Allah (c.c) Sonsuz Gözəldir. Bütün gözəlliklər Onun, bütün gözəlliklər Ondadır. Peyğımbər Əfəndimiz (s.) isə yaradılmışların ən gözəlidir.
Kainat Allah`ın bir fabrikidir. Allah (c.c) insanları yesinlər, yatsınlar, əylənsinlər deyə yaratmamışdır.
Allah (c.c) mülkündə Onun verdikləri ilə yaşayan insanın Rəbbini tanımağa, dininə xidmət etməyə vaxtınının olmadığını deməsi əbəsdir.
İbadət Allah`ın (c.c) bizə verdiyi sonsuz sayda nemətlərə görə kiçik bir təşəkkürdür.
İnsan hər nəfəs alıb-verişində ölümdən xilas olduğu üçün şükür etsə və səcdəyə getsə,yenə də bunun əvəzini ödəyə bilməz.
Namaz Allah`ın bizə sonsuz sayda hədiyyələr vermək üçün bəhanəsidir. Namaz qılmaqla bu hədiyyələrə layiq olur, Onun sarayına girməzdən əvvəl paklanırıq.