Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Rəcəb ayının fəziləti və əməlləri
Rəcəb, Şəban və Ramazan ayları fəzilət və şərafətdə tamamdır. Bu ayların fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur.
Rəsuli Əkrəm (s.ə.v.v) buyurur. Rəcəb ayı böyük aydır, hörmət və fəzilətdə heç bir ay ona çatmaz və kafirlərlə qital bu ayda haramdır. Rəcəb Allahın ayı, şəbanmənim ayım, ramazan isə mənim ümmətimin ayıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs Allah təalanın rizayətinə səbəb olar, ilahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar.
Həzrəti Musa ibni Cəfər (ə) buyurur: Rəcəb behiştdə, süddən ağ və baldan şirin bir nəhrin (çayın) adıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs, mütləq o nəhrdən içəcək.
Həzrəti Rəsul buyurub: Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahlarınızın bağışlanmasını diləyin ki, Allah təala bağışlayan və mehribandır.
Belə isə
اَسْتَغْفِر اللهَ وَاَسْأَلُهُ التَّوْبَةَ
(Əstəğfirullahə və əsəluhu əttəvbə,)
zikrini çoxlu deyin.İbni Babivey mötəbər sənədlə Salimdən rəvayət etmişdir. Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiq (ə)-n hüzuruna getdim. O Həzrətin mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox ! Yəbnə Rəsuləllah. Həzrət buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah təala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah qalan günləri oruc tutsan, onun bəzi savablarına nail ola bilərəm? Buyurdu: Ey Salim Allah təala, bu ayın axırından bir gün oruc tutan şəxsi ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. Üç gün oruc tutan qiyamət gününün böyük qorxusundan Amanda qalar.
Rəvayət olunmuşdur ki, bu ayın orucuna nail ola bilməyən şəxs, onun oruc savabını əldə etmək üçün, hər gün yüz dəfə bu təsbihatı oxusun.
سُبْحانَ الاِْلهِ الْجَليلِ، سُبْحانَ مَنْ لا يَنْبَغي التَّسْبيحُ إِلاّ لَهُ، سُبْحانَ الاَْعَزِّ الاَْكْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَهُوَ لَهُ اَهْلٌ
Subhanəllahil-cəlili subhanə mən la yənbəğiət-təsbihə illə ləhu subhanəl əəzzil əkrəmi subhanə mən ləbisəl-əizzə və huva ləhu əhlun.
Kitabın adı: Məfatihul Cinan
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |