» » Allahı göylərdə axtarmayın O hər yerdədir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Allahı göylərdə axtarmayın O hər yerdədir
    +11
    Müəllif: huseynciyem | 11-02-2014, 08:03 | Baxılıb: 3 698


    Bəzi insanlar özləri də daxil olmaqla kainatda gördükləri hər şeyi mütləq varlıq zənn edirlər. Allahı isə bu mütləq varlıqları əhatəyə alan xəyal kimi təsəvvür edirlər. Allahı gözləri ilə görə bilmədikləri üçün "Yəqin ki, Allah bizim görə bilməyəcəyimiz bir yerdə, kosmosun və ya göylərin uzaq bir guşəsindədir” deyirlər. Bunların hamısı böyük bir qəflətdir. Çünki Allah sadəcə göylərdə deyil, hər yerdədir. Allah tək mütləq varlıq olaraq bütün kainatı, bütün insanları, yerləri, göyləri, bir sözlə, hər yeri əhatəyə alıb və Allah bütün kainatda təcəlli edir. 



    Yanınızda bir şəxs əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub qütbündə başqa bir insan da eyni şəkildə Allaha yönəlsə, Şimal qütbündə də bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı, Amerikadakı bir insan da həmçinin əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit yöndən bəhs etmək mümkün deyil. Unutmamalıyıq ki, Rəbbimiz zamandan və məkandan münəzzəhdir. Allahın təcəlliləri isə hər yerdədir. Bir insan otağa girib "Allah burada yoxdur” desə, Allahı inkar eləmiş olur. Allahın təcəllilləri o otaq da daxil olmaqla hər yerdədir. Siz hansı tərəfə çevrilsəniz, Allahın təcəllisi oradadır. 

    Allah hər yeri əhatəyə alıb, bizə şah damarımızdan da yaxındır. Hansı tərəfə çevrilsək, düşünərək qəlb gözü ilə baxsaq Allahın üzünü görərik. Eynilə Quran ayələrində deyildiyi kimi. ”Onun kürsüsü bütün göyləri və yeri əhatəyə almışdır”. "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.” (Nisa surəsi, 126) "...həqiqətən də, O, hər şeyi əhatə edir.” (Fussilət surəsi, 54). Quran ayələrinin bu qədər aydın şəkildə olmasına baxmayaraq, bəzi insanlar oxuyub təfəkkür etmək, qavramağa cəhd etmək əvəzinə, xurafatlarla, ya da öz xəyali fərziyyələri ilə kifayətlənirlər. 



    Elə bu mövzunu örnək götürək: Allahın hər yerdə olması bəzi adamları həqiqətən də narahat edir. Allahın göydə olmasını istəyirlər. Göyün bir yerində olmasını istəyirlər, göyün hər yerində deyil. Göyün sonsuz olduğunu düşünürlər, Allahın isə bu sonsuzluq içində hər hansı bir yerdə. Sonsuzluqla müqayisə edəndə isə hər hansı bir yerdə olan, nə qədər böyük olursa-olsun, bir həcm alan şey sonsuz kiçikdir. Əgər kainatın sonsuz olduğu düşünülürsə, Allahın da bu sonsuzluq içində bir yerdə dayandığı fərz edilirsə, (Allahı tənzih edirəm) deməli Uca Allahın kiçik olduğu düşünülür. Bu həqiqətən də Allaha qarşı tərbiyəsizlikdir, əxlaqsızlıqdır. 

    Bəzi adamlara Allah hər yerdədir deyəndə, "Əgər belədirsə, məsələn, Rəbbimiz otağın içindədirsə və bizim hər yerimizdədirsə, onda (Allahı tənzih edirəm) Allah oluruq” - deyə cavab verirlər. Biz Allahın Zatına ibadət etməliyik. Təcəllisi olmaq ayrıdır. Allahın zatı ayrıdır. Əlbəttə ki, biz Allahın təcəllisiyik və hər yerdə Allah var. Bizim bədənimizin içində də var. Uşaq vaxtları "hikmətli qocaların” Allah haqqında etdikləri söhbətlərdə tez-tez bu sualı eşidirdim: "Allahı necə sübut etmək olar? Sən televizor görüntüsünü göstərə bilirsən və ya radionun səsini göstərə bilirsən? Və ya ağlını göstərə bilirsən? Ağlını göstərə bilmirsənsə, deməli Allahı da göstərə bilməzsən" deyə açıqlayırdılar. Düzdür ki, Allah fiziki gözlə görünməz, maddi əllə də toxunulmazdır. Çünki məkanı və zamanı olan bir varlıq deyildir bizim kimi. Zamandan və məkandan kənardadır. Çünki zamanı, məkanı da özü yaradıb. Amma qəlb gözü ilə, Allahın isimlərini dərindən təfəkkür edərək Onun Uca Zatının möhtəşəm təcəllilərini hər yerdə görə bilərik. Təcəllilərini görərik və də üzərlərində yaradılış möcüzələri kimi dərin düşünərik, lakin ibadət təcəlliyə qətiyyən edilməz. İbadətə layiq olan Allahın Zatıdır...


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 12 Şubat 2014 13:14 | İstifadəçi | Şərh yazdı
    Cox maraqliydi.Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 11 Şubat 2014 17:17 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti və Bərəkəti üzərinizə olsun.Allah Razı olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 11 Şubat 2014 17:12 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH razi olsun bacim cox sagol dogru soze ne deyek  ALLAH her birimize yar ve yardimci olsun  her zaman dualarimizi ewidib qebul edsin qurban olaram goze gorunmeyen uca ALLAHIMA

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 11 Şubat 2014 09:36 | İstifadəçi | Şərh yazdı
    Beh beh ehsen ellerive sagliq

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.