» » » İmam Kazim (ə)-in dövründə xilafətin gördüyü çirkin işlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Kazim (ə)-in dövründə xilafətin gördüyü çirkin işlər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 25-05-2014, 20:00 | Baxılıb: 1 508
     

     

    Peyğəmbər övladı kimdir?

    Yuxarıda qeyd etdik ki, Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki rəngi dəyişib ixtiyarsız olaraq dedi: "Doğrudan da bu bir şərəfdir.”
    O təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O bir gün İmam Kazim əleyhissəlama dedi: "Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil ata babasına nisbət verilir.” İmam Kazim (əleyhissəlam) onun cavabında aşağıdakı ayəni qiraət etdi: "Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə peyğəmbərliyə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu Süleymanı Əyyubu Yusifi Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri yaxşılıq edənləri belə mükafatlandırırıq. Zəkəriyyanı Yəhyanı İsanı İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi.” İmam Kazim (əleyhissəlam) sonra əlavə edib buyurdu: "Bu ayədə İsa (əleyhissəlam) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları hesab olunuruq.”
    Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.
    İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki nəyə görə sizi Əli əleyhissəlamın övladları yox Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları adlandırırlar? İmam Kazim (əleyhissəlam) onun 
    cavabında buyurur: "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) dirilib sənin qızınla evlənmək istəsə qızını ona verərsənmi?” Harun dedi: "Nə təkcə qızımı verərəm hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.”
    İmam Kazim (əleyhissəlam): "Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz nə də mən qızımı ona vermərəm.”
    Harun: "Nəyə görə?”
    İmam Kazim (əleyhissəlam): "Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.”
    Harun: "Afərin tamamilə doğrudur!”

    Bu saray kimindir? 
    Bir gün İmam Kazim (əleyhissəlam) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: "Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (əleyhissəlam) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: "Bu ev fasiqlərin evidir. Hansı ki Allah-taala onların haqqında buyurur: "Yer üzündə haqsız yerə layiq olmadıqları halda təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam mane olacağam. Onlar nə möcüzə görsələr ona inanmazlar. Onlar haqq yolu görsələr onu qəbul etməz azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.” 
    Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: "Onda bu ev kimindir?” İmam Kazim (əleyhissəlam) buyurdu: "(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.”
    Harun: "Əgər bu ev şiələrindirsə bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?”
    İmam Kazim (əleyhissəlam):" Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa onu yenidən geri alacaq.”

    Mənbə: "İmam Museyi-Kazim əleyhissəlamın həyatı" kitabı.

     
     
    Bölmə: Əhli Beyt / İmam Museyi Kazim (ə)
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 22:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 25 Mayıs 2014 23:49 | İstifadəçi | Şərh yazdı
    Harunun Museyi Kazim (ə) qısqanclığı!Allah razı olsun Bacım

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.