Dəstəmazsız Quran oxumaq olar?
+10
Müəllif:
Sirli_melek | 7-02-2014, 20:26 | Baxılıb: 15 286
"Karvan" mütəxəssisi oxucu suallarını cavablandırıb
- Bəzi ailələr qızlarının nişanlısı ilə görüşməsinə nə imkan verir, nə də icazə. Buna necə baxırsınız?
Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də bizim baxışımız İslamın baxışına əsaslanır. Əgər qızla oğlan rəsmi nişanlıdırsa və aralarında şəri kəbin kəsilmişsə, onların görüşməsinə və əlaqə yaratmasına mane olmağın heç bir əsası yoxdur. Əslində, nişanlılıq mərhələsi cavanların bir-birlərini tanıması üçün ən gözəl fürsətdir. Onları bu fürsətdən məhrum etmək əvəzinə şərait yaratmaq lazımdır.
-Şəri kəbin kəsilmədən nişanlıların bir-birləri ilə ünsiyyət yaratmaları nə dərəcədə düzgündür?
Əgər nişan mərasimi baş tutmuşsa, demək razılıq əldə olunmuşdur. Valideynlərin şəri kəbinə mane olmaları cavanların harama düşməsinə zəmin yaradır. Müsəlman olaraq əksinə bu kimi məsələlərə diqqət yetirmək lazımdır.
-Bəzən məcburiyyət üzündən zöhr namazını əsr, şam namazını isə işa namazı ilə birlikdə qılmalı oluram. Amma bu namazları vacib niyyəti ilə qılıram. Bilmək istərdim qıldığım namazlar düzgündür? Və bir də bilmək istərdim namazları belə qıldıqda zöhr namazı ilə işa namazlarını qəza niyyəti ilə qılmalıyam?
-Zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirib bir yerdə qılmağın heç bir nöqsanı yoxdur. Bunun biz Peyğəmbər (s) sünnətində də şahidi oluruq. Vacib niyyəti ilə qılmaqda bunu düz edirsiniz. Qəzaya gəldikdə isə bu halda namazlar qəza olmur. Allah ibadətlərinizi qəbul etsin!
-Dəstəmazsız Quran tərcüməsini oxumaq olar?
-Bəli, olar. Dəstəmazsız Quranın orijinal nüsxəsini (ərəb dilində) də oxumaq olar. Bir şərtlə ki, yazısına əl vurulmasın.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.