İnsan ömrü Azanla Namaz arasında olur
Göl kənarında yaşlı bir adam axan suya baxırdı.Gənc adam ona yaxınlaşıb: “Əmi,çox fikirlisən,nəyə baxırsan elə?” – deyə soruşunca,qoca baba içini çəkərək: “Axan ömrümə baxıram”-dedi.
Gənc adam bəmbəyaz saqqallı,nur üzlü yaşlıdan maraqla soruşdu: “Bir insan ömrü nə qədər olur ki?”
Yaşlı adam şirin bir gülümsəmə ilə: “Azanla namaz arası qədər” deyincə, o özünü saxlaya bilməyib həyəcanla: “Necə yəni? Ömür bu qədər qısadırmı?” – deyə soruşur.
Qoca baba: “Bəli,ömür namazsız azanla azansız namaz arası qədərdir”.Gənc adamın təəccüblü baxışlarını görüncə,qoca baba izah etməyə başladı: “Dünyaya bir körpə gələndə onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı.O azan “Namazsız azan”dır.
İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur.O da “Azansız namaz”dır.Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına”...
Bax, ey insan! Doğuldun,amma,bir gün öləcəksən,ömür dediyin nədir ki? Tez qurtarar.Vaxtını boşa ziyan etmə,həyatını yaxşı dəyərləndir.Ömrünü dolu-dolu,doya-doya yaşa,bir nəfəsini belə boş buraxma