Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu faciə heç də İmam Kazim əleyhissəlamla əlaqəsiz olmamışdır. Çünki İmam Kazim (əleyhissəlam) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış, hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazim əleyhissəlamın qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o, Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: "Baxmayaraq ki sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.”
Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazim əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki, onun fikrincə pərdə arxasında olsa da, bə’zi cəhətlərdən bu əməliyyata İmam Kazim (əleyhissəlam) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: "And olsun Allaha, Hüseyn (Fəxx şəhidi) Musa ibn Cə’fər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cə’fər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam, Allah məni öldürsün!”
Bu təhdidlərə İmam Kazim (əleyhissəlam) soyuqqanlı yanaşsa da, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi, şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |