Saçların, dırnaqların və (bədəndən ayrılan )
bu kimi şeylərin basdırılması haqqında
İmam Sadiq (ə) (Ələm nəcəlil ərzə kifatən əhyahən
və əmvatən) ayəsinin təfsirində buyurmuşdur:Burada məqsəd dırnaq və saçın
(tutulduqdan sonra) basdırılmasıdır.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir:
"Biz dörd şeyi torpağa basdırarıq.Saçı,dırnağı, dişi və qanı.”
Başqa bir rəvayətdə deyilir: İnsandan xaric
olan və ya ayrılan bu dörd şey yaxşı olar ki,torpağa basdırılsın. Saç, dırnaq,
adi qan, heyz qanı (bu qadınlardan xaric olur), dişi, nütfə halında olan qan və
qadından xaric olan maye.
Əllamə Məclisi "Möminlərin zinəti"