İki yoldaş səhrada gedirdilər. Səfər əsnasında bir mübahisə yaşandı və
yoldaşlardan biri o birinə yumruq atdı. Yumruğu yeyən adamın canı ağrıdı
amma heç bir şey söyləmədən əyildi və quma belə yazdı: "Bugün ən yaxşı
yoldaşım mənə yumruq atdı."
İki yoldaş bir vahəyə gələnə qədər
getməyə davam etdilər və vahəyə gəlincə də suya girməyə qərar verdilər.
Yumruğu yeyən adam bataqlığa batdı və xilas olmaq üçün çırpınmağa
başladı. Yoldaşı onu qolundan çəkərək batdığı yerdən çıxardı və həyatını
qurtardı. Yumruğu yeyən adam boğulmaqdan xilas olduqdan sonra bir daşa
belə yazdı:
"Bu gün ən yaxşı yoldaşım həyatımı qurtardı."
Yumruğu atan və yoldaşının həyatını qurtaran adam bu hadisə qarşısında çox çaşdı və yoldaşına soruşdu:
"Canını ağrıtdığımda quma yazdın niyə indi daşa?"
Yumruğu yeyən adam bu sualı belə cavabladı:
"Biri
canımızı yandırdığında quma yazmalıyıq ki, bağışlama küləyi silə
bilsin. Amma biri bizim üçün yaxşı bir şey etsə daşa cızmalıyıq ki, heç
bir külək silə bilməsin."
İncimələrimizi quma, yaxşılıqlarımızı qayaya yazmağı öyrənək.