Günlərin bir günü bir oğru kişi yolda bir bağlama tapdı. Oğrunu bağlamanı açarkən içində qiymətli şeylərin olduğunu gördü. Amma bağlamanın sahibi bu qiymətli şeyləri "Ayətəl-kürsü" yazılmış bir parçaya bükmüşdü. Oğru işi belə gördükdə bağlamanı saibinə qaytardı.
Dostları ona dedilər: Niyə bu qədər qiymətli malı əldən verdin?
Oğru dedi: Malın sahibi inanırdı ki, bu ayələr onun malını oğrudan qoruyacaqdır. Mən isə mal oğrusuyam, nə din oğrusu! Əgər o bağlamanı sahibinə qaytarmasaydım, onun bu ayələrə olan imanı azalacaq və dinində zərərə gedəcəkdi. Onda mən həm din oğrusu olardım, həm də mal!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.