Mömin olan yerdə münafiq sifət insanların çirkin üzləri, batini batil niyyətləri aşkar olar. Necə qaranlıqda ağ ilə qaranı, içməli su ilə qarışıq suyu tanıya bilmədiyin kimi, günəşin nuru aləmi işlqlandıranda görən gözün, başa düşən ağlın olsa görərsən ki, içdiyin bulaşıq sudur,yoxsa saf sudur, getdiyin yol düz yoldur, yoxsa daşlı, palçıqlı. Münafiq sifətli insanların hədəfləri eyni olduğuna baxmayaraq ziyanverici niyyətlərində bir-birlərindən fərqlənirlər. Pələngin, şirin, canavarın timsahın yırtıcılıqda hər birinin özünə məxsus xususiyyətləri olduğu kimi münafiqlərin də özlərinə məxsus fitnə-fəsad törədici xüsusiyyətləri var. Möminlərin xüsusiyyətləri isə hər yerdə eynidir. Onlar harda olursa olsun gözəllik verən gülə bənzər. Və ya göydəki ulduzların biri-digəri kimi necə işıq saçar. Təqvalı möminlərdə öz gözəl əxlaq və rəftarları ilə bir-birinə oxşarlar. Onu bilmək lazımdır ki, yırtıcı heyvan doyandan sonra bir müddət sakit qalır. Amma münafiqlərin isə dinin əleyhinə qarşı aram vaxtları olmaz. Hətta yatanda pis niyyətlə yatıb, pis niyyətlə də dünyadan gedərlər. Allah Təala Qurani-kərimdə belə buyurur;
"(Ey peyğəmbər!) O zaman ki, münafiqlər (riyakarlar, ikiüzlülər) sənin yanına gəlib deyərlər; Biz sənin, doğrudan da Allahın peyğəmbəri olduğuna şəhadət veririk."
"Allah-Təala da münafiqlərin yalançı olduqlarına şəhadət verir."
Möminlərin və münafiqlərin xüsusiyyəti barədə imam Əli (ə)-dan bir hədis var ki, belə buyurub;
"Mömin şəxsin ağzına, burnuna əlimdəki bu qılıncla vuram ki, mənimlə düşmən olsun, amma yenə də mənimlə düşmənçilik etməz."
(Yəni mömin şəxs bilər ki, Əli (ə) haqsız şəxsi nə vurar, nə də onun haqqını əlindən alar. Əgər mömini vurarsa, vurulan bilər ki,gördüyü günaha və ya etdiyi xətaya görə həzrət onu vurur. Belə halda yenə də həzrətə məhəbbəti artıb onun cəzası qarşısında baş əyər.)
Sonra həzrət belə buyurur: Amma əgər dünyanın zinətləri ilə münafiqi başdan ayağa zinətləndirəm ki, mənə məhəbbəti olsun, amma yenə də mənə qarşı məhəbbəti olmaz. Həzrət bu sözdən sonra Peyğəmbər (s)-ın həzrətə etdiyi fərmayişlərindən birini oxuyur ki, peyğəmbər (s) bir gün mənə belə buyurdu;
"Ya Əli! Heç bir vaxt mömin şəxs səninlə düşmənçilik etməz, münafiq şəxs də heç bir vaxt səninlə mehriban olub dotluq etməz."
"Ay Kumeyl! Münafiq şəxslərdən özünü (dinini) qoruyub, hifz et, xain adamlarla da dostluq etmə..."
"Başqa yerdə müsəlmanlara, möminlərə belə buyurub:
"Onu yəqin bilin ki, Qurani-kərim insanları moizə, nəsihət edəndir və heç bir vaxt xəyanət etməz, (əyri, batil yolda olanlara) düz yol göstərəndir və heç bir vaxt düz yoldan batil, əyri yola tərəf azdırmaz, haqqı danışan, söz deyəndir və heç bir vaxt yalan deməz."