Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Beytül-malın Bəni-Üməyyə arasında bölüşdürülməsi
Peyğəmbər (s)-in canişinliyi və xilafət məqamı çox yüksək və müqəddəs bir məqamdır, belə ki, müsəlmanlar onu nübüvvətdən sonra ən möhtərəm bir məqam hesab edirlər. Onların xilafət məsələsində və həmçinin xəlifənin Allah tərəfindən təyin olunması, yoxsa camaat tərəfindən seçilməsi məsələsində olan ixtilafları xilafət məqamına hörmət qoymalarına mane ola bilməzdi. Məhz xilafət məqamına edilən hörmətə görə Əmirəl-möminin Əli (ə) camaatın bir nümayəndəsi kimi üçüncü xəlifəyə dedi: "Səni and verirəm Allaha, məbada bu ümmətin öldürüləcək rəhbəri olasan! Çünki verilən xəbərlərə görə, bu ümmətdə elə bir rəhbər öldürüləcəkdir ki, onun qətli qiyamətə kimi davam edən bir qırğının başlanğıcı olacaqdır."("Nəhcül-bəlağə"nin şərhi (Əbdüh), 159-cu xütbə )
Islam xəlifəsinin mühacir, ənsar və digər müsəlmanlar arasında olan yüksək məqam və mövqeyinə baxmayaraq islamın görkəmli şəxsiyyətlərindən bir qrupu müxtəlif yerlərdə yığışıb mühacir və ənsarın köməyi ilə üçüncü xəlifəni öldürdükdən sonra öz şəhərlərinə qayıtdılar.
Osmanın əleyhinə olan qiyamın amilləri bir-iki deyildi. Bu amillərdən biri ilahi qanunların icrasının ləğv edilməsi idi, digər bir amil də xəlifənin öz qohum-əqrəbasına saysız-hesabsız bəxşiş etməsi idi. Tarix onların hamısını diqqətlə yazıb saxlaya bilməmişdir (hətta Təbəri dəfələrlə qed edir ki, "Mən camaatın əksəriyyətinin dözə bilməyəcəyindən müsəlmanlar tərəfindən xəlifəyə edilən etiraz və iradların bəzisini yazmaqdan çəkindim.")("Tarixi-Təbəri", 5-ci cild, səh.108-113, 232 ), lakin elə tarixdə yazılıb saxlananlar Osmanın müsəlmanların beytül-malı necə dağıtdığına və israf etdiyinə bir dəlil ola bilər. Onun Beytül-maldan öz ailə üzvlərinə bağışladığı mal-dövlətin və əmlakın miqdarı hesaba gəlməzdir. Onlardan bəzisini qeyd edirik:
O uzun müddət Peyğəmbər (s)-in əziz qızı ilə birinci xəlifənin arasında münaqişəli məsələ olan Fədək kəndini Mərvan ibni Həkəmə bağışladı, bu mülk Mərvan övladları arasında əldən-ələ gəzdi, nəhayət Ömər ibni Əbdül-Əziz onu Fatimə (ə)-ın övladlarına qaytardı. Onun Osman tərəfindən Mərvana bağışlanmasının heç bir əsası yox idi. Tarixçilərin çoxu bunu xəlifəyə irad tutmuş və hamısı demişlər ki, "ona tutulan iradlardan biri budur ki, o, Rəsuli-Əkrəmin sədəqəsi olan Fədəki Mərvanın mülkünə keçirtdi."("Məarif", (Ibni Qüteybə) səh.84 )
Kaş xəlifə bununla kifayətlənəydi və öz əmioğlusu və kürəkəninə bundan da artıq bəxşiş etməyəydi. Amma çox təəssüf ki, xəlifənin əməvilərə qarşı məhəbbətinin həddi-hüdudu yox idi. O, 27-ci hicri ilində, islam ordusu Afrikadan təxminən iki milyon dinar qənimətlə qayıdanda (bu, Quranda gələn altı yerdə istifadə olunmalıdır("Ənfal" surəsi, ayə:41 )) bunları heç bir əsas olmadan kürəkəni Mərvana bağışladı, beləliklə də ümumxalq fikrini özünə qarşı təhrik etdi. Bəziləri onu tənqid edərək belə bir şer yazdılar:
"Allah bəndələrinə məxsus olan xümsü nahaq yerə Mərvana bağışladın və öz qohumlarını himayə etdin."("Sünəni-Beyhəqi", 6-cı cild, səh.324 )
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |