Sıfırdan aşağı
İndiyə kimi olan söhbətimiz qeyri-müsəlman şəxslərin yaxşı və müsbət əməllərinin qəbul edilib-edilməyəcəyi barəsində idi. Başqa sözlə desək, sıfırdan yuxarı, yəni onların yaxşı və xeyirli əməllərinin onları yuxarı aparıb aparmayacağı barəsində idi.
İndi isə sıfırdan aşağı olan əməllər, yəni qeyri-müsəlmanların günah və şər əməllərinin necə olacağı barəsində danışacağıq. Onların hamısı bu cəhətdən bərabərdirlərmi? Onlar arasında fərq varmı? Bundan əlavə sıfırdan aşağıda, yəni şər və insanı aşağı endirən əməllərdə müsəlmanla qeyri-müsəlman və həmçinin şiə ilə qeyri-şiə arasında fərq varmı? Görəsən müsəlmanlar, xüsusilə şiələr sıfırdan aşağı əməllər baxımından bir növ təminata malikdirlər, yoxsa yox?
Keçən söhbətimizdən məlum oldu ki, Allah, insan müqəssir olduqda, yəni çatışmamazlıq ucbatından deyil, bilərəkdən və qəsdən günaha mürtəkib olanda əzab verir. Biz bundan əvvəlki söhbətlərimizin birində üsul alimlərinin «deyilməmiş şey üçün cəza verilməsinin qəbahəti» qanununu çıxardıqları ayəni tərcümə və təfsir etdik. İndi qeyri-müsəlmanların sıfırdan aşağıdakı vəziyyətlərini aydınlaşdırmaq, yəni onların mürtəkib olduqları şər və pis işlərə görə olan cəzalarını araşdırmaq üçün islam maarifi məsələlərinin digər birisi barədə danışmaq məcburiyyətindəyik və o, «qüsur» (acizlik) və «istizaf» (zəiflik) dir.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri