"Ali-İmran” surəsi (147-148)
147. وَمَا كَانَ قَوْلَهُمْ إِلاَّ أَن قَالُواْ ربَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
1. Döyüşdə məğlubiyyət amillərindən biri günah və israfdır. İxlaslı mücahidlər tövbə etməklə bu maneələri aradan qaldırırlar.
2. Öz məğlubiyyətinizi qəzavü-qədər və ya başqalarının günahı ilə əlaqələndirməyin. Öz qüsurlarınıza və təqsirlərinizə də nəzər salın.
3. Əvvəlcə tövbə, sonra isə qələbə, əvvəlcə bağışlanma istəyin, sonra qələbə diləyin.
4. Düşmən qarşısında təslim olmaq əvəzinə Allah hüzurunda bəndəliyinizi izhar edin.
5. Cihad və döyüş səhnələri insanı dua və tövbəyə sövq edir.
6. İlahi insanlar küfrü aradan qaldırmaq üçün Allahdan yardım diləyirlər. Onların məqsədi iftixar qazanmaq deyil.
7. Sayınızın çoxluğuna yox, ilahi lütfə arxalanın.
148. فَآتَاهُمُ اللّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الآخِرَةِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ
"Allah onlara dünya mükafatı və üstün axirət mükafatı əta etdi. Allah xeyir əməl sahiblərini sevir.”
Bəlkə də mücahidlərin dünyəvi mükafatı dedikdə onların sabitqədəmliyi və qələbəsi, axirət savabı dedikdə isə onların günahlarının bağışlanması nəzərdə tutulur.
1. Dünyəvi mükafatlarla axirət mükafatları arasında böyük fərq var.
Dünya bəhrələri arasında acılıqlar da olur. Axirət mükafatı isə başdan-başa xeyirdir.
2. Dua, cihad, səbir, tövbə, Allaha iman və təvəkkül Allah sevgisi amillərindəndir. Əvvəlki ayələrdə bu mövzuya toxunuldu.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti