Pərvərdigara! Ağlayıb-sızlayaraq Səndən İmam Zamanın kəramətli dövlətini zühura yetirməyini, onun zühuru ilə İslama və ümmətinə izzət əta qılmağını, nifaq və nifaq əhlini zəlil etməyini istəyirik. Bizi həmin haqq dövlətdə ona tərəf də`vət edənlərdən və hidayət yolunun rəhbərlərindən qərar ver. Onun vasitəsilə bizlərə dünya və axirət kəramətini əta qıl. Rəhmətinə and veririk, ey rəhimlilərin rəhimlisi!