Hz Əlidən (ə.s) soruşdular: ALLAHIN ən güclü əsgəri kimdir?
Buyurdu Dəmirə baxdım, onun möhkəmliyini və sərtliyini görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin dəmir olduğunu düşündüm.
Oda baxdım, onun dəmir əritdiyni görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin od olduğunu düşündüm.
Suya baxdım, onun odu söndürdüyünü görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin su olduğunu düşündüm.
Buludlara baxdım, onların suları daşıdığını görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin buludlar olduğunu düşündüm.
Küləyə baxdım, onun buludları hərəkətə gətirdiyini görüb ALLAHIN ən əzəmətli əsgərinin külək olduğunu düşündüm.
Dağlara baxdım, onların küləyə sinə gərdiyini görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin dağlar olduğunu düşündüm.
İnsana nəzər saldım, onun dağlar fəth etdiyini görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin insan olduğunu düşündüm.
Yuxuya nəzər saldım, insan zəiflədən, özündən xəbərsiz etdiyini görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin yuxu olduğunu düşündüm.
Qəm və kədərə nəzər saldım, onun yuxunu qaçıran səbəblərdən olduğunu görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin yuxu olduğunu düşündüm.
Qəlbə nəzər saldım, onun qəm və kədərin məskəni olduğunu görüb ALLAHIN ən güclü və əzəmətli əsgərinin qəlb olduğunu düşündüm.
Qəlbin yalnız ALLAH yad etməklə rahatlıq tapdığını görüb əmin oldum və dedim ki,
ALLAHI zikr etmək ən güclü və əzəmətli əsgərdir.