Yenə buyurulur: "Allah mücahidlərə, cihada getməyənlərdən böyük savabla üstünlük vermişdir.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Behiştdə "mücahidlər qapısı” adı ilə tanınan bir qapı vardır. Camaat qiyamət dayanacaqlarında dayandıqları halda mücahidlər iti qılıncları ilə behiştə tərəf hərəkət edəndə həmin qapı açılar. Mələklər onlara "xoş gəldin” deyərlər.”
O Həzrət (s.ə.v.v) yenə buyurur: "Hər yaxşılıqdan yuxarı digər bir yaxşılıq da vardır. Amma insan Allah yolunda öldürüləndə ondan da yüksək bir yaxşılıq yoxdur.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda şəhid olsa Mütəal Allah onun günahlarının heç birini onun yadına salmaz.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah şəhidə yeddi şey əta edər:
1. Birinci qan damlası bədənindən çıxan zaman onun bütün günahlarını bağışlayar.
2. Şəhid olduqdan sonra onun başı iki hurul-eynin ətəyində olar, onlar şəhidin üzündəki toz-torpağı təmizləyər və deyərlər: "Əhsən sənə!”. O da cavabında "mərhəba!”-deyər.
3. Behişt libasını ona geyindirərlər.
4. Behiştin xəzinədarları cürbəcür ətirləri və xoş iyləri ona təqdim edərlər ki, hansını istəsə seçsin.
5. Şəhadət zamanı behiştdəki məqamını müşahidə edər.
6. Şəhid olduqdan sonra ruhuna belə xitab olunar: "Behiştin hansı yerində istəyirsənsə gəz!”.
7. Şəhid Allahın camalına nəzər edər və bu iş də hər bir peyğəmbər və şəhid üçün aramlıqdır.”
Allah-Təala Qur’anda buyurur: "Allah mö’minlərin canlarını və mallarını alaraq onların əvəzində behişt verər. Həmin mö’minlər ki, Allah yolunda cihad edirlər, düşmənləri öldürür və özləri də qətlə yetirilirlər. Bu, Allahın Tövratda, İncildə və Qur’anda qeyd olunan haqq və’dəsidir. Allahdan başqa kim əhdinə daha yaxşı əməl edər?! Sizlərə Allahla etdiyiniz müamilədə müjdə olsun və bu böyük bir səadətdir.”
Qeyd olunan ayə Qur’anın çox zərif ayələrindən biri olub camaatı xüsusi incəliklə cihada təşviq edir. Əvvəldə buyurur ki, Allah mö’minlərin canlarını və mallarını alıb əvəzində onlara behişt verir. Necə də gözəl müamilədir! Alıcı zatən qəni və varlıq aləminin maliki olan Allahdır. Satıcı da mö’mindir ki, Allaha, axirət dünyasına iman gətirmişdir. Müamilə olunan şey mö’minlərin canları və malları, müamilənin dəyəri isə əbədi behiştdir. Sonra buyurulur: Allah-təala üç böyük asimani kitabda – Tövratda, İncildə və Qur’anda belə bir və’dəni qeyd etmişdir. Sonra buyurulur: «Allahdan da əhdinə yaxşı və’də edən bir kəs varmı?!» Ayənin axırında Allah belə bir dəyərli müamiləni mö’minlərə müjdə verərək buyurur: "Ən böyük səadət budur.”
Qur’an Allah yolunda şəhid olan bir insan üçün ən yüksək məqamları nəzərə alaraq buyurur: "Allah yolunda öldürülən şəxslərin ölü olduğunu güman etməyin, əksinə onlar diridirlər və Pərvərdigarının yanında ruzilərdən bəhrələnirlər.”
"İndə Rəbbihim” (Rəbbləri yanında) cümləsi şəhidin yüksək məqamını bəyan edir. Ölümdən sonra insan ruhunun diri qalması şəhidlərə məxsus deyil, əksinə, bütün insanlar belədir. Lakin şəhidlərin imtiyazı budur ki, onlar Rəbblərinin yanında ən yüksək məqamlarda həyatlarını davam etdirir və həmin ali məqamlardakı mə’nəvi ruzilərdən bəhrələnirlər. Aydındır ki, bu məqama çatanların ruzisi sairlərin ruziləri ilə eyni səviyyədə deyildir.
Allah yolunda cihad etmək və şəhid olmaq ibadətlərin ən böyüyü və ən dəyərlisidir. Təkamül yolçusu bu seçilmiş yolda ən yüksək ali məqamlara nail olur. Bu böyük ibadəti sair ibadətlərdən fərqləndirən iki əsas cəhət var:
1. Mücahidin yüksək hədəfi. Mücahid insanın hədəfi özünün və yaxın adamlarının şəxsi mənafeyini tə’min etmək deyildir. O, dar görüşlü, özünü bəyənən, özünü istəyən deyil. Əksinə, o, Allahı istəyir. Mücahid insan islamın genişlənməsini, tövhid kəlməsinin yüksəlməsini, zülm, zorakılıq, haqqsızlıqla mübarizəni, məhrumları və zəifləri müdafiə etməyi, ictimai ədalətin bərqərar olunmasını istəyir. Ən yüksək hədəflərə malik olduğundan, ən yüksək məqamlara da nail olur.
2. Fədakarlığın ən yüksək həddi. Mücahid insan Allah dərgahına seyr etmək, hədəfinə çatmaq üçün ən dəyərli şeylərini və sərmayələrini əldən verir. İnsan sədəqə verəndə məqsədi bu olur ki, mal-dövlətinin bir miqdarını Allah yolunda sərf etsin, ibadət edərkən məqsədi bu olur ki, vaxtının və qüdrətinin bir qismini bu yolda sərf etsin. Amma mücahid insan hər bir şeyindən keçir. Bunların hamısından da üstün öz canından keçir, bütün varlığını ixlasla Allah-Təalaya təqdim edir. Mal, cah-cəlal, şan-şöhrət, arvad, övlad, qohum-əqrəbadan göz yummaqla öz canını Pərvərdigari-aləmə təslim edir. Ariflərin və dindar insanların bir ömür boyu yerinə yetirdikləri şeyin çoxunu mücahid insan qısa müddət ərzində yerinə yetirir. Maddi dünya mücahidin nurani və əzəmətli ruhu üçün dar gəlir. Buna görə də yaralı aslan kimi maddə qəfəslərini sındırır, bir göyərçin kimi Allahın razılığının nurani məqamlarına, geniş aləmlərə doğru pərvaz edib məqamların ən yüksəyində Allaha doğru seyr edir. Sair Allah övliyaları tədricən və uzun müddət ərzində məhəbbət, eşq, şühud məqamına çatırlarsa, şəhid mücahid bir gecədə yüz illik yolu ötüb keçir və Allahın görüşünə nail olur.
Allahın sair bəndələri zikr, qiyam vasitəsilə Allaha yaxınlaşırsa, Allah yolunda cihad edən mücahid yaralara, dərdlərə, əzablara, çətinliklərə, güllələrə və s. dözərək öz canını verib Allah dərgahına yaxınlaşır. Bunların arasındəkı fərqlər olduqca çoxdur. Cihad və müharibə meydanı özünə məxsus səfa, mə’nəviyyət və nuraniyyətə malikdir. Eşq, hərəkət, fədakarlıq meydanıdır, Allah və məhbub yolunda fəda olmaq üçün müsabiqə (yarış) meydanıdır, əbədi həyatla dirilmək meydanıdır. Səngər həyatı keçirənlərin zümzüməsinin xüsusi səfası, nuraniyyəti və cazibədarlığı vardır ki, onun oxşarını hətta mə”bədlərdə və məscidlərdə də çox az tapmaq olar.