![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Şubat 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Əmmamə qoymağın fəzilətləri haqqında
Başa əmmamə qoymaq Peyğəmbər (s)-ın sünətlərindən biridir.Yaxşı olar ki, əmmamənin bir ucu çənənin altından keçirilib çiyinə atılsın.
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir: "Əmmamə ərəbin tacıdır.Əgər onlar əmmamə qoymaqdan çəkinərlərsə, malik olduqları şərəf və izzətdən məhrum olarlar.”
İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Həzrəti Peyğəmbər (s) əmmaməsinin bir ucunu sinəsinə, o biri ucunu da çiyninə atardı.Cəddim Əli (ə) başına qoyduğu əmmaməni ilk dəfə Peyğəmbər (s) öz mübarək əlləri ilə bağladı və sonra buyurdu: And olsun Allaha! Sənin əmmamən mələklərin başlarına qoyduqları əmmaməyə bənzəyir.
İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bədr döyüşündə iştirak edən mələklərin başında ağ əmmaməsi var idi.Onlar Allahın əmri ilə cihad etdilər.”
"Fiqhur-Rza”da deyilir: "Yaxşı olar ki, insan əmmamə qoyduğu zaman bu duanı oxusun”
(Bismillahi Əllamummərfə zikri və əli şəni əizzəni bi izzətikə və əkrimni bi kərəmikə bəynə yədəykə və bəynə xəlfikə əllamummə təvvicni bi tacil kəraməti vəl izzi vəl qəbul.)
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: Camaat papaq və əmmamə qoymağı özlərinə ar bildikləri zaman zinakarların sayı çoxalar və pozğunluq adi hala çevrilər.
Əllamə Məclisi
Möminlərin zinəti
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









