» » Hamilə Qadının Qidalanması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hamilə Qadının Qidalanması
    Müəllif: Admin | 15-11-2013, 21:46 | Baxılıb: 0

    Hamilə Qadının Qidalanması

    Hamilə Qadının Qidalanması

    Məlum olsun ki, hamiləlik dövründə qidalanmanın keyfiyyəti körpənin sağlam doğulmasına, onun beyin hüceyrələrinin müsbət inkişafına öz təsirini göstərir.

    Müşahidələr zamanı məlum olmuşdur ki, hamilə qadınların bir çoxunda qan hüceyrələrinin yaranmasında lazımlı olan folikasit, körpənin fiziki, zehni inkişafında təsirli olan yod və sümüklərin inkişafında zəruri olan kalsium diqqətə alınası məsələlərdəndir.

    Eyni zamanda, hər il dünyada doğulan altı körpədən birinin 2,5 kq-dan az və vaxtından əvvəl doğulduğu qeydə alınmışdır. Bunun əsas səbəbi bu dövrdə ananın düzgün qidalanmamasıdır.

    Hamiləlik dövründə qadınların enerji və qidaya olan tələbatı artır. Bu ehtiyac ödənilmədiyi təqdirdə, körpənin inkişafı üçün lazım olan qida maddələri, ananın bədənində olan vitamin və proteinlərlə əvəz olunur. Yəni döl özünə lazım olan maddələri anadan alır. Bunun nəticəsində, anada müxtəlif növ xəstəliklər əmələ gəlir və bədənin infeksiyalara qarşı müqaviməti azalır. Belə hallar doğum riskini artıraraq, hamiləlik zəhərlənməsi və anaların ölümü kimi hallara səbəb ola bilər. Körpələrdə isə ölü doğulma və yaxud fiziki, zehni inkişafın geriləməsinə, xəstəliklərə qarşı bədənin müqavimətinin azalmasına gətirib çıxarır.

    Gördüyünüz kimi, qidalanma həm ana, həm də körpə üçün çox əhəmiyyətli məsələdir. Məlum olsun ki, hamiləliyin hansı ayında olmaqdan asılı olmayaraq, qidalanma məsələsinə riayət etmək gec deyildir. Hətta axır aylarda olsa belə, ana öz qidalanmasına diqqət yetirər, vitaminlərdən, dəmir və kalsiumdan istifadə edərsə, bu yenə də körpənin gələcəyi üçün çox önəmli olacaqdır. Buna görə də analar aşağıda oxuyacaqları tövsiyələrə qarşı çox diqqətli olmalıdırlar.

    Əziz xanımlar, gündəlik yediklərinizə hər gün ən azı 2 stəkan süd və ya qatıq əlavə etməlisiniz. Bundan əlavə, bir-iki kibrit qutusu ölçüsündə pendir yeməyiniz məsləhətlidir. Çiy süd və ondan hazırlanan pendirlərdə zərərli mikroblar mövcud olduğundan, pasterizə edilmiş (qablaşdırılmış) süd və pendirlərdən istifadə edin. Eyni zamanda, gündəlik yeməyinizdən əlavə, bir ədəd yumurta və ya heç olmazsa, yumurta böyüklüyündə ət, balıq, mərci və ya noxudlu şorbalardan istifadəyə diqqət etmək lazımdır.

    Vitaminlərlə zəngin olan təzə göy-göyərti və meyvələrdən hər gün davamlı olaraq istifadə etməyin.

    Çalışın ki, az-az, amma tez-tez yeyəsiniz. Belə olduqda, yemək tez həzm olur və nəticədə, bağırsaqlarda tıxanma yaratmır.

    Müqəddəs İslam dini bu məsələnin də üzərindən sadəliklə ötüb keçməmiş, ananın nələrlə və necə qidalanması barədə öz qiymətli tövsiyələrini vermişdir. Hətta oruc tutmağın vacib olduğu bir ayda-mübarək Ramazan ayında hamilə və süd verən qadınlara oruc tutmağın zərər verə biləcəyi təqdirdə onlara oruc tutmaq vacib edilməmiş, sonrakı illərdə həmin orucun qəzaları vacib bilinmişdir. İndi isə, gəlin məsumların (ə) tövsiyələrinə qulaq asaq:

    Bal: Həzrət Peyğəmbərimiz (s) buyurub: “Sizə iki şəfa verən şeyi tövsiyə edirəm: Quran, bir də bal”.

    Yenə o Həzrət (s) buyurub: “Kim öz yaddaşını gücləndirmək istəyirsə, bal yesin”.

    Bal haqqında belə hədislər çoxdur. Balın faydaları demək olar ki, heç kəsə gizli deyil. Balın tərkibində çoxlu vitaminlər, duz və mineral maddələr mövcuddur. Hamilə qadınlar yaxşı olar ki, balı südlə qarışdırıb içsinlər. Bunun həm onlara, həm də körpələrinə çoxlu faydaları vardır.

    Xurma: Xurma Allah-taalanın Qurani-kərimdə adını çəkdiyi meyvələrdəndir.

    Əli (ə) buyurur: “Xurma yeyin. Onda çox dərdlərin şəfası var. Hamilə qadının doğum ayında ona xurma versəniz, dünyaya gətirdiyi uşaq dözümlü və təqvalı olar".

    * Hamiləliyin birinci ayında hər gün iki ədəd xurmaya “Qədr” surəsini oxuyub acqarına yeyin.

    * Hər gün bir neçə xurmanı süd ilə bərabər yeyin.

    İnnab: İnnab yemək çox faydalıdır. Buna görə də ikinci ayda hər gün iki ədəd innaba "Tövhid" surəsini oxuyub acqarına yemək məsləhətdir.

    Alma: “Tibbül-Əimmə” kitabında İmam Sadiqdən (ə) belə nəql olunub: “Əgər camaat almada gizlənmiş xüsusiyyətlərdən xəbərdar olsaydı, xəstələrini ondan başqa şeylə müalicə etməzdi”.

    * Alma ürək xəstəliyi üçün ən yaxşı dərmandır.

    * Hamilə qadınlar (9 ay müddətində) 40 ədəd almaya 40 dəfə “Yusif” surəsini oxuyub yesinlər.

             * Hamiləliyin üçüncü ayında hər gün bir almaya “Ayətəl-kürsü” oxuyub ac qarına yemək lazımdır.

    * Almanın tərkibində dəmir, C vitamini və mineral maddələr mövcuddur.

    Əncir: Hamilə qadınlara faydalı olan meyvələrdən biri də əncirdir. Qış aylarında hamiləlik keçirən xanımlar onun qurusundan istifadə edə bilərlər.

    İmam Rza (ə) buyurub: “Əncir ağızdan gələn pis iyi aparır, sümüyü bərkidir və ağrıları aparır. Artıq həmin xəstəlikləri müalicə etməyə ehtiyac qalmır”.

    Əli (ə) buyurub: "Əncir yeyin ki, (burun xəstəliyi olanlarda) burunu yumşaldır. O, qulunc xəstəliyinə qarşı xeyirlidir. Gündüzlər onu çoxlu, gecələr isə az yeyin”.

    * Dördüncü ayda hər gün iki ədəd quru əncirə “Tin” surəsini oxuyub yeyin.

    Yumurta: Yumurta, çoxlu vitaminlərlə zəngin olan qida məhsuludur. Onda B6, E və D vitaminləri mövcuddur ki, bu da inkişaf etməkdə olan körpə üçün çox zəruridir. Buna görə də hamiləliyin beşinci ayından etibarən hər gün bir ədəd yumurtaya "Fatihə" surəsini oxuyub acqarına yemək məsləhətdir.

    Nar: Əziz Peyğəmbərimiz (s) buyurub: "Nar meyvələrin başıdır".

    İmam Sadiq (ə) buyurub: "Hər kəs narı yatmazdan əvvəl yeyərsə, səhərə qədər narahatedici şeylərdən amanda qalar".

    * Hamilə qadın (9 ay boyu) 40 gün 40 ədəd nara "Yasin" surəsini oxuyub yesin.

    * Narı yeyərkən içindəki pərdəni də yemək məsləhətdir. Belə ki, bir nəfər İmam Sadiqin (ə) yanına gələrək ürək və mədəsindən şikayət edərkən, İmam (ə) ona buyurmuşdur: “Şirin narı içindəki pərdə ilə bərabər ye. Çünki nar mədəni gücləndirir, həzmi yaxşılaşdırır və qarını rahatlayır”.

    * Altıncı ayda hər gün bir ədəd nara ”Fəth” surəsini oxuyub yeyin.

    * Səkkicinci ayda cümə günləri şirin nar yemək məsləhətdir.

    Heyva: Peyğəmbərimiz (s) buyurub: "Hamilə qadınlarınıza heyva yedirdin. Çünki heyva dünyaya gələcək övladın əxlaqını gözəlləşdirir".

    Yenə o həzrət (s) buyurur: “Sizə heyva yeməyi tövsiyə edirəm. Çünki heyva ağlı artırır”.

    İmam Sadiq (ə) buyurub: "Hamilə qadın heyva yeməlidir ki, uşağı xoş ətirli və açıq rəngli olsun".

    * Hamilə qadının yeddinci aydan etibarən hər gün bir ədəd heyvaya "Yasin" surəsini oxuyaraq acqarına yeməsi məsləhətdir.

    Süd: Məsumların (ə) təkid etdiyi qida məhsullarından biri də süddür. İmam Həsən (ə) buyurub ki, babası həzrət Məhəmməd (s) südü çox xoşlayırmış və həmişə süd içəndə buyurarmış: "Ey mənim Allahım, onu bizə mübarək qıl və onu bizə artır".

    Həzrət Əli (ə) buyurub: “Üç şey vardır ki, yaddaşı artırar və bəlğəmi aparar: Quran oxumaq, bal və süd”.

    Südün tərkibində B və D vitaminləri, kalsium, protein və bir çox faydalı maddələr mövcuddur. Hamilə xanım körpəsinin sağlamlığı, sümük və sinir sisteminin düzgün formalaşmasını təmin etmək üçün süddən çox istifadə etməlidir.

    Hamilə qadın bilməlidir ki, Allah-taalanın yaratdığı bütün nemətlər gözəldir. Bu yaradılmış qida növlərinin hər birində körpəyə lazım olan vitaminlər, zülal və minerallar mövcuddur. Məsumlardan (ə) kudu, tərəvəz, innab, zeytun, mərci, fındıq, qoz, püstə, badam və bir çox qida növləri haqqında hədislər gəlib bizə çatmışdır. Elm də sonralar bu qida maddələrində olan vitaminləri və onların faydalarını aşkarlamışdır. Hər bir qidanın özünəxas olan vitaminləri var. Buna görə də əziz xanımlar imkan həddində yediklərinin rəngarəngliyi və keyfiyyətinə diqqət etməlidirlər.

    * Doqquzuncu aydan etibarən hər gün südə "İnsan" surəsini oxuyaraq acqarına içmək, həmçinin xurmaya oxuyaraq yemək məsləhətdir.

    Armud: Armud bir çox vitaminlərlə zəngindir. Armud hamilə qadınlara çox faydalıdır.

    Əli (ə) buyurur: "Armud yeyin, armud qəlbi cilalayır".

    Bir başqa hədisdə isə buyurur: "Armud qəlbə saflıq gətirir, daxildə olan ağrıları Allahın iznilə sakitləşdirir”.

    Kündür saqqızı: Kündür saqqızı çeynəmək hamilə qadınlara çox faydalıdır.

    "Sağlam və Saleh Övlad" kitabından parlayangünəş nəşriyyatı

     
     
    Bölmə: Xanımlar üçün
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Intizar | Status: İstifadəçi Offline | 11 Şubat 2015 17:01 | İstifadəçi | Şərh yazdı
    Çox sağolun.Birşeyi başa düşmedim kundur saqqızı ne demekdi?
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.