Əli (ə) rahətlənən gündür
Bu gün mövlalərə mövla – Əli zərbətlənən gündür!
Namaz vaxtın ədu (lən) ” fürsət” bilib cürətlənən gündür.
Mübarək ayda vəd oldu şəhadət Şahi-mərdançun,
Peyəmbərdən hədislə öncədən qüvvətlənən gündür.
Rəsulullahla Zəhrayə qovuşdu Allahın şiri,
Ürəklərdə qəm üstə qəm gələn – şiddətlənən gündür.
Şəqi – bədbəxtlərin bədbəxti bir cürət edibdir ki,
Bu cürətdən şüca-əhli coşan, hiddətlənən gündür.
Əlinin bir ömür rəftarı heyrətdə qoyub xəlqi,
Əlinin son günü məxluq yenə heyrətlənən gündür.
Əlini kim sevər – mömin, münafiqlərsə, sevməzlər,
Səbəbdir ki, Əli düşmənləri lənətlənən gündür!
Diliylə rahət oldum: - söyləyib Şahi vila, ey dil,
Bu dünyanın cəfasından Əli rahətlənən gündür!
Müəllif:Şahin Qurbanov