» » » Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi
+5
Müəllif: Qonaq | 25-05-2014, 19:00 | Baxılıb: 1 143


Şübhəsiz ki, müştərək bir məqsəd daşıyan hər hansı bir cəmiyyətin öz işlərini irəli aparmaq üçün öz qüvvələrini səfərbər etməkdə maddi imkanata ehtiyacı var. Maddi imkanat olmadıqda, həmin cəmiyyətin bütün işləri və fəaliyyəti dayanmalı olur. Bir qayda olaraq şiələrin də öz müqəddəs məqsədlərini həyata keçirmək üçün bir sıra maddi imkanata ehtiyacları var idi. Müxtəlif vaxtlarda xüsusilə, onların mübariz qüvvələri daima iqtisadi çətinlik içərisində olmuş, dövrün hökuməti onların qüvvələrini zəiflətmək üçün müxtəlif vasitələrlə onları iqtisadi çətinliklərə mə’ruz qoymuşdular. Bu barədə siyasi məqsəd daşıyan və məqsədi də Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi vəziyyətini zəiflətmək olan Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox başqa nümunələr də vardır. Onlardan biri də, Müaviyənin şiələrə, xüsusilə də, Bəni-Haşimə qarşı yürütdüyü siyasətdir. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan öz vəliəhdi Yezid üçün bey’ət almaq istərkən işlətdiyi taktikalardan biri - Mədinəyə səfəri zamanı Bəni-Haşim qəbiləsindən olanlara beytül-maldan heç bir ödənc verməməsi olmuşdur. Bu işdə məqsədi də, o olmuşdur ki, bəlkə bu yolla o Həzrəti çətinliyə salıb bey’ət etməyə məcbur etsin. 

Başqa bir nümunə Əbu Cə’fər Mənsurun camaatı iqtisadi çətinlikdə saxlaması idi. Mənsur aclıq və iqtisadi blokada siyasətini yürütmüş və məqsədi bu olmuşdur ki, qoy camaat həmişə ac olub ona tabe olsun və ancaq öz qarınlarını doyuzdurmaq fikrində olub digər böyük ictimai məsələlər barədə düşünməyə macalları olmasın. O, bir dəfə sarayın yaxın adamlarının hüzurunda camaatı ac saxlamaqdan güddüyü məqsədi kobud bir ifadə ilə açıqlayaraq demişdir: "Bədəvi ərəblər öz məsəllərində yaxşı demişlər ki, öz itini həmişə ac saxla ki, qoy çörək ardınca sənin arxanca düşsün.” Bu iqtisadi çətinlik daha çox şiələr səmtinə yönəldilmişdi. Çünki onlar xəlifələrə qarşı mübarizədə camaata rəhbərlik etmişlər. Harun da xəlifə olduğu müddət ərzində bu planı həyata keçirməkdə ləngimirdi. Çünki o, müsəlmanların beytül-malını ələ keçirib onu öz eyş-işrəti, kefi yolunda xərcləməklə şiələri öz qanuni hüquqlarından məhrum etmiş və beləliklə də, onların qüvvələrini zəiflətmişdir.

Müxaliflərinin şiələrin əleyhinə mübarizə aparmalarına baxmayaraq, Harun ər-Rəşidin hüzurunda öz e’timadını doğruldaraq, böyük İslam məmləkətində vəzir vəzifəsinə tə’yin olunmuş İmam Kazim əleyhissəlamın vəfalı və səmimi dostu Əli ibn Yəqtin bu məsələni çox yaxşı başa düşərək əlində olan imkandan istifadə etməklə şiələrə kömək və onları himayə etmək sahəsində əlindən gələni əsirgəmirdi. Xüsusən, şiələrin iqtisadi vəziyyətinin dirçəlməsində və öz malının xümsünü (onun malının xümsü nəzərə çarpacaq miqdarda olur, bə’zi vaxtlar hətta yüz min dinardan üç yüz min dinara qədər çatırdı)  İmam Kazim əleyhissəlama göndərməkdə çox sə’y edirdi. Bu da mə’lumdur ki, xüms həqiqətdə İslam hökumətinin büdcəsini tə’min edən əsas amildir.

Əli ibn Yəqtinin oğlu deyir: "İmam Kazim əleyhissəlama nə lazım olurdusa, yaxud hər hansı bir çətin işi irəli çıxırdısa, atama məktub yazırdı ki, "mənim üçün filan şeyi al, yaxud mənim üçün filan işi həll et. Özü də bu işi Hişam ibn Həkəmin əli ilə düzəlt.” Hişamın əli ilə düzəldilməsi lazım olan işlər yalnız mühüm və əsas işlər olurdu.” 

İmam Kazim (əleyhissəlam) İraqa səfər edərkən Əli ibn Yəqtin öz vəziyyətindən o Həzrətə şikayət edib dedi: "Mənim vəziyyətimi görürsən? (Görürsən necə bir sarayda və hansı camaatla işləyirəm?)” İmam Kazim (əleyhissəlam) buyurdu: "Allah zalımlar arasında öz sevimli bəndələrindən qərar verərək onların vasitəsilə yaxşı bəndələrini himayə edir. Sən də həmin sevimli bəndələrdən birisən.” 

Bir dəfə Əli ibn Yəqtin Bəni-Abbas xəlifələri ilə işləyib-işləməməsi barədə İmam Kazim əleyhissəlamla məsləhətləşdikdə, o Həzrət buyurmuşdur: "Əgər bu işi görməyə məcbursansa, onda şiələrin malından muğayat ol.” Əli ibn Yəqtin İmam əleyhissəlamın sözü ilə razılaşdı. O, Həzrətin bu sözünə əsaslanaraq şiələrdən dövlət vergilərini alır, lakin gizlicə yenidən onların özlərinə qaytarırdı.  Səbəbi də bu idi ki, Harunun hökuməti elə bir hökumət deyildi ki, onun qayda-qanunlarına əməl etmək müsəlmanlara vacib olsun. Allah tərəfindən tə’yin olunmuş əsl rəhbər və hakim İmam Kazim (əleyhissəlam) idi, Əli ibn Yəqtin də onun əmrilə şiələrin malını özlərinə qaytarırdı. 

 

Mənbə: "İmam Museyi-Kazim əleyhissəlamın həyatı" kitabı.


 
 
Bölmə: Əhli Beyt / İmam Museyi Kazim (ə)
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 17 Ağustos 2014 20:19 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 21:55 | Sayt nəzarətçisi | Şərh yazdı
baci ellerin derd gormesin

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.