Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qadın
    +5
    Müəllif: Elya | 8-02-2015, 12:00 | Baxılıb: 1 850
     
     
    361. Qadın
     
    1630. Qur‘anda qadınla kişinin bərabər olması
    Məqatil bin Həyyan: «Əsma bint Umeys öz əri Cəfər ibn Əbutaliblə Həbəşistandan qayıdandan sonra Allahın Peyğəmbərinin (s) arvadlarının yanına gedib dedi: «Bizim (qadınlar) barədə də Qur‘anda bir şey varmı?» Dedilər: «Yox.» Əsma Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: «Ey Allahın Peyğəmbəri, qadınlar məhrum və uduzmuşlardır!» Buyurdu: «Nəyə görə?» Ərz etdi: «Çünki onları kişilər kimi yaxşılıqla xatırlamırlar.» Sonra Allah-taala bu ayəni «Həqiqətən, Allah müsəlman kişilər və qadınlar…» ayəsini nazil etdi?»
    əd-Durrul-Mənsur: «Beyhəqi Yəzid Ənsarinin qızı Əsmadan nəql edir ki, o, səhabələri ilə əyləşmiş Peyğəmbərin (s) yanına gəlib dedi: Atam, anam sənə fəda olsun! Mən qadınların təmsilçisi kimi sizin yanınıza gəlmişəm sənə fəda olum, bilirəm ki, dünyanın şərqində və qərbində elə bir qadın yoxdur ki, mənim sözlərimi eşidəndə mənimlə həmrəy olmasın. Allah səni haqdan, qadınlara və kişilərə göndərdi və biz də sənə və səni göndərən Allaha iman gətirdik. Biz qadın tayfası məhdud və hasarlıyıq, sizin evinizin bir əşyasıyıq və sizin istəklərinizi yerinə yetirir, övladlarınıza hamilə oluruq. Ancaq siz kişilərin bizdən üstünlükləri var. Məsələn, cümə və camaat namazları qılır, xəstələri yoluxmağa gedir, dəfn mərasimlərində iştirak edir, dalbadal həccə gedirsiniz. Bunlardan ən üstünü isə Allah yolunda cihaddır. Siz kişilər həcc və ya ümrə ziyarəti, yaxud Allah yolunda cihad üçün evdən bayıra çıxanda biz sizin mallarınızı qoruyur, paltarlarınızın parçasını toxuyur, övladlarınıza tərbiyə veririk. Bəs, ey Allahın Peyğəmbəri əcr və savabda necə sizlərə şərik deyilikmi?
    Peyğəmbər (s) üzünü bütünlüklə səhabələrinə tutub buyurdu: İndiyə qədər bir qadının öz dini işlərinə aid suallar haqda belə gözəl danışdığını eşitmişdinizmi? Ərz etdilər: Ey Allahın Peyğəmbəri, qadının bu pilləyə qədər gəlib çatacağını güman etməzdik!
    Sonra Peyğəmbər (s) üzünü Əsmaya tutub buyurdu: Ey qadın, qayıt və səni nümayəndə kimi göndərənlərə de ki, siz qadınların hər birinin ərinə yaxşı baxmağı, ərini özündən razı salmağı, onun (hər hansı bir işdə) müvafiq fikrinə tabe olmağı (kişilər üçün adını çəkdiyin) bütün bu işlərə bərabərdir. Əsma sevincindən təhlil (La ilahə illəllah demək) və təkbir (Allahu Əkbər) deyə-deyə qayıtdı.»
    Əbu Səid Xudrı: «Bir qadın Allahın Reyğəmbərinin (s) yanına gəlib ərz etdi: Ey Rəsuləllah! Kişilər Sizin sözlərinizdən faydalanırlar. Bir gün də bizimçün təyin et ki, hüzurunuza gələk və Allahın sizə öyrətdiyindən bizə də öyrədəsən. Peyğəmbər buyurdu: Filan gün, filan yerdə toplaşın. Qadınlar təyin olunan gün toplaşdılar və Peyğəmbər (s) onların yanına gedib Allahın təlimlərini onlara öyrətdi.»
    1631. Qadınların ən yaxşı xislətləri
    5750. İmam Əli (ə): «Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir: Qürur, qorxaqlıq və xəsislik. Çünki qadın məğrur olsa özünü (naməhrəmin) ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin malını saxlayar, qorxaq olsa başına gələn (bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar.»
    1632. İdarəçiliyin qadına tapşırılmasının qadağan olunması
    5751. Allahın Peyğəmbəri (s): «Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz.»
    5752. Allahın Peyğəmbəri (s): «Öz işini qadına tapşıran camaat heç vaxt qurtuluşun üzünü görməz.»
    5753. İmam Əli (ə): «Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür. Onu əzizləməkdə də həddini aşma və elə eləmə ki, (sənin yanında) kimisə şəfaət etməyə cür‘ət etsin.»
    1633. Qadını sevməyin təriflənməsi
    5754. Allahın Peyğəmbəri (s): «Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar.»
    5755. İmam Sadiq (ə): «Kimin bizə məhəbbəti artarsa, qadın və halvaya məhəbbəti də artar.»
    5756. İmam Sadiq (ə): «Qadın sevgisi peyğəmbərlərin (s) əxlaqındandır.»
    1634. Qadın sevgisinin pislənilməsi
    5757. Allahın Peyğəmbəri: «İblisin qadınlardan və qəzəbdən böyük ordusu yoxdur.»
    5758. İmam Əli (ə): «Fitnələr üç növdür: Qadın sevgisi; bu şeytanın qılıncıdır… Kim qadın sevən olsa həyatından bəhrə götürməz.»
    5759. İmam Əli (ə): «Qadınlara məftun olmaqdan və dünya ləzzətlərinə hərislikdən çəkin. Çünki qadınlara məftun olan əziyyət və möhnət içində, ləzzətlərə həris olan isə xar olar.»
     
    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Efsane | Status: İstifadəçi Offline | 8 Şubat 2015 20:06 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 8 Şubat 2015 13:06 | İstifadəçi | Şərh yazdı
    5755. İmam Sadiq (ə): «Kimin bizə məhəbbəti artarsa, qadın və halvaya məhəbbəti də artar.»
    Halvaya niye?? Bunu aydinlasdirardiz menim ucun??
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.