Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
AYIN ƏVVƏLI, YƏNI ILK GÜNÜN SÜBUT OLMASI.
Ayın əvvəli aşağıdakı yollarla sübut olunur:
I. Mükəlləf şəxsən özü ayı görür;
II. İki ədalətli şəxs ayın əvvəli olduğuna şəhadət verir;
III. Müəyyən vasitələrlə ayın əvvəli olduğuna yəqinlik hasil olur;
IV. Əvvəlki ayın otuz günü tamamlanır;
V. Şəri hakim hökm verir.
--- Ayın əvvəlini təyin etməkdə günəş batandan sonra görünən ayın hilalı meyar götürülür, belə ki, günəş batmazdan öncə də onu görmək mümkündür. Odur ki, günəş batmamışdan qabaq və ya günəş batarkən görünən hilal, ayın əvvəli olduğuna hökm vermək üçün kifayət etmir.
Diqqət:
• Ayı hər hansı bir vasitə ilə görməklə adi gözlə görmək arasında heç bir fərq yoxdur. Yəni, əsas şərt görməkdir (ya vasitə ilə, ya da heç bir vasitə olmadan). Deməli, ayı gözlə, yaxud eynək və teleskop vasitəsilə görmək eyni hökmdədir. Əlbəttə teleskopla çəkilən və kompüterdə göstərilən ayın təsvirini görmək sözün həqiqi mənasında görmək olub-olmadığı məlum olmadığı üçün (bu təsviri görməklə kifayətlənmək) bu məsələ sual altındadır.
• Ayın hilalını şəxsən görmək şəri baxımdan mükəlləfə vacib deyil.
• Hilalın üfüqə yaxın və kiçik olması, yaxud hündürdə və böyük olması, yaxud da nazik və qalın olması kimi halları ayın birinci və ya ikinci gecəsi olduğuna şəri dəlil deyildir. Lakin əgər mükəlləfdə bu kimi müşahidələr nəticəsində müəyyən bir yəqinlik hasil olursa, o, oz yəqinliyi üzrə rəftar etməlidir.
• Astroloqların hesablamaları və tərtib etdikləri təqvim ayın əvvəlinin sübut olunması yollarından deyildir. Əlbəttə əgər onların sözləri mükəlləfdə yəqinlik hasil etsə, bu təqvimə əməl edə bilər.
2) Əgər bir şəhərdə ayın əvvəli olduğu sübut olunsa, ona yaxın olan digər şəhərlər üçün də kifayət edir. Bundan əlavə əgər sərqdə yerləşən bir şəhərdə ay görünsə, bu şəhərdən qərbdə yerləşən şəhərin sakinləri üçün də kifayətdir (yəni, ayın əvvəli olduğu sübuta yetir). Lakin bunun əksi, yəni qərbdə yerləşən bir şəhərdə ay görünsə, ondan şərqdə yerləşən şəhərin sakinləri üçün kifayət etmir.
Diqqət:
• Eyni üfüq dedikdə, iki şəhərin eyni meridian üzrə yerləşməsi nəzərdə tutulur. Deməli, əgər iki şəhərin üfüqü o həddə qədər fərqli olsa ki onların birində hilal göründüyü zaman digərində görünmür, bu halda əgər qərb tərəfdə yerləşən şəhərlərin sakinləri ayı görsələr, şərqdə yerləşən şəhərlərin – belə ki, bu şəhərlərdə günəş, qərbdən tez batır – sakinləri üçün kifayət etmir. Məsələn, əgər Yaponiyadan qərb istiqa-mətdə yerləşən Azərbaycanda ay görünsə, Yaponiya sakinləri üçün kifayət etmir.
3) Şəri hakim hilalın göründüyünə hökm verməyənədək – hətta özü ayı görsə belə - mükəlləflər üçün kifayət etmir (yəni, ayın göründüyü onlar üçün sübut olunmur). Əlbəttə əgər mükəlləflər başqa yolla ayın göründüyünə əmin olsalar, kifayətdir.
Diqqət:
• Ayin hilalını görən bir şəxs əgər bilsə ki, müəyyən səbəblərə görə ayı görmək onun şəhərinin şəri hakimi üçun mümkün olmayacaqdır, ayı gördüyünü şəri hakimə xəbər verməsinə - əlbəttə əgər xəbər vermədiyi təqdirdə ortalığa böyük çətinliklər çıxmayacaqsa - ehtiyac yoxdur.
• Əgər şəri hakim sabah bayram olduğuna hökm versə və bu hökm, bütün ölkəyə aid olsa, onun hökmü şəri baxımdan bütün şəhərlər üçün mötəbərdir.
• Əgər bir dövlətdə ayın göründüyü rəsmi şəkildə elan olunsa, o dövlətin islami dövlət olması şərt deyidir. Burada əgər mükəlləf, yaşadığı məntəqədə ayın göründüyünə əmin olsa, kifayətdir.
• Əgər bir şəhərdə ayın hilalı görünməsə, lakin televiziya və radioda ayın göründüyü elan olunsa, əgər bu elan, Vəliyyi-fəqihin hökmü olsa və ya mükəlləfdə yəqinlik hasil etsə, kifayətdir və araşdırma aparmağa ehtiyac yoxdur.
4) Ayın əvvəli olduğu şəri yolların biri ilə sübut olunmayanadək, yəni, eyni üfüqü olan şəhərlərdə ay görünməsə, ya iki adil şəxs şəhadət verməsə, ya da şəri hakim hökm verməsə, ehtiyata əməl etmək lazımdır.
5) Əgər Ramazan ayının əvvəli olduğu sübut olunmasa, oruc tutmaq vacib deyil. Lakin əgər sonradan mükəlləfə məlum olsa ki, oruc tutmadığı həmin gün Ramazan ayının birinci günü olmuşdur, həmin günün qəzasını tutmalıdır.
6) Əgər insan Ramazan ayının axırıncı günü, yoxsa ġəvval ayının birinci günü olduğuna şəkk etsə, oruc tutmalıdır. Lakin əgər gün ərzində məlum olsa ki, ġəvval ayının əvvəlidir, hətta məğribə az qalsa belə orucunu açmalıdır.
Orucun müxtəlif məsələləri
1. Əgər bir məntəqədə əhalinin əksəriyyəti Ramazan ayının gecələrində Quran və dua oxumaq, dini mərasimlər keçirmək üçün oyaq qalırlarsa, sübhə yaxın hamının eşitməsi üçün məsciddən səsucaldanlar vasitəsilə səhər dualarını yayımlamağın maneəsi yoxdur. Lakin əgər bu duaların yayımlanması məscidin qonşuluğunda yaşayan sakinlərə əziyyət versə, olmaz.
2. Müstəhəb oruc tutan şəxs istədiyi vaxt orucunu aça bilər. Əgər mömin qardaşı onu qonaq çağırsa, müstəhəbdir ki, onun dəvətini qəbul etsin və orucunu açsın. Bu halda orucu batil olsa da orucun savabın-dan məhrum olmur.
3. Əgər oruc bir şəxs bir ölkədə iftar etsə, sonra başqa bir ölkəyə səfər etsə ki, orada günəş hələ batmamışdır, orucu düzdür və orada da yeyib içə bilər.
4. Əgər bir nəfər öz vətənində Ramazan ayının əvvəlindən iyirmi yeddisinə kimi oruc tutsa, iyirmi səkkizinci gün səhər üfüqü öz şəhəri ilə eyni olan başqa bir şəhərə səfər etsə, iyirmi doqquzuncu gün ora çatıb görsə ki, o şəhərdə bayram elan olunubdur və bayramın elan olunması üçün də şəri sübut vardır, bayram olduğu üçün həmin günün qəzası yoxdur. Lakin buradan anlaşılır ki, bu şəxs Ramazan ayının əvvəlindən bir gün oruc tutmayıbdır və qəza etdiyinə əmin olduğu orucun qəzasını tutmalıdır.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |