"Ali-İmran” surəsi (105-106)
105. وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ
"Aydın dəlil gəldikdən sonra da ixtilaf salıb pərakəndə düşənlər kimi olmayın. Onlar üçün böyük əzab var.”
1. Qədim ixtilafların acı tarixindən ibrət götürək.
2. İxtilafı təkcə cəhalət törətmir. Həvəslər də ixtilaf alovunu qızışdırır.
3. İxtilaf və təfriqə sizin dünyəvi qüdrətinizi süquta uğratmaqdan əlavə, qiyamətdə də cəhənnəm əzabına səbəb olur.
106. يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
"(Qiyamət) bir gündür ki, bəzi üzlər ağ, bəzi üzlər qara olar. Üzü qaralanlardan (soruşular:) İman gətirdikdən sonra küfr etdinizmi? Onda öz küfrünüzə görə ilahi əzabı dadın.”
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti