Bir gün Müqəddəs Ərdəbilinin atası çayın qırağında gedərkən çayda bir alma gördü.Onu sudan gütürüb bir az yedikdən sonra birdən onun sahibindən icazə almadığını duydu.
Çayın kənarıyla hərəkət etdi nəhayətki alma bağına çatıb bağın sahibindən icazə almaq istədi.
Lakin bağın sahibi dedi ki bu bağın əsil sahibi mən deyiləm.
Əsil sahibi filan şəhərdə yaşayır.O hallallıq almaq məqsədi ilə o şəhərə yollandı.Uzun səfərdən sonra gəlib bağın əsil sahibini tapdı.Başına gələn macəranı ona danışdı və gəlməyinin səbəbini ona çatdırdı.
Bağın sahibi onun bu işindən başa düşdü ki o çox təqvalə bir insandı.
Ona görədə bir şərtlə halallıq verməyə razılaşdı.
Bağın sahibi ona dediki mənim bir kor,kar və şil qızım var gərək onunla evlənəsən və məndə sənə halallıq verəm.
Halallıq dalısıyca olan təqva sahibi,onun şərtini qəbul etdi.
Ancaq toy günü,bağ sahibinin dediyi ilə tam fərqli olaraq başqa bir qızı gəlin otağında gördü və dala çəkildi.
Onda qız dedi ki mən həmin qızam ki koram yəni gözüm naməhrəm kişilər və haram şeylər görməyib,karam yəni qeybət və haram şeylərə qulaq asmamışam,şiləm yəni haram olan yerlərə ayağım dəyməyibdir.
Elə təqvalı kişidən və həyalı qızdan Müqəddəs Ərdəbili dünyaya gəldi.
Müqəddəs Ərdəbilinin anası deyirmiş ki bir dəfədə olsun ona dəstəmazsız süd verməmişəm.
Mərhum Müqəddəs Ərdəbili adlanan Əhməd ibn Məhəmməd Səfəvilər dövründə Nəcəf şəhərində yaşayırmış və hicrətin 993-cü ilində vəfat edib. O, böyük fəqih, filosof və ziyalı din alimi olduğu üçün şiə aləmində adı birinci yerdə çəkilən şəxslərdən biridir. Vacib olunan oruclardan başqa müstəhəb oruclar, vacib olunan gündəlik namazlardan başqa istisnasız qıldığı gecə namazları və s. müstəhəb namazlar, etdiyi dualar, din sahəsində çəkdiyi zəhmətlərin bəhrəsi nəticəsində mənəviyyat sahəsində özündə müqəddəs kəlməsinə layiq olan yeri tapmışdır.