Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İslamın beytül-mal barəsindəki nəzəri
Hər əməl bir növ əqidə və nəzərdən xəbər verir. Xəlifənin əməli göstərirdi ki, o özünü şəxsən beytül-malın sahibi hesab edir və bu bəxşişləri bir növ sileyi-rəhim və qohumlarına xidmət etmək kimi qələmə verir.
Indi isə beytül-malın barəsində–istər müharibə qənimətləri və zəkat olsun, istərsə də müsəlmanların digər ümumi sərvətləri–islamın nəzərinin nə olduğunu araşdırırıq. Burada Peyğəmbəri-Əkrəm (s)-in və Əmirəl-möminin Əli (ə)-ın nəzərini onların sözlərindən bir neçə nümunə gətirməklə əks etdiririk:
1. Peyğəmbəri-Əkrəm (s) qənimətlər barəsində belə buyurmuşdur: "Onun beşdən biri Allahın, beşdə dörd hissəsi isə qoşunundur." Aydındır ki, Allahın heç nəyə ehtiyacı yoxdur. Özünə pay götürməkdə məqsəd budur ki, onun beşdə biri Allahın razılığı olan işlərə sərf olunmalıdır.(Yenə orada )
2. Peyğəmbəri-Əkrəm (s) Məaz ibni Cəbəli Yəmənə göndərəndə ona göstəriş verdi ki, camaata belə desin: "Allah zəkatı sizə vacib etmişdir. (Bu,) Sizin varlılarınızdan alınıb, ehtiyaclı olanlarınıza (fəqirlərinizə) verilir."("Əl-əmval", səh.580 )
3. Əmirəl-möminin Əli (ə) Məkkəyə təyin etdiyi valiyə yazdı: "Sənin yanında yığılan Allah malına nəzarət et, onu fəqir və və əhli-əyallı olanlara ver. Ehtiyatlı ol ki, mütləq fəqir və ehtiyaclı olan şəxslərə verəsən." Tarixdə yazmışlar ki, iki qadın (biri ərəb, digəri isə azad olunmuş kəniz) Əmirəl-möminin Əli (ə)-ın yanına gəlib ehtiyaclı olduğunu dedilər. Imam hər ikisinə 40 dirhəmdən əlavə, müəyyən qədər də ərzaq verdi. Ərəb olmayan qadın payını alıb getdi, lakin ərəb qadın özünün cahiliyyət dövrünə məxsus olan fikirləri əsasında Imam (ə)-a dedi:–Mən ərəb olduğum halda mənə də qeyri-ərəbə verdiyin qədər pay verirsən?!
Imam (ə) cavabında buyurdu:–Mən Allahın Kitabında Ishaq övladlarına nisbətən islam övladları üçün heç bir imtiyaz görmürəm.("Nəhcül-bəlağə", 67-ci məktub )
Bu kimi aşkar və ilahi hökmlərin olmasına, həmçinin birinci və ikinci xəlifənin seçdiyi üslubların üçüncü xəlifənin yolundan fərqli olmasına baxmayaraq, Osmanın az müddətli xilafəti dövründə bu kimi "ehsan" və "bəxşişlər" çox idi, bunları heç cür və heç nə ilə əsaslandırmaq olmaz. Hətta əgər xəlifə özünün "Hatəm ehsanları"nı islamda parlaq keçmişə malik olan saleh insan üçün etsəydi bu qədər etirazlara məruz qalmazdı, lakin çox təəssüflər olsun ki, onun "mərhəmət" və "kərəm" adı altında ehsan etdiyi şəxslərin islamda heç bir fəzilətləri yox idi. Mərvan ibni Həkəm Əmirəl-möminin Əli (ə)-ın ən qəddar düşmənlərindən biri idi. O özünün Əli (ə)-la beyətini pozanda və Cəməl müharibəsində əsir düşəndə Hüseyn (ə)-ın vasitəçiliyi ilə azad olundu. Imam (ə)-ın övladları ona "Mərvan səninlə bir daha beyət edəcək"–deyəndə, Imam (ə) buyurdu: "Onun beyətinə mənim ehtiyacım yoxdur. Məgər Osmanın qətlindən sonra mənimlə beyət etmədimi?! Onun beyəti məkr, hiylə və əhd pozmaqla məşhur olan bir yəhudinin beyəti kimidir. Əgər öz əli ilə beyət etsə, sabah onu məkr və hiylə ilə pozacaq... O, dörd oğlanın atasıdır, islam ümməti ondan və onun övladlarından qanlı günlər görəcək."("Sünəni-Beyhəqi", 6-cı cild, səh.348)
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |