İmam Zaman (ə.f) və anası Zəhra (ə)
Ayətullah Seyyid Məhəmməd Hindinin oğlu böyük əllamə Seyyid Məhəmməd Baqir aşağıdakı hekayəti nağıl edir:
"Qədr gecəsi yuxu və röya aləmində İmam Zamanı (ə.c) gördüm. O çox qəmli və tutqun idi. Mübarək hüzuruna ərz etdim: "Rəsulullahın övladı, canım Sənə qurban olsun, belə əziz və mübarək gecədə niyə belə qəmli və tutqunsan?”
Cavabımda buyurdu: "Anam Zəhranın (ə) qəm və kədərini yadıma salıram. O məhdud və qısa həyatında anam necə dəhşətli və ağır müsibətlərə dözdü, bütün o əzab-əziyyətləri yadıma salıb qəmli oluram.”
Ayətullah bu qəmli cavabı eşitcək yuxudan oyanır və dərhal qələmi əlinə alaraq bu ürəkaçan yuxunu şer qəlibinə salır. Həmin gecə bu münasibətlə yazdığı şerin mətləsi belədir:
"Beytül-əhzanda (qəm evində) gördüyüm bir belə müsibət və qəmdən sonra mənim əsla şadlıq və sevinc evim ola bilməz.”
Bu mövzu ilə maraqlanan oxucuların nəzərinə çatdırırıq ki, həzrət Fatimeyi-Zəhranın (ə) oğlanları ilə bağlı hədislərdə, İslam mədəniyyəti və tarixinə aid kitablarda çoxlu məlumat var və onların incələnməsi xüsusi araşdırma tələb edir. bunu da qeyd etməyi lazım bilirik ki, bu sətirlərin müəllifi pakların pakı Zəhranın (ə) oğlanları haqqında ayrıca iki kitab yazmışdır və həmin kitablarda bu məsələlər geniş şərh olunmuşdur. Ona görə də bu kitabımızda Zəhranın (ə) oğlanlarına aid məsələlərin ətraflı izahından çəkinməli olduq. Maraqlanan oxucuları həmin iki kitabı oxumağa dəvət edirik.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild