"Mənim" dediklərimin...
Nə zamansa mənim əleyhimə şahadət verə biləcəklərini düşünərkən onlara yeni nəzərlərlə baxmağa başladım.
Mənim dediklərimin girovuna çevrildiyimi anladım.
Hər iki dünyada da mən onların girovu idim.
Bu dünyada bəzəyərək, düzəyərək, onlara gözəl görünüş verməyə çalışaraq...
Ömrümün yarsını bədənimi süsləməyə çalışmışdım...
Ayaqüstə olanda da, oturanda da, uzananda da Məni zikr edin deyirdi ALLAH...
Mən isə ALLAHı yalnız boş vaxtlarımda zikr edirdim.
Qalan saatlarımı cismimi süsləməklə keçirirdim.
Bədən üzvlərimin sünü bəzəyinə ayırdığım saatlar axirət günü mənim əleyhimə ifadə verdilər.
"İsraf etdiyim zaman" şahidləri oldu...
Deyəcək, müdafiə olunacaq söz tapmadım.
Sözüm də əleyhimə şahidlik edənlər arasında idi...
Mənim dediklərim qarşımda dayanaraq məni ittiham etdilər...
Onların girovundan xilas olmaq isə yalnız onlarla savab qazanmaqla mümkün imiş.
Heyf ki, gec anladım. Savabım günahımdan az olunca "mənimkilər" mənim olmadı. Mənə qarşı oldular.
Mənim dediklərimin heç biri mənim deyilmiş, mən onların girovu imişəm. Mən onların imişəm.
P.S. "Aldığımız nəfəsi də geri qaytarırıqsa, deməli bu dünyada heç bir şey bizim deyilmiş"...
Amma almağımızla qaytarmağımız arasında da böyük bir fərq var. Bunu da gec anladım.
Heyf...