İmam Zaman (ə.f) insanların baharıdır
Gülşən, İmam Zamandır (əc). Salam olsun sənə ey insanların baharı!
Nə vaxt batinimiz bahar olacaq? Nə vaxt batinimiz yaşıllaşacaq və gülşənə çevriləcək? Dünyanın cazibələri bizi məşğul etmişdir. Dostlar! İmam Zamanı (ə) nə qədər xatırlayırıq, nə qədər yada salırıq? Həzrətin bizim həyatımızda nə qədər kölgəsi vardır? Əcəb özümüzü aldadırıq!
Əmir əl-möminin Əli (ə) bir rəvayətdə buyurur: "Əgər Allahın hədlərini riayət etsəniz, O da sizə vədə verdiyi şeylərin gerçəkləşməsini sürətləndirər”
Allahın vədlərindən biri də İmam Zamanın (əc) zühurudur. Əgər Allahın hədlərini qorusanız, İmam (əc) gələr və qonağınız olar.
Biz hamımız ona möhtacıq. İslamın gəlişindən 14 əsr ötür və hələ də Əhli-beytin (ə) haqqında zülm olur. Biz "Bəqiyyətullah” nidasını eşitməyimizi gözləyirik. Necə ki, özü buyurdu: "Mən Bəqiyyətullaham”.
Aləmin bütün sirləri ondadır. O, Allahın ən əzəmətli sirridir. Mərifət əhlindən bəziləri onun barəsində buyurublar: "Hətta onun ayaqqabısının ipindən Allahın tövhid sirləri görünür”. Bəşərin bu müəllimə ehtiyacı vardır.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu