Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam (ə) xəlifələrin yeganə qəzavət və elm mənbəyi idi
İmam (ə)-ın xilafətdən kənar edildiyi iyirmi beş il müddətində sükut etməsi mütləq sükut, yəni rəhbərlik işlərinə ümumiyyətlə müdaxilə etməməsi mənasına deyildi. Xilafət məqamı və siyasi rəhbərliyin başqaları tərəfindən qəsb edilməsinə, fərdlərin vəzifəyə təyin edilməsi, yaxud vəzifədən çıxarılması, həmçinin islam dövlətinin əmlakının başqalarının ixtiyarında olmasına baxmayaraq, ümmətin yeganə müəllimi Imam Əliyyibni Əbu-Talib (ə) idi və bütün siniflər onun elmi qarşısında baş əyirdilər. Imam (ə)-ın bu dövrdəki ən böyük xidmətlərindən biri bu idi ki, o, islamın yenicə qurulan məhkəmə sisteminə rəhbərlik edirdi. Hər vaxt bu sistemdə bir çətinlik qarşıya çıxsaydı, dərhal məsələni o həzrətə xəbər verib onun həlli yollarını araşdırmasını istəyirdilər. Bəzi vaxtlar da bir kəs ona müraciət etmədən, Imam (ə)-ın özü dövrün xəlifəsinə (o, həm də qəzavət işlərini öhdəsinə almışdı) düzgün istiqamət verir, hökm verməkdə yol verdiyi səhvləri ona başa salırdı. O həzrət özünün möcüzəli və qəti qəzavətləri ilə Peyğəmbər (s) səhabəsinin zehnlərində təəccüb dalğası yaradırdı.
Imam (ə) onların xilafətini rəsmi şəkildə qəbul etmir, özünü Allahın hökmü əsasında Peyqəmbər (s)-in canişini, cəmiyyətin idarə işləri və ümmətin rəhbərliyi üçün ən ləyaqətli şəxs bilirdi, lakin buna baxmayaraq, hər yerdə islamın və müsəlmanların mənafeyi məsələsi qarşıya çıxsaydı, hər növ xidməti, köməyi, hətta canından keçməyi və fədakarlığı belə əsirgəmir, müşkülləri həll etmək üçün tələsərdi. Imam (ə)-ın məqam və şəni uca, ruhu isə böyük idi, bəziləri kimi deyildi ki, xilafəti ondan aldıqları təqdirdə bir daha məmləkətin heç bir işində müdaxilə etməsin, heç bir müşkülün həll edilməsində tədbir görməsin, nəticədə islam cəmiyyətini hərc-mərclik, narazıçılıq bürüsün və xilafət aparatı süstlüyə düçar olub süqut etsin. Imam (ə) belə bir şəxs deyildi. O, islam övladı idi və islamın ağuşunda boya-başa çatmışdı, o, Peyğəmbər (s) tərəfindən əkilən islam ağacının boya-başa çatmasında çoxlu əziyyətlərə qatlaşmış və bu yolda qan vermişdi. Əli (ə)-ın imanı və pak vicdanı islamın müşkülləri, müsəlmanların çətin işləri qarşısında susaraq hər növ müdaxilədən çəkinməyə icazə vermirdi. Islamın dünyada yayılıb möhkəmlənməsi, ümməti dinin təlimləri, üsul və fürusundan agah etmək, təzə zühur etmiş bu din barəsində tədqiqat aparmaq üçün Mədinəyə gələn dəstə-dəstə yəhudi və məsihi alimlərinin yanında islamın əzəmətini hifz etmək və s. kimi məsələlər Imam (ə) üçün əsas məqsəd idi. Mümkün olan və xilafət aparatı ona maneçilik törətmədiyi vaxta qədər yol göstərməyi və rəhbərliyi əsirgəmirdi. Üstəlik bu işlərdən daha da sevinirdi. Imam (ə) Malik Əştərin vasitəsilə Misir camaatına göndərdiyi məktubda bu həqiqəti açıb göstərmiş və özünün xəlifələrlə həmkarlıq etməsinin səbəbini belə bəyan etmişdir: "Mən əvvəldə əl saxladım (və onları özlərinə tapşırdım), nəhayət gördüm ki, bəziləri islamdan dönərək camaatı Məhəmməd (s)-in dinini məhv etməyə dəvət edirlər. Qorxdum ki, əgər islamın və müsəlmanların köməyinə çatmasam, islamda elə bir itki, yaxud viranlıq görəcəyəm ki, mənim üçün onun müsibəti ilğım kimi itib gedən bir neçə günlük hökumətdən uzaq olmaqdan daha böyükdür."
Bu məktub Imam (ə)-ın pak ruhiyyəsini və islam cəmiyyətinin işlərində müdaxilə etməkdə açıq məntiqini aydın şəkildə əks etdirir. Belə ki, cəmiyyətin idarə olunmasını zorla əlinə keçirən qrupu Imam (ə) rəsmiyyətlə tanımırdı.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |