Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Peyğəmbər (s)-ın dostlarının döyülüb təhqir olunması
Qiyamın amillərindən biri, Rəsuli-Əkrəm (s)-in yaxın səhabələri və dostlarına qarşı edilən hörmətsizlik idi. Bu iş də Osmanın özünün, yaxud onun təyin etdiyi adamların vasitəsi ilə yerinə yetirilirdi. Bu barədə iki nümunə qeyd etməklə kifayətlənirik:
1.Əbdüllah ibni Məsudun döyülüb təhqir olunması
Peyğəmbər (s)-in böyük səhabələrindən biri olan Əbdüllah ibni Məsud islam aləmində çox böyük bir məqama malik idi. Səhabələr barəsində yazılan kitablarda qeyd olunur ki, o güclü və möhkəm imana malik idi, Quranı öyrətməklə islami təlimlərin yayılmasına çalışırdı.("Istiab", 1-ci cild, səh.373; "Əl-Isabə", 2-ci cild, səh.369; "Usdul-ğabə" )
O öz qanı bahasına Quranı Məscidül-həramda, Qüreyşin yığıncağının yaxınlığında uca səslə tilavət etməyə, Allah kəlamını Qüreyş qansızlarının qulağına çatdırmağa hazır olan ilk şəxsdir. Belə ki, günorta çağı, Qüreyş başçıları bir yerə yığışıb müzakirəyə məşğul ikən gözlənilmədən Əbdüllah "Məqami-Ibrahim"in qarşısında dayanıb "Ər-Rəhman" surəsinin ilk ayələrini uca səslə oxudu. Qüreyş başçıları bir-birinə baxıb təəccüblə dedilər: "Ibni Ümmü Əbd nə deyir?" Biri dedi:–"Məhəmmədə nazil olan Quranı oxuyur!" Bu vaxt hamılıqla ayağa qalxıb Əbdüllahı döyüb-söyməklə, üzünə sillə vurmaqla səsini kəsdilər. Əbdüllah üz-gözündən qan axan halda dostlarına tərəf qayıtdı. Ona dedilər: "Biz elə buna görə sənin bu işindən qorxurduq!" Əbdüllah cavab verdi: "Mənim nəzərimdə Allah düşmənləri heç vaxt bu günkü kimi zəlil və xar olmamışdılar. Əgər istəyirsinizsə, sabah da bu işi təkrar edərəm!" Dedilər: "Onların eşitmək istəmədikləri şeylərdən elə bu qədər eşitmələri kifayətdir."("Siyrə" (Ibni Hişam), 1-ci cild, səh.337 )
Bu, böyük bir səhabənin həyatında olan qızıl səhifələrdən biridir. O elə cavanlığının əvvəllərindən etibarən ömrünü tövhidə dəvət etmək, müsəlmanlara Quran öyrətməyə sərf etmişdi. O aşağıdakı ayənin şamil olduğu altı nəfərdən biridir:("Təfsiri-Təbəri", 7-ci cild, səh128; "Müstədrək" (Hakim Nişapuri), 3-cü cild, səh.319 ) "Gecə-gündüz öz Rəblərini çağırıb Ondan başqa heç kimi istəməyənləri özündən uzaqlaşdırma, onların hesablarından sənin üçün və sənin hesabından onlar üçün bir şey yoxdur. Əgər onları qovsan, zülmkarlardan olarsan."("Ənam" surəsi, ayə:52 )
Əbdüllahın tərifində deyiləsi sözlər daha çoxdur və hamısı burada nəql oluna bilməz. Belə bir mömin və fəal səhabəyə qarşı Kufə valisi Vəlidin qanunsuz və şəriətə zidd olan istəklərinə boyun əyməməsinə görə təqsirləndirilərək necə kobud və pis rəftar olunduğunu qeyd etmək yerinə düşərdi. Səd Vəqqas Kufənin valisi idi. Osman onu vəzifədən götrüb öz süd qardaşı Vəlidi onun yerinə qoydu. Vəlid Kufəyə gəldikdən sonra beytül-malı öz ixtiyarına keçirtmək istədi. Onun açarları Əbdüllah ibni Məsudda idi və o, açarları təhvil vermək istəmədi. Vəlid hadisəni Osmana xəbər verdi. Osman Əbdüllah ibni Məsuda bir məktub yazdı və beytül-malın açarlarını Vəlidə təhvil vermək istəmədiyi üçün onu danladı. Əbdüllah xəlifənin göstərdiyi təzyiq nəticəsində açarları hakimə tərəf tulladı və dedi:–Gör nə gündür ki, Səd Vəqqas işdən götürülür və onun yerinə Vəlid təyin olunur! Ən doğru söz Allah kəlamı, ən gözəl yol göstərən Məhəmməd (s)-in hidayəti, işlərin ən pisi isə onların ən təzəsidir ki, islam onların barəsində hökm verməmişdir. Şəri əsası olmayan hər şey bidət, hər bidət zəlalət, hər zəlalət də oddadır!
Əbdüllah bu sözləri dedikdən sonra (Osman onu öz yanına çağırdığı üçün) Mədinəyə yola düşdü. Kufə əhalisi onun ətrafına yığışdı və ona kömək etmək vədəsi verdilər. Bəziləri də bu işdə onlara kömək etdilər. O dedi: "Mən bir haqq olaraq xəlifəyə itaət etməliyəm, mən fitnə qapısını açan ilk şəxs olmaq istəmirəm."
O, Mədinəyə daxil olub birbaşa məscidə getdi və gördü ki, xəlifə minbərdə danışır. Bilazəri yazır: "Osmanın gözü Əbdüllah ibni Məsuda sataşanda camaata dedi:–"Camaat, elə indicə pis iyli, kiçik bir heyvan sizin içinizə daxil oldu. O elə bir canlıdır ki, öz xörəyi üstündə yeriyir və qusub onu bulaşdırır."
Əbdüllah bu sözləri eşitcək dedi:–"Mən elə deyiləm. Mən Peyğəmbər (s)-in səhabəsi, Bədr döyüşünün cəngavəri və "Beyətür-rizvan"da beyət edən şəxsəm."
Bu vaxt Ayişə öz hücrəsindən qışqırıb dedi:–"Osman! Peyğəmbər səhabəsinə nə üçün elə sözlər deyirsən?!"
Bu zaman çaxnaşma başlandı. Bu qalmaqalı yatırtmaq üçün xəlifənin əmri ilə Əbdüllahı darta-darta məsciddən çıxartdılar. Ibni Zəmə onu yerə vurdu. Sonra Osmanın qulamı onu qaldırıb bərkdən yerə elə çırpdı ki, qabırğaları sındı. Bu vaxt Əli (ə) etiraz edərək dedi:–"Vəlidin yaxdığı iftira ilə Peyğəmbər (s) səhabəsinə belə işkəncə verirsən?!" Imam (ə) Əbdüllahı öz evinə apardı, lakin xəlifə ona Mədinədən çıxmaq icazəsi vermədi. Nəticədə o, 32-ci hicri ilinə (Osmanın qətlindən üç il əvvələ) qədər Mədinədə qaldı və sonra vəfat etdi.("Hilyətul-övliya", 1-ci cild, səh138 )
Əbdüllah ibni Məsud xəstələnib yorğan-döşəyə düşəndə dost-tanışları onun görüşünə gedirdilər. Bir gün Osman da onun görüşünə gəlmişdi. Osmanla onun arasında aşağıdakı söhbət oldu:
Osman:–Nədən nigaransan?
Əbdüllah:–Günahlarımdan.
Osman: Nə istəyirsən?
Əbdüllah:–Allahın geniş rəhmətini.
Osman:–Həkim çağırımmı?
Əbdüllah:–Həqiqi həkim məni xəstə etmişdir.
Osman:–Hökm verimmi ki, sənin keçmiş maaşlarını versinlər? (Iki il idi ki, onun maaşı kəsilmişdi).
Əbdüllah:–Ehtiyacım olan vaxt vermədin, indi ki, ehtiyacım yoxdur, verirsən?!
Osman:–Övladlarına və yaxın adamlarına çatar.
Əbdüllah:–Allah onlara ruzi verər.
Osman:–Allahdan mənim bağışlanmağımı istə.
Əbdüllah:–Allahdan istəyirəm ki, mənim haqqımı səndən alsın.
Əbdüllah ölüm əlamətlərini özündə hiss etdikdə Əmmara (başqa rəvayətə görə Zübeyrə) vəsiyyət etdi ki, Osmanın ona cənazə namazı qılmasına icazə verməsin. Buna görə də gecə ikən ona namaz qılıb torpağa tapşırdılar. Osman hadisədən xəbər tutduqda Əmmarı çağırıb "nə üçün onu Əbdüllahın vəfatından xəbərdar etməyibdir?"–deyə soruşduqda Əmmar dedi:–"O vəsiyyət etmişdi ki, sən ona namaz qılmayasan." Zübeyr Osmanla Əmmarın söhbətini eşidəndən sonra bu şeri oxudu:
"Səni görürəm ki, ölümümdən sonra mənim üçün nalə edirsən.
Halbuki diriliyimdə mənim haqqımı vermədin!"
Böyük Quran qarilərindən biri olan hörmətli səhabəyə qarşı belə zalımcasına rəftar sözsüz ki, cavabsız qalmayacaqdı. Əli (ə) onun barəsində buyururdu: "Quranı və sünnəni öyrəndi və axıra çatdırdı. Onun üçün elə bu elm kifayət edər." Əgər xilafət aparatında belə bir qanunsuz əməl olsa, fikirlərdə intiqam hissi ilə yanaşı olan bədbinlik vücuda gələcəkdir. Belə işlərin təkrar olunması dövrün hökuməti əleyhinə qiyam və inqilab fikrini xatirələrdə canlandırır və olmamalı şeylər olur.("Tarixi Ibni Kəsir", 7-ci cild, səh163; "Əl-ənsab", 5-ci cild, səh.63 )
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |