Namazın
təqibatını ərəbcə oxumaq şərt deyildir. Lakin məsum imamlardan (ə.s) nəql
olunan duaları və zikrləri oxumaq tövsiyə olunur. O cümlədən "Xanım Zəhranın təsbihi”
adlı zikrləri deməyin çox böyük savabı vardır. Bu zikrlər belədir: 34 dəfə
"Allahu Əkbər”, 33 dəfə "Əlhəmdu lillah” və 33 dəfə "Subhanəllah”.
Diqqət:
Dua kitablarında məsum imamlardan (ə.s) ali məzmunu
olan çox dəyərli dualar mövcuddur.
Namazdan sonra şükr səcdəsi etmək müstəhəbdir. Yəni, bütün nemətlərə görə, həmçinin
namazı bizə nəsib etdiyinə görə Allaha şükr etmək niyyəti ilə alnı yerə qoymaq
müstəhəbdir. Yaxşı olar ki, bu səc-dədə üç dəfə "şukrən lillah” deyilsin.