» » Xeybər döyüşü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xeybər döyüşü
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 17-03-2014, 21:00 | Baxılıb: 11 302
     

     
     XEYBƏR DÖYÜŞÜ

    Xeybər kəlməsi qala, möhkəm hasar deməkdir. Mədinədən 120 kilometr şimalda yəhudilərin sakin olduğu bir məntəqə vardı. Buranın sakinləri bir neçə möhkəm qalada yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları vardı. Bu qalaların hər birinin öz adı vardı. Bu yeddi qüllədən ən məşhuru «Naim» və «Qəmus» idi.
    Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı dörd minlə iyirmi min arasında olmuşdur. Bir şey qətidir ki, yəhudilər müsəlmanlardan bir neçə dəfə artıq olmuşlar. Çünki həmin dövrdə müsəlmanların sayı min altı yüzü keçmirdi.
    Hicri yeddinci ildə həzrət Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər. İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Səhəri gün yuxudan oyanan qala sakinləri müsəlmanları Xeybər ətrafında gördülər. Onlar müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar. Həzrət Peyğəmbər iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri çəkildilər».
    İbn Əbil-Hədid Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:

    Hər nəyi unutsam, unutmaram mən,
    Qaçmaq günah ikən qaçdız səhnədən.
     
    Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: «Sabah bayrağı bir şəxsə verəcəyəm ki, Allah və Peyğəmbəri (s) onu dost tutur, o da Allah və Onun Peyğəmbərini dost bilir. O bir kəsdir ki, həmişə hücum etmişdir və Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır». Həzrət Peyğəmbərin bu sözləri hamını təəccübləndirdi. Görən sabah qələbə çalacaq kəs kim idi?
    Əlinin (ə) misilsiz qəhrəmanlığı hamıya mə’lum olduğu halda, əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Amma bir nöqtəni də qeyd etmək lazım gəlir ki, həmin vaxt həzrət Əlinin (ə) gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı ehtimal olunmurdu. Bu baxımdan Peyğəmbərin həzrət Əli (ə) haqqında danışdığını anlamayanları üzürlü hesab etmək olar.
    Nəhayət, və’d olunmuş gün gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: «Əli haradadır?» Ərz etdilər ki, Əlinin (ə) gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya gətirin». Müsəlmanlar Əlinin (ə) çadırına gedib, Peyğəmbərin əmrini ona çatdırdılar.
    Həzrət Əli (ə) dərhal yerindən qalxdı və həzrətin xidmətinə tələsdi. Həzrət Peyğəmbər (s) Əlidən (ə) halını soruşdu. Əli (ə) bildirdi ki, başım və gözlərim ağrıyır. Həzrət Peyğəmbər onu qucaqladı və ağzının mübarək suyundan Əlinin (ə) gözlərinə çəkdi. Həzrət Əli (ə) özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və gözağrısı görmədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli, bizim komandanların əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Həzrət Əli (ə) yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu. Peyğəmbər (s) buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi təsdiq edənədək vuruş».
    Həzrət Əli (ə) ovuna qarşı arxayınlıqla hərəkət edən şir tək Xeybər qalasının divarlarına yaxınlaşdı. Bayrağı yerə sancdı. Öz adamlarını divarların fəthi üçün hazırladı. Bu vaxt Xeybərin şücaətli döyüşçülərindən bir qrupu çıxıb həzrət Əli (ə) və onun dəstəsinin üzərinə hücum etdi. Şiddətli döyüş başladı. Həzrət bir neçə hücumla yəhudiləri qaçmağa məcbur etdi. Düşmən döyüşçüləri özlərini qalaya çatdırıb qapıları bağladılar. Şücaəti ilə tanınan qala rəisi Haris Əlinin (ə) qalaya daxil olmasının qarşısını almaq istədi. Amma həzrət bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın ən adlı-sanlı döyüşçüsü Mərhəb Xeybəri qardaşının qanını almaq üçün meydana atıldı.
    Mərhəb qəribə bir pəhləvan idi. O iki zireh geyinər və bir neçə əmmamənin üzərindən polad dəbilqə qoyardı. Dəbilqədə dəyirman daşına oxşar daşı yerləşdirdiyindən qılınc zərbələri onun başına tə’sir etməzdi.
    Bu şəxs ilə Əli arasındakı döyüşdə İslam qəhrəmanının onun başına enən zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar. Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə hücum etdi. Amma həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə qalanın qapılarını bağlamağa məcbur oldular.
    Həzrət Əli (ə) öz fövqəl’adə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı. Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi. Şeyx Müfid Əbdüllah Cədəlidən belə nəql edir. Əmirəl-mö’minin (ə) deyirdi: «Xeybərin qapısını çıxardıqdan sonra onu özümə sipər edib yəhudilərlə döyüşdüm. Onları məğlub etdikdən sonra qapını qala ətrafında qazılmış xəndəyin üzərinə qoyub onun üzərindən keçdim. Müsəlmanlar da xəndəyi adladılar. Geri qayıdan zaman həmin qapını yetmiş müsəlman güclə qaldırdı. Şair bu barədə yazır:

    Yəhudla amansız savaş zamanı
    Qaldırdı Xeybərin ağır qapısın.
    Qapını qaytaran yetmiş kişinin
    Hamı aşkar gördü işdə cəfasın.

    Xeybər döyüşündə həzrətin savaşı, qalaların fəthi, adlı-sanlı yəhudi döyüşçülərinin məğlub edilməsi, xüsusi ilə qala darvazasının həzrət tərəfindən çıxarılıb atılması bir daha sübut edir ki, kimsədə belə bir hünər görünməmişdir. Uyğun hadisə haqqında bir çox qəsidələr qoşulmuşdur. İbn Əbil-Hədid bir qəsidədə deyir:

    Qırx dörd əlin aça bilmədiyini
    Ey qoparıb atan qəhrəman Əli.
     
    Xeybər döyüşü başa çatdıqdan sonra həzrət Peyğəmbər yəhudilərin istəyi ilə onlarla sülh bağladı. Fədək müsəlmanlara verildi və orada sakin olan yəhudilər öz var-dövlətlərinin yarısını Peyğəmbərə göndərdilər. Fədək yalnız sülh bağlandığı vaxt heç bir tələb olmadan yəhudilərin razılığı ilə həzrət Peyğəmbərə bağışlandı. Ona görə də Fədək Peyğəmbərin özünə, qalan bütün qənimətlər isə müsəlmanlara çatdı. Xeybərdən geri dönərkən itaətsizlik göstərən bə’zi yəhudi qəbilələri də tənbeh olundu. Onlar da müsəlmanlara boyun əyməyə məcbur oldular. Beləcə, müsəlmanlar yəhudilərin fitnələrindən xilas oldular və Mədinə şəhərində əmin-amanlıq bərpa edildi.




     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 9 Mayıs 2014 20:37 | Sayt nəzarətçisi | Şərh yazdı
    ELLERINE SAGLIQ BACI

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 21 Mart 2014 17:15 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.ELLERINE SAGLIQ

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 19 Mart 2014 17:35 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti Bərəkəti və Salavatı üzərinizə olsun.Bacım Allah səndən sonsuza kimi Razı olsun,bunların əksəriyyətini bilirdim,sayəndə bilmədiklərimi də bildim,çox sağ ol.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 17 Mart 2014 22:02 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Eller derd gormesin Cox maraqli idi
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.