» » QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ
    Müəllif: Admin | 16-11-2013, 01:08 | Baxılıb: 0

    QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

    QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

    Məsələ Qadınlar üçün toy məclislərində əl çalmağın işkalı yoxdur.

    İmam, Təbrizi, Məkarim: İstifta.

    İmam: İstifta, "Əhkami banovan" kitabı, Sual: 24, səh.28.

    Təbrizi: "Siratun-nəcat", Sual: 1020.

    Bəhcət: Şənlik mərasimlərində və çıxışlarda, ayrı-ayrı şəxsləri təklif etmək məqsədilə və ləhv həddinə çatmamaq şərtilə, eybi yoxdur. "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 30.

    Xamenei və Sistani: Adi qaydada olan əl çalmağın öz-özlüyündə, hətta əgər naməhrəm onun səsini eşitsə də, eybi yoxdur

    Xamenei: "Əcvibətül-İstiftaat", Sual: 100.

    Sistani: İstifta.

    Fazil: Bayram şənliklərində və toyda əl çalmağın – öz-özlüyündə əgər haram işlə yanaşı olmazsa – işkalı yoxdur, bu şərtlə ki, məsciddə, yaxud Hüseyniyyədə olmasın. "Camiul-məsail", 1-ci cild, Sual: 1734.

    Məsələ (Sual): Toy məclislərində uşaqların oyna¬malarının və qadınların əl çalmalarının hökmü nədir?

    Cavab: Uşaqların təklifi yoxdur və qadınların toy məclisində əl çalmasının işkalı yoxdur.

    İmam və Məkarim: İstifta.

    Fazil: "Camiul-məsail", 1-ci cild, 1734-cü sualdan istifadə etməklə.

    Bəhcət: Uşaqların təklifi yoxdur, əgər bu iş fitnə və fəsada səbəb olarsa, işkalsız deyildir. İstifta.

    Xamenei və Sistani: Adi və normal halda əl çalmağın öz-özlüyündə işkalı yoxdur, hətta əgər naməhrəm onların səsini eşitsə belə.

    Fazil: Bayram şənliklərində və toy mərasimlərində əl çalmaq haram bir işlə yanaşı olmazsa, işkalı yoxdur, bu şərtlə ki, məsciddə və ya Hüseyniyyədə olmasın.

    Məsələ: Ləhv və ləib olan toy məclislərində qalmaq caiz deyildir.

    İmam, Xamenei, Məkarim: İstifta.

    Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 990.

    Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasındadırsa, orada qalmaq caiz deyildir.

    Təbrizi: Əgər haram işə səbəb olmazsa, işkalı yoxdur. "Siratun-nəcat", 1020-ci sual.

    Xamenei və Sistani: Əvvəlki sualın cavabından bu məsələ də aydın olur. İstifta.

    * NƏTİCƏDƏ: Əgər bir qadın toy məclisində başqa qadınların oynadığını görsə, yaxud kişilərin naməhrəmlərlə qarışdığını görsə, yaxud naməhrəmin qarşısında mütrib musiqinin çalındığını görsə, əvvəlcə on¬ları nəhy əz münkər etməli və təsir qoyacağına ümid¬var olmadığı halda məclisi tərk etməlidir.

    Məsələ (Sual): Saz, təbil, rəqs, xanəndəlik olan toy məclislərində – bir-birilə qohumluq və beləliklə də bu işə məcbur olmaq bəhanəsilə iştirak etmək caizdirmi?

    Cavab: Ləhv və ləib məclisində olmaq və iştirak etmək haramdır və qohumluq əlaqələri buna əsas ola bilməz.

    İmam, Xamenei və Məkarim: İstifta.

    Fazil: "Camiul-məsail", 1-ci cild, 990-cı sualdan istifadə etməklə.

    Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasına bağlıdırsa, orada qalmaq caiz deyildir. İstifta.

    Məsələ (Sual): Toy məclisində nağara (dəf) çalmağın hökmü nədir?

    Cavab: İşkallıdır.

    İmam: "Əhkami banovan" kitabının istiftası, Sual: 41, səh.32.

    Xamenei və Fazil: Əgər mütrib şəkildə vurulsa, caiz deyil. İstifta.

    Məkarim: Ləhv və fəsad məclisləri ilə münasib olan bütün ahənglər və səslər haram, ondan başqaları halal¬dır. Onun ayırd edilməsi də ürf əhlinə həvalə edilir.

    İstifta.

    Məsələ: Qadınların məclisində mütrib musiqili lent yazılarından istifadə etmək caiz deyildir və bundan çəkinmək lazımdır.

    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

    Məsələ. Kürəkən olmaq istisnalardan deyildir və nəticədə naməhrəm qadınlar kürəkənin qarşısında olduqları zaman kamil hicaba riayət etməlidirlər.

    İmam, Fazil və Məkarim, "Ürvə", "sətr və satir", birinci məsələdən əvvəl və beşinci məsələ.

    İmam "Əhkami banovan" kitabından istifadə etməklə, səh.11.

    Bəhcət "Tovzihul-Məsail", 1937-ci məsələdən istifadə etməklə.

    Təbrizi: "Siratun-Nəcat", 1485-1486 və 882-883-cü suallardan istifadə etməklə.

    Xamenei: İstifta.

    Sistani: "Tovzihul-məsail",. 2444-cü məsələdən istifadə etməklə. "Minhacus-Salehin", "Nikah", məsələ: 18.

    * NƏTİCƏDƏ: Əgər kürəkən qadınların yığıncağına daxil olsa üzünü və əllərini zinətləndirən qadınlar bütün bədənlərini, o cümlədən üzlərini və əllərini ondan örtməlidirlər. Hətta kürəkən bir neçə anlığa, misal üçün gəlinə üzük taxmaq, yaxud şəkil çəkdirmək və s. üçün qadınların yığıncağına daxil olmuş olsa belə. Hər bir halda üstün nəzər qadınlar məclisinə hər növ naməhrəmin daxil olmasını tərk etməkdir.

    Məsələ: Naməhrəmə özünü göstərmək üçün qadınların zinətlənməsi, bəzənməsi caiz deyildir.

    İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, Sistani İstifta.

    Sual: Qadınların özlərini naməhrəmə göstərəcəyini bildiyi halda onları bəzəyən parikmaxir şəxslərin hökmü nədir.

    Cavab: Əgər onu naməhrəmə göstərmək məqsədi ilə günaha kömək etmək və haramdır lakin əgər qəsdi olmadan sadəcə bilirsə eybi yoxdur.

    İmam, Sistani, Fazil, Məkarim İstifta.

    Xamenei və Bəhcət: Əgər naməhrəmə göstərilmək üçün onu bəzəyirsə yəqin şəkildə haramdır, lakin əgər elmi var¬sa qəsd olmadan ehtiyat onun tərk edilməsidir.

    İstifta.

    Məsələ: Naməhrəm kişi gəlin və bəyin, yaxud başqa qadınları videoya, yaxud şəkilini çəkməməlidir hətta əgər onun yaxın qohumlarından olsa da belə (əlbəttə, əgər qadınlar kamil hicaba riayət etməmişlərsə).

    İmam, Fazil, Məkarim "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq və 5-ci məsələdən istifadə etməklə.

    İmam, Xamenei İstifta.

    Bəhcət "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

    Təbrizi, "Siratun-Nəcat", 1488-86, 882-83 cü suallarda istifadə etməklə.

    Sistani "Tovzihul-Məsail", 2444-cü məsələdən istifadə etməklə; "Minhacus-salihin", "Nikah", məsələ: 18.

    Məsələ: Qadın kifayət qədər örpəyə malik olmadığı halda kürəkənin, yaxud naməhrəm şəxslərin olduğu bir yerdə video və ya şəkil çəkmək çaiz deyildir.

    İmam, Məkarim İstifta .

    Fazil: Əgər naməhrəmin gözü ona düşəcəksə caiz deyildir. İstifta.

    Məsələ: Əgər bir qadın kamil hicabsız şəkildə şəkil çəkdirdiyi halda onun şəkli qohum-əqrəbasının arasında paylanacağını və naməhrəmin onu görəcəyini də bilirsə, hicabsız şəkil çəkdirməsi caiz deyildir.

    İmam, Bəhcət İstifta.

    Fazil: Onun yayılmasına icazə verməsinlər əgər bunun ardınca günah və fəsad gələrsə caiz deyildir. İstifta.

    Məkarim: O öz şəkilini başqalarının ixtiyarında qoymazsa haram bir işə mürtəkib olmamışdır. İstifta.

    * NƏTİCƏDƏ: Misal üçün, gəlin kamil hicaba riayət etmədiyi halda şəkil çəkdirdikdə onun şəkilinin naməhrəm qohumlarının əlinə düşəcəyini bilirsə gərək şəkil çəkdirməsin. Hətta şəkil çəkən şəxs qadın və gəlinə məhrəm olan kişi olarsa belə.

    Məsələ (Sual): Toy məclislərində adətən şəkil, yaxud video qadınların vasitəsi ilə çəkilir lakin şəkilin çıxarılmasında, yaxud başqa işlərdə mümkündür ki, naməhrəm də onu görsün. Gəlinin bəzənməsinə və lazımi qədər hicabı olmadığına diqqət yetirməklə bu filmlərin və şəkillərin hökmü nədir?

    Cavab: Əgər naməhrəm qadınları tanıyırsa onları görmək onun üçün caiz deyildir və bundan qeyri hallarda əgər ləzzət və reybə qəsdi olmazsa işkalı yoxdur.

    İmam İstifta "Əhkami banovan" kitabında 44-45-ci suallardan istifadə etməklə s. 33.

    Təbrizi, "Siratun-Nəcat", 876-cı sualdan istifadə etməklə.

    Bəhcət və Xamenei İstifta.

    Fazil, "Cameul-Məsail", 1-ci cild, 1728 və 1732-ci suallardan istifadə etməklə.

    Sistani və Məkarim: Əgər qadınlar mübtəzəl qadınlardan olmazsa: bəd hicab, yaxud hicabsız qadınlardır ki, onlara hicab örtməyi əmr etdikdə etina etmirlər istər müsəlman olsunlar istərsə də yox; və kişi də onu tanıyırsa ehtiyat-vacibə görə o şəkilə, yaxud videoya baxmamalıdır .Bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. "Minhacus-Salehin" məsələ 27.

    * NƏTİCƏDƏ: Əgər naməhrəm şəxs qadınları tanımazsa, yaxud qadınlar mübtəzəl qadınlardan olsa onların şəkillərinə və videolarına ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur.

    Məkarim: Əgər qadın şəri hicabı qorumağa özünü iltizamlı bilirsə naməhrəmin onun şəkilinə, yaxud videosuna baxmasının işkalı vardır. Amma əgər onu tanımazsa və baxmağın ardınca da heç bir fəsad gəlməzsə bu hal istisna olunur.

    "Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.

    * NƏTİCƏDƏ: Ya naməhrəm kişi qadını tanıyır ya da tanımır. Əgər onu tanımırsa onun şəkilinə və videosuna ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur və əgər onu tanıyırsa bu halda əgər qadın islam hicabını qorumağa iltizamlıdırsa onun şəkilinə, yaxud videosuna baxmaq kifayət qədər hicabı olmadığı halda caiz deyildir. Əgər hicabı qorumağa iltizamli deyilsə bu halda kişi onu tanısada lakin onun şəkilə və videoya baxması ləzzət və reybə qəsdi ilə olmazsa işkalı yoxdur.

     

     

     
     
    Bölmə: Xanımlar üçün
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 15 Temmuz 2014 11:52 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun In shaa Allah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 12:37 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.MENCEDE EN GÖZEL TOY DİNİ TOYDU

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 01:39 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun,çox sağ olun...

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 23 Kasım 2013 20:51 | İstifadəçi | Şərh yazdı
    dini toy en gozelidi.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nerminka 14 | Status: | 18 Kasım 2013 17:17 | Qonaq | Şərh yazdı
    tesekkur edirem xebere gore
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.