«Əgər onlar sülhə [barışığa] meyl etsələr, sən də sülhə meyl et.» (8/61).
Müfəssirlərin bəziləri, o cümlədən İbni Abbas, Mucahid, Zeyd ibni Əsləm, Əta, Əkrəmə, Həsən Bəsri və Qətadə ayə barədə öz fikirlərini belə bəyan edirlər: ...Ayə «Səyf» ayəsi ilə nəsx olunmuşdur. Çünki yuxarıda qeyd olunan ayə müsəlmanları sülh və sazişə dəvət edir. Sərf ayəsində isə heç bir güzəşt olunmadan müşriklərə qarşı cihad hökmü verilir.
Cavab:
Ayənin nəsx olunmadığına dair iki əsaslı dəlilə istinad edə bilərik.
1. Cihad hökmünü verən Səyf ayəsi yalnız müşriklərə şamil olunur. Belə ki, Peyğəmbər (s) hicrətin 10-cu ilində kitab əhlindən olan Nəcran müşrikləri ilə sülh sazişini imzalamışdır. Həmən surədə olan Səyf ayəsi isə Nəcran müşrikləri ilə imzalanan sülh sazişindən bir il əvvəl, yəni hicrətin 9-cu ilində nazil olmuşdur və təbii ki, əgər Səyf ayəsi kitab əhlindən olan Nəcran məsihilərinə də şamil olsaydı Peyğəmbər (s) onlarla sülh sazişini imzalamazdı. Demək sülh ayəsi hamıya cihad hökmünü verən Səyf ayəsi ilə müşriklərə şamil olunur. Bir sözlə, «Səyf» ayəsi bir növ istisna xarakteri daşıyır. Hökmün istisna xarakteri daşıması isə ayənin nəsx olunmasına əsla dəlalət etmir.
2. Müşriklərlə müharibənin vacibliyi və sülh sazişinin bağlanılmasının ən başlıca şərti müsəlmanların kifayət qədər qüdrətə malik olması və onların qələbəyə yaxınlaşmasıdır. Əks təqdirdə kafirlərlə sülh sazişinin bağlanılmasının heç bir nöqsanı yoxdur. Belə ki, Peyğəmbər (s) Hüdeybiyyə döyüşündə bu qanundan istifadə edərək Qureyş qəbiləsi ilə sülh sazişini imzalayır.
Qeyd etdiklərimizdən belə məlum olur ki, «sülh ayəsi», «Səyf» ayəsi ilə nəsx olunmamışdır. Lakin sülh sazişi müsəlmanlar kifayət qədər qüdrətə malik olmadıqda, imzalanmalı, döyüş isə onların düşməndən üstün olduqları vaxt aparılmalıdır.
Məhəmməd surəsinin 35-ci ayəsində bu haqda deyilir:
«Buna görə də [cihadda] zəiflik göstərməyin və [kafirlərə] üstün [qalib] gəldiyiniz zaman [onları] sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş [mükafatsız] qoymaz! (41/35).
Göründüyü kimi ayədə müsəlmanların üstünlüyünə və kifayət qədər qüdrətə malik olduqda sülh sazişinə razı olmamalarına işarə olunur.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi