Kişi
və qadınlara , kafirlərə xas olan paltarların geyilməsi haqqında
Kişilər qadın
, qadınlar isə kişi paltarları geyinməməlidirlər. Allaha iman gətirmiş hər bir
müsəlman öz düşmənlərinin paltarını geyinməməli və bu işi özlərinə haram bilməlidirlər.
İmam Baqir (ə)-dan
nəql olunmuş hədisdə deyilir :”Qadınlar özlərini kişilərə ,kişilər də qadınlara
oxşatmamalıdırlar. Cəddim həzrəti Məhəmməd (s) belə şəxslərə lənət oxuyardı.
İmam Sadiq (ə)-dan
nəql olunmuş hədisdə deyilir: "O böyük Allah öz peyğənbərlərindən birinə vəhy edərək buyrur :”Möminlərə de ki, düşmənlərimin paltarını geyinməsinlər və onların yeməklərini yeməsinlər.
Əks halda , onlar da düşmənlərimin yolunu davam etdirib onlardan birinə çevrilərlər.