxt Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) onu qarşıladı,gözlərindən öpdü və sevindiyindən özünü saxlaya bilməyib, ağladı.
    28. həcc ziyarətindən qayıdarkən ziyafət vermək
    İmam Kazim (əleyhissalam) buyurur: "Ziyafət (qonaqlıq) vermək beş əlamətdar hadisə vaxtı müstəhəbdir:
    1. Gəlin köçürəndə;
    2. Övlad dünyaya gələndə;
    3. Oğlunu sünnət edəndə;
    4. Ev alanda (təzə evə köçəndə);
    5. Həcc ziyarətindən gələndə.

    Mənbə: "Məkkeyi-mükərrəmə, Mədineyi-münəvvərə və həcc ziyarəti" kitabı


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ummuleyla | Status: | 23 Ağustos 2016 16:40 | Qonaq | Şərh yazdı
    Salam aleykum hetvaxtiniz xeyir. Bur sual edim sizden. Hecce gederken telaq vermek nedir. Kime vacibdir,gedene ya qalana?
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 29 Mayıs 2014 23:41 | Sayt nəzarətçisi | Şərh yazdı
    SAGOL GULUM ELLERIN VAR OLSUN INSALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 29 Mayıs 2014 20:44 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM. ALLAH NESIB ELESIN HECCE GETMEYI. SENE VE BUTUN HESRETINDE OLANLARA. ALLAH NESIB ETSIN INSALLAH BIZDE GEDEK.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 29 Mayıs 2014 17:56 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAHIN SAlami salavati xeyir duasi uzerine olsun cox sagol arzu dileyimdi bu dunyada tek isdeyimdi muqedes torpaqlara ayaq basmaq Allah butun hesretinde olanlara gedmeyi nesib edsin  dunyanin en gozl yerini gormek isder bu gozler 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.