» » Dördüncü vasitə - Cihad və şəhadət


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dördüncü vasitə - Cihad və şəhadət
    +5
    Müəllif: Elya | 25-06-2017, 13:00 | Baxılıb: 1 015

     

     

    Dördüncü vasitə - Cihad və şəhadət


    İslam dininin genişləndirilməsi, tövhid kəlməsinin yüksəklərə qaldırılması və islam dininin, şəriət qanunlarının və Quran hökmlərinin qorunub saxlanması, zülm və zalımlarla mübarizə aparıb məzlum və zəif kütlələri himayə etmək üçün Allah yolunda aparılan cihad ən böyük ibadətlərdəndir ki, nəfsin təkamülə yetməsinə səbəb olur və bəndənin Allah dərgahına doğru yüksəlməsi üçün bir vasitədir. Onun fəziləti barəsində çoxlu ayə və rəvayətlər qeyd olunur. Allah-Təala buyurur: "İman gətirib öz vətənlərindən hicrət edən, mal və canları ilə Allah yolunda cihad edənlər üçün Allah yanında uca bir məqam vardır və onlar nicat tapanlardır. Pərvərdigarları onlara içərisində daim nemətlər olan behiştləri, Öz razılıq və rəhmətini onlara müjdə verir. Onlar behiştlərdə əbədi qalarlar. Həqiqətən Allah yanında böyük mükafat vardır.” ("Tövbə” surəsi, ayə:20
    )
    Yenə buyurulur: "Allah mücahidlərə, cihada getməyənlərdən böyük savabla üstünlük vermişdir.” ("Nisa” surəsi, ayə95 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Behiştdə "mücahidlər qapısı” adı ilə tanınan bir qapı vardır. Camaat qiyamət dayanacaqlarında dayandıqları halda mücahidlər iti qılıncları ilə behiştə tərəf hərəkət edəndə həmin qapı açılar. Mələklər onlara "xoş gəldin” deyərlər.”("Vəsailuş-şiə”, 11-ci cild, səh.10)
    O Həzrət (s.ə.v.v) yenə buyurur: "Hər yaxşılıqdan yuxarı digər bir yaxşılıq da vardır. Amma insan Allah yolunda öldürüləndə ondan da yüksək bir yaxşılıq yoxdur.”("Vəsailuş-şiə”, 11-ci cild, səh.9 )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda şəhid olsa Mütəal Allah onun günahlarının heç birini onun yadına salmaz.”("Vəsailuş-şiə”, 11-ci cild, səh.9 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah şəhidə yeddi şey əta edər: 1.Birinci qan damlası bədənindən çıxan zaman onun bütün günahlarını bağışlayar. 2.Şəhid olduqdan sonra onun başı iki hurul-eynin ətəyində olar, onlar şəhidin üzündəki toz-torpağı təmizləyər və deyərlər: "Əhsən sənə!”. O da cavabında "mərhəba!”-deyər. 3.Behişt libasını ona geyindirərlər. 4.Behiştin xəzinədarları cürbəcür ətirləri və xoş iyləri ona təqdim edərlər ki, hansını istəsə seçsin. 5.Şəhadət zamanı behiştdəki məqamını müşahidə edər. 6.Şəhid olduqdan sonra ruhuna belə xitab olunar: "Behiştin hansı yerində istəyirsənsə gəz!”. 7.Şəhid Allahın camalına nəzər edər və bu iş də hər bir peyğəmbər və şəhid üçün aramlıqdır.”
    Allah-Təala Quranda buyurur: "Allah möminlərin canlarını və mallarını alaraq onların əvəzində behişt verər. Həmin möminlər ki, Allah yolunda cihad edirlər, düşmənləri öldürür və özləri də qətlə yetirilirlər. Bu, Allahın Tövratda, İncildə və Quranda qeyd olunan haqq vədəsidir. Allahdan başqa kim əhdinə daha yaxşı əməl edər?! Sizlərə Allahla etdiyiniz müamilədə müjdə olsun və bu böyük bir səadətdir.”(Tövbə” surəsi, ayə 111)
    Qeyd olunan ayə Quranın çox zərif ayələrindən biri olub camaatı xüsusi incəliklə cihada təşviq edir. Əvvəldə buyurur ki, Allah möminlərin canlarını və mallarını alıb əvəzində onlara behişt verir. Necə də gözəl müamilədir! Alıcı zatən qəni və varlıq aləminin maliki olan Allahdır. Satıcı da mömindir ki, Allaha, axirət dünyasına iman gətirmişdir. Müamilə olunan şey möminlərin canları və malları, müamilənin dəyəri isə əbədi behiştdir. Sonra buyurulur: Allah-təala üç böyük asimani kitabda – Tövratda, İncildə və Quranda belə bir vədəni qeyd etmişdir. Sonra buyurulur: «Allahdan da əhdinə yaxşı vədə edən bir kəs varmı?!» Ayənin axırında Allah belə bir dəyərli müamiləni möminlərə müjdə verərək buyurur: "Ən böyük səadət budur.”
    Quran Allah yolunda şəhid olan bir insan üçün ən yüksək məqamları nəzərə alaraq buyurur: "Allah yolunda öldürülən şəxslərin ölü olduğunu güman etməyin, əksinə onlar diridirlər və Pərvərdigarının yanında ruzilərdən bəhrələnirlər.”("Ali-İmran” surəsi, ayə 169 )
    "İndə Rəbbihim” (Rəbbləri yanında) cümləsi şəhidin yüksək məqamını bəyan edir. Ölümdən sonra insan ruhunun diri qalması şəhidlərə məxsus deyil, əksinə, bütün insanlar belədir. Lakin şəhidlərin imtiyazı budur ki, onlar Rəbblərinin yanında ən yüksək məqamlarda həyatlarını davam etdirir və həmin ali məqamlardakı mənəvi ruzilərdən bəhrələnirlər. Aydındır ki, bu məqama çatanların ruzisi sairlərin ruziləri ilə eyni səviyyədə deyildir.
    Allah yolunda cihad etmək və şəhid olmaq ibadətlərin ən böyüyü və ən dəyərlisidir. Təkamül yolçusu bu seçilmiş yolda ən yüksək ali məqamlara nail olur. Bu böyük ibadəti sair ibadətlərdən fərqləndirən iki əsas cəhət var:
    1.Mücahidin yüksək hədəfi. Mücahid insanın hədəfi özünün və yaxın adamlarının şəxsi mənafeyini təmin etmək deyildir. O, dar görüşlü, özünü bəyənən, özünü istəyən deyil. Əksinə, o, Allahı istəyir. Mücahid insan islamın genişlənməsini, tövhid kəlməsinin yüksəlməsini, zülm, zorakılıq, haqqsızlıqla mübarizəni, məhrumları və zəifləri müdafiə etməyi, ictimai ədalətin bərqərar olunmasını istəyir. Ən yüksək hədəflərə malik olduğundan, ən yüksək məqamlara da nail olur.
    2.Fədakarlığın ən yüksək həddi. Mücahid insan Allah dərgahına seyr etmək, hədəfinə çatmaq üçün ən dəyərli şeylərini və sərmayələrini əldən verir. İnsan sədəqə verəndə məqsədi bu olur ki, mal-dövlətinin bir miqdarını Allah yolunda sərf etsin, ibadət edərkən məqsədi bu olur ki, vaxtının və qüdrətinin bir qismini bu yolda sərf etsin. Amma mücahid insan hər bir şeyindən keçir. Bunların hamısından da üstün öz canından keçir, bütün varlığını ixlasla Allah-Təalaya təqdim edir. Mal, cah-cəlal, şan-şöhrət, arvad, övlad, qohum-əqrəbadan göz yummaqla öz canını Pərvərdigari-aləmə təslim edir. Ariflərin və dindar insanların bir ömür boyu yerinə yetirdikləri şeyin çoxunu mücahid insan qısa müddət ərzində yerinə yetirir. Maddi dünya mücahidin nurani və əzəmətli ruhu üçün dar gəlir. Buna görə də yaralı aslan kimi maddə qəfəslərini sındırır, bir göyərçin kimi Allahın razılığının nurani məqamlarına, geniş aləmlərə doğru pərvaz edib məqamların ən yüksəyində Allaha doğru seyr edir. Sair Allah övliyaları tədricən və uzun müddət ərzində məhəbbət, eşq, şühud məqamına çatırlarsa, şəhid mücahid bir gecədə yüz illik yolu ötüb keçir və Allahın görüşünə nail olur.
    Allahın sair bəndələri zikr, qiyam vasitəsilə Allaha yaxınlaşırsa, Allah yolunda cihad edən mücahid yaralara, dərdlərə, əzablara, çətinliklərə, güllələrə və s. dözərək öz canını verib Allah dərgahına yaxınlaşır. Bunların arasındəkı fərqlər olduqca çoxdur. Cihad və müharibə meydanı özünə məxsus səfa, mənəviyyət və nuraniyyətə malikdir. Eşq, hərəkət, fədakarlıq meydanıdır, Allah və məhbub yolunda fəda olmaq üçün müsabiqə (yarış) meydanıdır, əbədi həyatla dirilmək meydanıdır. Səngər həyatı keçirənlərin zümzüməsinin xüsusi səfası, nuraniyyəti və cazibədarlığı vardır ki, onun oxşarını hətta mə”bədlərdə və məscidlərdə də çox az tapmaq olar.

     

     

    Kitabın adı: Nəfsin saflaşdırılması
    Müəllif: Ayətullah İbrahim Əmini

     

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.