"Ənam” surəsi (47-48)
47. قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلاَّ الْقَوْمُ الظَّالِمُونَ
"De ki, əgər Allahın əzabı gizli və ya aşkar şəkildə sorağınıza gəlsə (nə edəcəksiniz?) Məgər zalım qövmlərdən qeyrisimi həlak olar?”
Bəlkə də "bəğtət” gecə yuxusu, "cəhrət” gündüz iş zamanını bildirir. "Bəğtət” sözü "Yunus” surəsinin 24-cü ayəsində olduğu kimi müqəddiməsiz əzaba da işarə ola bilər. Həmin ayəyə əsasən, "cəhrət” sözü əsərləri ilk gündən görünən əzabdır. Buna misal olaraq Ad qövmünün başı üzərindəki təhlükəli buludları göstərmək olar. Digər ayələrdə də bu nöqtələrə toxunulmuşdur.
Sual: Ayədə yalnız zalımların ilahi əzabla həlak olacaqları bildirilir. Amma başqa ayələrdə (məsələn, "Ənfal”, 25) əzab şöləsinin hamını bürüyəcəyi bəyan olunur. Bu, ziddiyyət deyilmi?
Cavab: "Təfsire-Kəbire-Fəxr Razidə” və "Məcməül-bəyan” təfsirində bildirilir ki, hər fitnə həlak olmaq deyil. Acı hadisələrdə zalımların sorağına gələn hər şey fəlakət və qəzəbdir. Möminlərin sorağına gələn isə imtahan və inkişaf amili sayılmalıdır.
1. Peyğəmbərə əmr olunmuşdu ki, vicdanları oyatmaq üçün sorğu-sualdan istifadə etsin.
2. Özbaşınalığınız və Allahın verdiyi möhlətlə qürrələnməyin. Allahın əzabı qəfildən gələ bilər.
3. Allahın əzabı gələn vaxt bədbəxtlik qaçılmazdır. İnsan nə özü, nə də başqaları bu bədbəxtliyin qarşısını ala bilər.
4. İlahi cəzaların səbəbi xalqa olunan zülmdür və bu cəzalar ədalətlidir.
5. Peyğəmbərlərin dəvətindən boyun qaçırmaq zülmdür.
48. وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلاَّ مُبَشِّرِينَ وَمُنذِرِينَ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
Biz peyğəmbərləri yalnız müjdə verən və qorxudan ünvanı ilə göndəririk. Belə ki, iman gətirib islah olanlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti