Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hədis 417-500
Hədis 417: Həzrət Əli (ə) buyurur: “İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”
* * *
Hədis 418: Həzrət Əli (ə) buyurur: “Başqalarına eyib bildiyini özünə də eyib bil.”
* * *
Hədis 419: Həzrət Məhəmməd (s) buyurur: “Allahın ən sevdiyi iş dili saxlamaqdır.”
* * *
Hədis 420: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”
* * *
Hədis 421: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”
* * *
Hədis 422: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”
* * *
Hədis 423: Həzrət Məhəmməd (s) buyurur: “İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”
* * *
Hədis 424: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”
* * *
Hədis 425: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.”
* * *
Hədis 426: Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan.”
* * *
Hədis 427: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”
* * *
Hədis 428: Həzrət Əli (ə) buyurur: “İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”
* * *
Hədis 429: Həzrət Əli (ə) buyurur: “Heç bir əməl yalan kimi çirkin deyil.”
* * *
Hədis 430: Həzrət Məhəmməd (s) buyurur: “İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”
* * *
Hədis 431: İmam Riza (ə) buyurur: “Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”
* * *
Hədis 432: İbn Abbas (r) nəql edir: “Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: “And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”
* * *
Hədis 433: İmam Təqi (ə) buyurur: “Möminin izzəti xalqa möhtac olmamasındadır.”
* * *
Hədis 434: İmam Sadiq (ə) buyurur: “İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”
* * *
Hədis 435: İmam Həsən (ə) buyurur: “Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”
* * *
Hədis 436: İmam Kazim (ə) buyurur: “Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”
* * *
Hədis 437: Həzrət Əli (ə) buyurur: “Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”
* * *
Hədis 438: Həzrət Əli (ə) buyurur: “Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”
* * *
Hədis 439: İmam Həsən (ə) buyurur: “Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”
* * *
Hədis 440: İmam Səccad (ə) buyurur: “Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”
* * *
Hədis 441: İmam Kazim (ə) buyurur: “Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”
* * *
Hədis 442: Həzrət Məhəmməd (s) buyurur: “Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”
* * *
Hədis 443: Həzrət Məhəmməd (s) buyurur: “Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”
* * *
Hədis 444: Həzrət Əli (ə) buyurur: “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”
* * *
Hədis 445: Həzrət Əli (ə) buyurur: “Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”
* * *
Hədis 446: Həzrət Əli (ə) buyurur: “Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”
* * *
Hədis 447: İmam Baqir (ə) buyurur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”
Hədis 448: İmam Baqir (ə) buyurur: “Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”
* * *
Hədis 449: “(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.”
* * *
Hədis 450: Həzrət Əli (ə) buyurur: “Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”
* * *
Hədis 451: Həzrət Əli (ə) buyurur: “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”
* * *
Hədis 452: Həzrət Məhəmməd (s) buyurur: “Ehtiyacı olmadığı halda mömin qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”
* * *
Hədis 453: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lənət etsin.”
* * *
Hədis 454: Həzrət Əli (ə) buyurur: “Həyat ölümə necə də yaxındır!”
* * *
Hədis 455: Həzrət Əli (ə) buyurur: “Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”
* * *
Hədis 456: Həzrət Əli (ə) buyurur: “Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”
* * *
Hədis 457: Həzrət Əli (ə) buyurur: “Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”
* * *
Hədis 458: Həzrət Məhəmməd (s) buyurur: “Batini zahirinə müxalif olan kəs münafiqdir.”
* * *
Hədis 459: “(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”
* * *
Hədis 460: Həzrət Məhəmməd (s) buyurur: “Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”
* * *
Hədis 461: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”
* * *
Hədis 462: Həzrət Əli (ə) buyurur: “Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”
* * *
Hədis 463: Həzrət Əli (ə) buyurur: “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”
* * *
Hədis 464: Həzrət Əli (ə) buyurur: “Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”
* * *
Hədis 465: İmam Sadiq (ə) buyurur: “Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”
* * *
Hədis 466: Həzrət Əli (ə) buyurur: “Allah lənət etsin o kəslərə ki, camaatı yaxşı işlərə dəvət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”
* * *
Hədis 467: İmam Sadiq (ə) buyurur: “Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz.”
* * *
Hədis 468: “(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) “Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”
* * *
Hədis 469: Həzrət Əli (ə) buyurur: “Nəhy əz munkəri, yəni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”
* * *
Hədis 470: İmam Riza (ə) buyurur: “Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.”
* * *
Hədis 471: İmam Riza (ə) buyurur: “Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”
* * *
Hədis 472: İmam Baqir (ə) buyurur: “Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”
* * *
Hədis 473: İmam Sadiq (ə) buyurur: “Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar.”
* * *
Hədis 474: İmam Səccad (ə) buyurur: “İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”
* * *
Hədis 475: Həzrət Əli (ə) buyurur: “Məsləhət etməyən kəs peşman olar.”
Hədis 476: Həzrət Məhəmməd (s) buyurur: “İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”
* * *
Hədis 477: Həzrət Məhəmməd (s) buyurur: “İki günü bərabər olan kəs zərərdədir.”
* * *
Hədis 478: Həzrət Əli (ə) buyurur: “Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”
* * *
Hədis 479: İmam Baqir (ə) buyurur: “Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”
* * *
Hədis 480: İmam Sadiq (ə) buyurur: “Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”
* * *
Hədis 481: İmam Riza (ə) buyurur: “Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.”
* * *
Hədis 482: İmam Sadiq (ə) buyurur: “Bizim şiələrimiz onlardırlar ki, təklikdə Allahı çox zikr edərlər.”
* * *
Hədis 483: Həzrət Əli (ə) buyurur: “Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”
* * *
Hədis 484: İmam Hüseyn (ə) buyurur: “Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”
* * *
Hədis 485: Həzrət Məhəmməd (s) buyurur: “Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”
* * *
Hədis 486: Həzrət Məhəmməd (s) buyurur: “Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lənət oxuyar.”
* * *
Hədis 487: İmam Səccad (ə) buyurur: “Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”
* * *
Hədis 488: Həzrət Əli (ə) buyurur: “Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”
* * *
Hədis 489: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”
Hədis 490: Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”
* * *
Hədis 491: Həzrət Əli (ə) buyurur: “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.”
* * *
Hədis 492: Həzrət Əli (ə) buyurur: “Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.”
* * *
Hədis 493: Həzrət Məhəmməd (s) buyurur: “Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”
* * *
Hədis 494: Həzrət Məhəmməd (s) buyurur: “Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı etinasız edir.”
* * *
Hədis 495: Həzrət Məhəmməd (s) buyurur: “Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”
* * *
Hədis 496: Həzrət Məhəmməd (s) buyurur: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”
Hədis 497: Həzrət Məhəmməd (s) buyurur: “Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin də vay halına!”
* * *
Hədis 498: Həzrət Məhəmməd (s) buyurur: “Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.”
* * *
Hədis 499: Həzrət Əli (ə) buyurur: “Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.”
* * *
Hədis 500: İmam Sadiq (ə) buyurur: “Oruc tutarkən gözünüz və qulağınız da haramdan qorunmalı, bütün bədən üzvləriniz çirkin işlərdən uzaq olmalıdır.”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |