Döymələr yazılır gəncin qolunda
Mələksə gunahı yazır solunda
Hec qurban kəsmirik Allah yolunda
Tələbə olmaq üçün qurban deyirik
Niyə özümüzə insan deyirik?
Biz lağa qoyuruq tənha yalqızı
Agıza alırıq mincür saqqızı
Dərsə buraxmırıq Hicablı qızı
Amma danışanda vicdan deyirik
Niyə özümüzə insan deyirik?
Məkkəyə getmirik-gedirik aya
Dincəlmək gözüylə baxırıq yaya
Kobud davranırıq ata-anaya
Amma sevgiliyə ay can deyirik
Niyə özümüzə insan deyirik?