Rəcəb ayının ilk cümə gecəsi "Rəğaib gecəsi" adlanır. Rəcəb ayı
Allah-təalanın ayıdır. Allah-təalanı sevən şəxs bacardığı qədər rəcəb ayını
ibadətlə keçirməlidir. Rəcəb ayını ibadətlə keçirən şəxs Allahı məmnun etmiş
olur. Allahı məmnun edən Cənnətin yoluna girmişdir. Həzrət peyğəmbər (svs) belə
buyurmuşdur:
"Rəcəb ayı çox böyük fəzilətli və mübarək bir aydır. Allah-təala
Rəcəb ayında edilən savab və yaxşılıqları qat-qat, bol-bol mükafatlandırır.
*Hər kim Rəcəb ayında 1 gün oruc tutarsa, 1 il oruc tutmuş kimi savab
alır.
*Hər kim Rəcəb ayında 7 gün oruc tutarsa cəhənnəm qapıları üzünə
bağlanar.
*Hər kim Rəcəb ayında 8 gün oruc tutarsa o şəxsin üzünə 8 cənnət
qapısı açılar.
*Hər kim Rəcəb ayında 10 gün oruc tutarsa Allah-təala o kimsənin istək
və diləklərini yerinə yetirər.
*Hər kim Rəcəb ayında 15 gün tutarsa göydən bir mələk səslənər: "Bütün
keçmiş günahların bağışlandı.”
*Hər kim Rəcəb ayında əvvəli, ortası. Axırı olmaq üzrə 3 gün oruc
tutsa, Allah-təala həmin şəxsə bütün ayı oruc tutmuş savabını verir.
Cənnətdə
bir qəsr vardır ki, ora ancaq Rəcəb ayında oruc tutan şəxslər girər. Cənnətdə
Rəcəb adında bir nəhr vardır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa,
Allah-təala o bəndəsinə bu nəhrdən su içirər, o bəndəbir daha susamaz.”
Mənbə: "Allaha pənah, Allaha təvəkkül" kitabı