Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
SoN...
0
Müəllif: Huseynci Medine | 11-12-2017, 11:00 | Baxılıb: 583

SoN...
Xülasə və nəticə
Bu fəsildə müsəlman və qeyri-müsəlman şəxslərin yaxşı və pis əməlləri barəsində dediklərimizdən aşağıdakı nəticələr əldə edilir:
1. Səadət və bədbəxtliyin hər birinin öz dərəcəsi var və nə səadət əhlinin hamısı bir dərəcədədir və nə də bədbəxtlər. Bu dərəcə və fərqlər cənnət əhli barəsində «dərəcələr», cəhənnəm əhli barəsində isə «dərəkat» ifadəsi ilə işlədilir.
2. Cənnət əhlinin hamısı elə əvvəlcədən cənnətə getməyəcəklər. Cəhənnəm əhinin də hamısı orada əbədi qalmayacaq, yəni onlar cəhənnəmdə həmişəlik qalmayacaqlar. Cənnət əhlinin çoxu bərzəx aləmi və ya cəhənnəmdə ağır əzab mərhələlərini keçdikdən sonra cənnətə gedəcəklər. Hər hansı bir müsəlman və ya şiə bilməlidir ki, əgər özü ilə saf bir iman aparmış olsa belə, Allah eləməmiş, dünyada fəsad, günah, zülm və cinayətlərə mürtəkib olubsa, qarşısında çox çətin bir mərəhələlər var və günahlardan bəzilərinin təhlükəsi daha çoxdur və hətta bəziləri cəhənnəmdə əbədi qalmağa səbəb ola bilər.
3. Allah və axirətə imanı olmayan şəxslər, təbii ki, əməllərinin heç birini yüksəlmək məqsədi ilə etmirlər və buna görə də onlar Allah və axirətə doğru seyr və hərəkətdə olmurlar. Deməli, onlar Allah və axirətə doğru qalxmır və cənnətə çatmırlar, yəni onlar, getməli olduqları məqsəd və hədəfə doğru getmədiklərinə görə ona çatmırlar.
4. Allah və axirətə imanı olan, əməllərini Allaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirən və işlərində niyyətləri saf olanların əməlləri Allah dərgahında qəbul olur və onlar müsəlman olub-olmamalarından asılı olmayaraq, mükafat və cənnətə nail olacaqlar.
5. Allah və axirətə imanı olan və Allaha yaxınlaşmaq məqsədi ilə xeyir işlər görən qeyri-müsəlmanlar islam nemətindən məhrum olduqları üçün, təbii ki, bu ilahi proqramdan bəhrələnməkdən də məhrum olurlar. Onların xeyir əməllərinin İslamın ilahi proqramları ilə uyğun gələni, məsələn müxtəlif yaxşılıqlar və Allah bəndələrinə xidmət kimi uyğun olan miqdarı qəbul edilir. Təbii ki, heç bir əsası olmayan uydurma ibadətlər qəbul edilmir və kamil proqrama əl çatmamasından yaranan bir sıra məhrumiyyətlər də onlara şamil edilir.
6. Qəbul edilmiş xeyir əməllər müsəlman və ya qeyri-müsəlman tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, bir sıra afət və bəlalara malikdirlər və həmin afətlərin sonradan onları məhv edib aradan aparması mümkündür. Həmin afətlərin başında cuhud, inadkarlıq və qərəzli kafirlik durur. Buna görə də əgər qeyri-müsəlman şəxslər Allaha yaxınlaşmaq məqsədi ilə çoxlu xeyirli işlər görsələr, amma onlara İslam həqiqəti təqdim ediləndə təəssüb və inadkarlıq göstərsələr və həqiqətpərvərlik insafını kənara qoysalar, həmin xeyir əməllərin hamısı tufanın külü sovurması kimi hədərə gedir.
7. Müsəlmanlar və həqiqi tövhid əhli olan digərləri, əgər fəsad və günaha mürtəkib olsalar və ilahi proqrama xəyanət etsələr bərzəx aləmi və qiyamətdə uzunmüddətli əzablar çəkməli olacaqlar və hətta bilərəkdən, günahsız mömini öldürmək kimi bəzi günahlar səbəbindən həmişəlik olaraq əzabda qalacaqlar.
8. Allah və qiyamətə imanı olmayan və bəzən Allaha şərik qoşan şəxslərin xeyir əməlləri əzabın yüngülləşdirilməsi və ya aradan qaldırılmasına səbəb olacaq.
9. Xoşbəxtlik və bədbəxtlik şərti deyil, həqiqi və təkvini şəraitə tabedir.
10. Allahın xeyir əməli qəbul etməsinə dəlalət edən ayə və rəvayətlər, təkcə əməllərin feli yaxşılığını nəzərdə tutmur. İslam baxımından əməl həm feli, həm də faili cəhətdən yaxşılığa malik olanda xeyir və saleh əməl sayılır.
11. Peyğəmbərlik və imaməti inkar edənlərin əməllərinin qəbul olmamasına dəlalət edən ayə və rəvayətlər həmin inkarların inadkarlıq və tərslik üzündən olmasını nəzərdə tutur. Amma yalnız etiraf etməməkdən ibarət olan, inkar və etiraf etəməmələrinin də mənşəyi təqsir deyil, acizlik olanlar həmin ayə və rəvayətlərdə nəzərdə tutulmurlar. Bu qism inkarlar Qurani-kərim baxımından müstəzəf və Allaha ümid bəsləyənlər sayılırlar.
12. İbni Sina və Molla Sədra kimi İslam filosoflarının fikrincə, həqiqəti etiraf etməyənlərin çoxu müqəssir deyil, acizdirlər. Həmin şəxslər əgər Allahı tanımayanlardan olsalar əzaba düçar olmayacaqlar, hərçənd ki, cənnətə də getməyəcəklər. Amma əgər Allahı tanısalar, məada etiqadları olsa və Allaha yaxınlaşmaq məqsədi ilə saf əməllər yerinə yetirsələr öz əməllərinin yaxşı mükafatlarını alacaqlar. Yalnız aciz deyil, müqəssir olan şəxslər bədbəxtlik və əzaba atılacaqlar.
İlahi, Səni Məhəmməd və Onun Əhli-beytinə and verirəm ki, bizim işlərimizin axırını xeyir və səadətli et, bizi müsəlman olduğumuz halda dünyadan apar və saleh insanlara qovuşdur Amin!

Kitabın adı: İlahi ədalət

Müəllif: Ustad Mürtəza Mütəhhəri

 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.