Yarəbbi, gümanım yox
+5
Müəllif:
Sirli_melek | 20-01-2014, 08:38 | Baxılıb: 1 149
Aldı əlimdən səbri qərarı qeyrilər
Məni də öz nəfsimə möhtac etdilər.
Üzüb məni,günahı da məndə gördülər
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.
Gözüm dolur,göz yaşımı silən yox
Nəyim olmasa da,gözüm olur həmişə tox.
Yaşayıram şükr edirəm daha çox
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.
Deyirlər qəmini heç kimə demə
Yaşayıram pis, yaxşı olsam da necə.
Keçir ömrüm bir qaranlıq gecədə
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox.
Utanmıram köhnə paltar geyinsəm də əynimə
Libasım təqvalıq olsun, güvənim əməlimə.
Qapılmışam öz hissimə, kimsə dözməz dərdimə
Yarəbbi, Səndən savayı kimsəyə gümanım yox
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.