Məsumların ikincisi Əlidir
O,əhdinə sadiq, həm də Vəlidir.
Dünyaya gəlmişdir Kəbə evində,
Çatıb şəhadətə Allah evində
Kiçik yaşlarında onu Peyğəmbər
Evində böyütdü olaraq həmdəm.
Əli körpə idi öz beşiyində
Peyğəmbər durmuşdu bil keşiyində
Gecələr beşiyi o yırğalayar
Əli yatağında rahatca yatar.
Beləcə illər ötüşüb keçirdi,
Əlinin cavanlıq dövrü gəlirdi.
Əxlaq öyrənirdi O Peyğəmbərdən
Öyrəndikcə əməl edirdi o dəm
Kafirlər Nəbiyə zülm edən zaman
Əli qılıncıyla verməzdi aman
Baxanda üzündə görünür vüqar
Qılıncı var idi adı Zülfüqar
Odur döyüşlərdə güclü Əlamdar
Olmuş Peyğəmbərə hər an vəfadar
Xəndəkdə öldürməklə Əbdüvədi
İslama izzəti verdi əbədi.
Xeybər döyüşündə o idi aslan
O idi qalanın qapısını açan
Təbuk döyüşündə Mədinədə idi,
İlahi bir əmrin xidmətində idi.
Peyğəmbər qızına bir sirdaş idi.
Allah Rəsuluna o qardaş idi.
Həsən,Huseyn Zeynəbdir övladları
Onlar olmuş peyğəmbər xanədanı